Mektebgushesi

Bu il qəbul imtahanlarında müsabiqə şərtləri necə olacaq ?

7 iyulda II və III ixtisas qrupları üzrə keçiriləcək imtahandan sonra 2019-cu ildə baş tutacaq qəbul imtahanları başa çatacaq. Abituriyentləri son günlərdə maraqlandıran əsas suallardan biri də müsabiqə şərtlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır. Xüsusilə də ümumi balı 200-dən çox olan abituriyentlərin bəziləri, imtahanın II mərhələsi üzrə 100 bal məhdudiyyətini ödəyə bilmədiyinə görə müsabiqədən kənarda qalıb. Dövlət […]

Kolleclərə qəbul üzrə müsabiqə şərtləri -Rəsmi

IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları artıq yekunlaşıb. Şagirdlər bu imtahanlarda müsabiqə şərtlərini ödədikləri halda kolleclərin ixtisas seçimində iştirak edə bilərlər. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, IX və XI illik bazada kolleclərə qəbul üzrə müsabiqə şərtlərini və minimal balları diqqətə çatdırır: 9 illik bazada kolleclərin ixtisas imtahanın ikinci mərhələsi başa çatdıqdan sonra-24 iyul […]

Sona Əliyeva: “Əhalinin keyfiyyətli təhsilə əlçatanlığı artırılır”

Sona Əliyeva əmək fəaliyyətinə 2000-ci ildə Şəmkir rayonundakı Füzuli adına humanitar-təbiət təmayüllü məktəb-liseydə biologiya müəllimi kimi başlayıb. Kurikulum islahatlarının ölkəmizdə tətbiq edildiyi ilk illərdə bu islahatların yaxından iştirakçısı olub. Şəmkir Rayon Təhsil Şöbəsində metodist vəzifəsində də çalışıb. Təlimçi kimi də fəaliyyət göstərib. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilərək “Əməkdar […]

ABŞ-ın San-Fransisko şəhəri ilkə imza atdı

ABŞ-ın San-Fransisko şəhərində elektron siqaretlərin bütün növlərinin istifadəsi qadağan edilib.Bu haqda şəhər Sovetinin saytında bildirilib. “San-Fransiskoda heç kim insanlara elektron siqaret satıb və ya yaymamalıdır”, – Sovetin qərarında deyilir.Sözügedən qərarı pozanlar min ABŞ dollarınadək inzibati cərimə ilə cəzalandırılacaqlar.Qeyd edək ki, San-Fransisko elektron siqaretlərin istifadəsini qadağan edən ilk ABŞ şəhəridir. 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildiriblər ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2019-cu il iyunun 27-dən  iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan […]

Kolleclərə elektron ərizə qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu fevralın 22-dən martın 11-dək aparılıb. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az –a bildiriblər ki, bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyunun 27-dən avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi […]

Qobustan rayonunda tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib

Mektebgushesi.az xəbər verir ki, “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Qobustan rayonunun Təklə kənd sakini, 2001-ci il təvəlüdlü Nəbiyev Mürvət Zahid oğlu qəza zamanı aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Məlumata görə, M.Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetinin 2-ci kurs tələbəsi olub. Faktla […]

Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlar keçirir

DİM-dən Mektebgushesi.az-a bildiriblər ki, İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.Bu gün: – ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; – üzrlü səbəbdən […]

VMA-nın “Məktəb ailəsi” təlim-istirahət düşərgəsi Ismayıllı şəhərinə səfər edib

28 -29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi çərçivəsində Ismayıllı şəhərinə səfərimiz oldu. Valideynlər, uşaqlar, gənclər, qabaqcıl təhsil işçiləri, təhsil ekspertləri, jurnalistlərin iştirak etdiyi 24 nəfərlik nümayəndə heyəti İsmayıllının Yuxarıbaş kəndindəki “Çıraqban” İstirahət Kompleksində düşərgəsinin aşılışını etdi. […]

Professor Şahlar Əsgərov: Təhsilin bəşəri inkişafda rolu

“Min illərdi ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət kəsb edir. Yaxşını pisdən, dostu düşməndən, düzü əyridən, yalanı əyidən, şirini acıdan ayırmaq üçün təhsil əvəzsizdir. İnkişafın bu məntiqi bəzi milli toplumlar üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də belə ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, […]

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq üçün 6 minədək subbakalavr qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır. İyunun 29-u saat 14:30-a olan məlumata görə, 5979 subbakalavr qeydiyyatdan keçib. Onlardan 5912 nəfərin ərizəsi təsdiqlənib. Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə internet […]

İsveç alimləri oduncaqdan istifadə etməklə 3D çapında böyük irəliləyişə nail olublar

İsveçin Çalmers Texniki Universitetindən olan tədqiqatçılar ağacın unikal “ultrastrukturu”nu təqlid edən, əsasını ağac təşkil edən mürəkkəbdən istifadə olunmaqla 3D çapı aparatı yaradıblar. AZƏRTAC bu barədə Çalmers Texniki Universitetinin yaydığı xüsusi məlumata istinadla xəbər verir. Məlumatda qeyd olunur ki, alimlərin tədqiqatı ekoloji təmiz məhsulların istehsalını kökündən dəyişə bilər. Ağacın təbii hüceyrə arxitekturasını təqlid edən yeni mürəkkəb indi […]

Bu il Bakı Dövlət Universitetini beş minə yaxın tələbə bitirir

İyunun 29-da “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin (BDU) 2018-2019-cu tədris ilinin məzunları ilə təntənəli görüş olub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident […]

Emin Əmrullayev: Humanist pedaqogikanın tədrisdə rolu danılmazdır

Azərbaycanda bir elm sahəsi kimi humanist pedaqogikanın tədrisdə rolu danılmazdır. Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “Saf düşüncə möcüzə yaradır” mövzusunda humanist pedaqogika üzrə III Respublika oxularının iştirakçısı, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. O qeyd edib ki, humanist pedaqogika müəllimin qarşısında duran bir çox vəzifələrlə, o cümlədən şagirdləri […]

ADPU-da “Məzun günü” qeyd olunub

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” qeyd edilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə gələcək həyatlarında və müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, onların müstəqil ölkəmizin hərtərəfli inkişafına layiqli töhfə verəcəklərinə əminliyini söyləyib. Rektor Cəfər Cəfərov […]