Mektebgushesi

Ötən tədris ilinin təhsil islahatları – Ekspertlərin rəyləri

Son illər təhsil sahəsində inkişaf, təhsilin bütün sahələrində islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Belə ki, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılıb. […]

İki ixtisas qeyd olunan namizədlər müsabiqədə iştirak etmək istədikləri fənni seçə bilərlər

Təhsil haqqında sənədində iki ixtisas qeyd olunan namizədlər müsabiqədə iştirak etmək istədikləri fənni seçə bilərlər. Bu barədə İnsan resursları mərkəzindən məlumat verilib. Mektebgushesi.az xəbər verir ki, təhsil haqqında sənədində iki ixtisas (tarix və coğrafiya müəllimliyi, riyaziyyat-informatika müəllimi və s.) qeyd olunan namizədlər müsabiqədə iştirak etmək istədikləri fənnə uyğun olaraq ”təhsil haqqında məlumatlar”  bölməsində ixtisas başlığı altında qeyd […]

Təhsil naziri gənc liderlərlə görüşüb

İyulun 1-də Təhsil Nazirliyində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə Təhsil naziri Ceyhun Bayramov, Bakı, Gəncə, Lənkəran, Şəmkir, Şəki, Şamaxı, Saatlı, Biləsuvar, Şirvan, Balakən, Sumqayıt, Quba, Tovuz və Mingəçeviri təmsil edən 50 gənc iştirak edib. Görüşdə Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda gənclərin inkişafına dəstək verilməsinin dövlət gənclər siyasətinin […]

Faiq Hüsiyev: “Biz seçdiyimiz tələbələrin hamısını işlə təmin edə bilmərik”

“Azərbaycan Televiziya və Radio verilişləri” QSC-nin nəzdindəki Televiziya və Rradio Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib. Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin səlahiyyətlərini yerinə yetirən Rövşən Məmmədov, Akademiyanın rektoru Faiq Hüsiyev, müəllimlər və məzunlar iştirak ediblər. Faiq Hüsiyev bildirib ki, müsabiqə nəticəsində 81 dinləyici seçilsə də, tədris müddətində (29 aprel-28 iyun) dərslərdə iştirak etmədiyinə […]

UNEC-də Məzun günü – Bakalavr və magistrlərə Avropa universitetlərinin diplomları verildi

UNEC-də keçirilən “Məzun Günü” bir çox yeniliklərlə yadda qalıb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, “Baku Kristall Hall”da keçirilən təntənəli mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik […]

İlhamə CƏFƏROVA: Məktəbdə təlim-tərbiyə işi

Fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatı Məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin  başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Tam təhsil mühiti yaratmaq  və əsas məqsədə çatmaq xüsusi nizam-intizamdan və qaydaların tətbiqindən asılıdır. Müasir təlim metodları məktəbdə şagirdi dövrün tələblərinə uyğunlaşa biləcək bir şəxsiyyət kimi  formalaşdırmaqdan əlavə,  eyni zamanda da qarşımızda bir çox vəzifələr qoyur. […]

NASA-nın atom saatı kosmosa səyahətdə inqilab yaradacaq

Gələcəkdə Günəş sisteminə səyahətin avtobus turları qədər adi hala çevriləcəyi ehtimal olunur. Alimlərin fərziyyəsinə görə, astronavtları kosmosun dərinliklərinə aparan kosmik gəmilərdə quraşdırılacaq GPS sisteminə bənzəyən bələdçi atom cihazları planetlər və Ay arasında naviqasiyanı xeyli yüngülləşdirə bilər. Belə ki, bu gəmilər və peyklərdə ekstremal dəqiq vaxt göstərən yeni saatlara ehtiyac olacaq. AZƏRTAC Science News saytına istinadla xəbər […]

İyulun 7-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az -a verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, […]

“Saf düşüncə möcüzə yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları -Fotolar

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə universitetdə “Saf düşüncə möcüzə yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Təhsil Nazirliyinin məsul şəxsləri, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, […]

İyulun 7-də II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!

İyulun 7-də II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi […]

“Qavaldaş” festival-müsabiqəsi keçirilib

“Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin II Respublika festival-müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə YUNESKO-nun baş direktoru Odre Azule, Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və […]

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində iştirak edib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiə prosesində iştirak edən rektor Elçin Babayev tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzuları ilə bağlı tövsiyələr verib. Qeyd edək ki, Filologiya fakültəsinin Səməd Vurğun adına auditoriyasında təşkil olunmuş müdafiədə Yekun Dövlət Attestasiya Komissiyasının üzvləri, […]

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il iyunun 30-da: – ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari […]

ADNSU-da texnoloji yeniliklərə həsr olunan konfrans keçirilir

İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Modern İnformasiya, Ölçmə və Nəzarət Sistemlərinin Problemləri və Perspektivləri” mövzusunda ilk Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib. Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru İsmayıl İsmayılov, akademik, texnika elmləri doktoru Telman Əliyev, Avropa Elmlər Akademiyasının üzvü, professor Kərim Allahverdiyev, ADNSU-nun Cihazqayırma kafedrasının müdiri,  […]

Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının yaranmasının 98-ci ildönümünə həsr olunmuş “Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyasının partiyalararası dialoqu” adlı tədbir keçirilib. Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, […]