Artıq yay qəbul imtahanlarının keçirilməsinə başlanıb. Bu gün I, IV fənn blokları üzrə qəbul imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzinin saytına istinadən, IV ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırırıq:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı200-dən və imtahanın ikinci mərhələsi üzrə balı100-dən az olmayan) abituriyentlər buraxılır: 

BaytarlıqLənkəran Dövlət Universiteti
 EkologiyaLənkəran Dövlət UniversitetiAzərbaycan Kooperasiya UniversitetiQərbi Kaspi Universiteti

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Əczaçılıq”ixtisasları və Naxçıvan Dövlət Universitetinin “Baytarlıq”ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanı 28 apreldə, I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanları 12 mayda, I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanıları isə 23 iyunda keçiriləcək. (Azedu)

Bənzər yazılar