Mektebgushesi

BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevə 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub. Mektebgushesi.az Modern.az-a istinadən verdiyi xəbərinə görə, bu barədə BDU-nun saytında məlumat verilib. Bildirilir ki, BDU-da tədrisin təşkili, təhsilin daha təkmil olması üçün fərqli yanaşma, yeni ideya, layihə, təklif, rəy, o cümlədən narazılıq və şikayətlərin öyrənilməsi məqsədilə qoyulmuş və şəxsən rektor […]

Bu il doğulan oğlanların sayı qızlardan çoxdur

Bu ilin ilk iki ayında Azərbaycanda 23 400 körpə doğulub. Mektebgushesi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,7) qalıb.  Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 516-sı əkiz, 15-i isə üçəm doğulub.

ABŞ-dan təqaüd təklifi alan gənc: Azərbaycanda əla qiymətlərlə oxuyurdum

Mingəçevir şəhərində anadan olub orada böyüyən 19 yaşlı Cavid Əlizadə IX sinfə kimi Mingəçevirdə orta məktəbdə təhsil alıb. Sonra Böyük Britaniyaya üz tutub və üç il ərzində təhsilini orada davam etdirib. Mektebgushesi.az xəbər verir ki, Oxu.Az ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alan 19 yaşlı azərbaycanlı Cavid Əlizadə ilə söhbət edib. – Britaniyaya […]

Asif Cahangirov: “Cürətlə deyirəm, məktəblərdəki Pedaqoji Şura sovet mirasıdır, dəyişməlidir”

“Ölkə məktəblərində ali orqan hələ də Sovetin mirası – Pedaqoji Şuradır. Məktəbin şurası olmalıdır. Amma 1989-cu ildə təsdiq olunan “Məktəb Şurası haqqında” Əsasnamədə göstərilirdi ki, şura tərkibinin üçdə biri müəllim,  bir o qədəri valideyn, eləcə də eyni sayı yuxarı sinif şagirdlərindən ibarət olmalı idi. Hazırda bu ənənə tamamilə unudulub”  Mektebgushesi.az xəbər verir ki, bu sözləri […]

Təhsil işçiləri arasında futbol çempionatı keçirilir

Təhsil işçiləri arasında futbol üzrə Bakı şəhər çempionatına start verilib. Mektebgushesi.az xəbər verir ki, cempionat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə keçirilir. Aprelin 22-də baş tutan çempionatın ilk günündə BŞTİ-nin futbol komandası Nizami rayon komandasına 10:4 hesabı ilə qalib gəlib. Çempionat nəticələrinə əsasən, ilk […]

“Logix Academy”də təlim keçən tələbələrə seritikat verildi

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də təlim keçən İqtisadiyyat və Menecment fakültəsinin (İMF) tələbələri ilə görüş keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, İMF-nin dekanı, dosent İlham Rüstəmov, “Destec Group” MMC-nin direktoru Mürşüd […]

ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə BP şirkəti və “British Council” təşkilatı arasında müqavilə imzalanıb. Mektebgushesi.az xəbər verir ki, sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah imzalayıblar. Sənədə əsasən universitetin 90 nəfər müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçiriləcək. Razılaşmaya […]

AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb

Bu gün Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetinin (İTU) rektoru professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub, rektor Gülçöhrə Məmmədova ilə görüşüblər. Mektebgushesi.az xəbər verir ki, türkiyəli alimlər sonra AzMİU-nun Elmi Şurasının növbədənkənar iclasına qatılıb.  Qonaqları salamlayan, onları universitetdə görməkdən məmnun olduğunu deyən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu […]

Dillər Universitetində yeni dekan təyinatı olub

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib.  Mektebgushesi.az xəbər verir ki, seçkiyə əsasən universitetin rektoru, akademik Kamal Abdullanın əmri ilə bu vəzifəyə professor Şahin Xəlilli təyin edilib. Şahin Həmid oğlu Xəlilli 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsini bitirib. 1976-cı ildən indiki Azərbaycan Dillər Universitetində əmək fəaliyyətini […]

Azərbaycanlı tələbələr Polşadan deportasiya olunub

Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabulla ölkədən deportasiya olunublar. Mektebgushesi.az xəbər verir ki, “Report”un Avropa bürosunun məlumatına görə, tələbələrin deport olunmasına səbəb davamiyyətlərində olan problem və intizamsızlıq olub. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq davamiyyətlərni nizamlamayan azərbaycanlı tələbələr oxuduqları universitetdən xaric edilib. Onların təhsil vizaları ləğv edilərək ölkədən çıxmaları tələb olunub.

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Bu gündən respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə, bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər […]

Qəbul imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu aprelin 16-sı başa çatıb. Ümumilikdə 80 mindən çox abituriyent ərizəsini təsdiqləyib. Məlum olduğu kimi XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında, yəni qəbul imtahanlarının I mərhələsində istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə […]

Möhsün Nağısoylu: ”Hər kəs Azərbaycan dilinin Orfoqrafiya Normalarına riayət etməyə başlamalıdır”

“Mətbuat, təhsil işçiləri, yazıçı və şairlər, eləcə də yazı sənəti ilə məşğul olan hər bir şəxs yenicə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları əsasında bütün qaydalara riayət etməyə başlamalıdırlar”. Mektebgushesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib ictimaiyyətə təqdim […]

ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb. Kamal Abdulla ümidvar olduğunu bildirib ki, Örl Litzenberqerin səyləri […]

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə IV SOCAR Forumu işə başladı

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu başlanmışdır. Forumun açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ulu öndər […]