Martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan olunub.

Bu imtahanlarla bağlı DİM-ən ən çox daxil olan suallardan biri təhsil sənədinə, yəni attestata yekun qiymətlərin necə yazılmasıyla bağlıdır.

Məlum olduğu kimi, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “tədris dili”, “Riyaziyyat” və “xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə 45 , ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.

DİM-dən  Mektebgushesi.az bildiriblər ki, buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir.

Məlumatda deyilir ki, imtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Yəni şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.

Attestata yazılan bal qiymətə çevrilmir və məktəb tərəfindən şagirdə hər fənn üzrə verilən qiymətdən, ayrıca, yəni, fərqli qrafalarda yazılır.

Xatırladaq ki, 4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) IX sinif buraxılış imtahanlarında ümumilikdə 6 milyondan çox yoxlama işi həyata keçirilir. İkinci zona üzrə, yəni 10 martda təşkil olunan  buraxılış imtahanlarının nəticləri gələn həftənin əvvəllərində açıqlanacaq. Bütün zonalar üzrə nəticələr isə yaxın 10 gün ərzində elan olunacaq.

Bənzər yazılar