Aprelin 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri ”mövzusunda respublika  konfransı keçiriləcək.
İnstitutdan bildirilib ki, konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”, “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmmüəllim kimi ”mövzularında məruzələr dinləniləcək”. Yadıma əziz müəllimimin ölümündən bir neçə gün sonra yazdığım bir məqaləm düşdü. Onu yenidən müəyyən əlavələrlə oxucuıara ünvanlamağı lazım bildim. 

***

Bizim Yusif müəllim – professor Yusif Seyidov

Yusif Seyidovun  84 yaşında dünyadan köçməsi xəbərini eşidəndə günün günorta çağı idi. TQDK-nın növbəti (18.11.2013) seminarına getməyə  hazırlaşırdım. İş otağımda elektron poçtumu yoxladım, əməkdaşlıq etdiyim saytlara ötəri nəzər saldım. Vaxtilə Azərbaycanın ilk vəyeganə universiteti olan  ADU-da mənə yaxşı dərs deyən   müəllimlərimdən birinin ölüm  xəbəri ilə rastlaşdım.

…Yusuf müəllim  dünyadan köçmüşdür. Son vaxtlar halının  o qədər də yaxşı olmadığını bilirdim. Gecəli- gündüzlü yazırdı, yaradırdı.  Ömrünün elə çağını yaşayırdı ki,daha çox işlər görməyə tələsirdi. O, hər bir mövzuya mütləq öz filoloji münasibətini bildirməyə  meyilli idi. 

Biz  tələbələri ona həmişə  Yusif müəllim demişik, dosent olanda da, professor olanda da. 40-45 ilin professoru olsa da, professor  sözündən, deyəsən, xoşu gəlmirdi.

Oktyabın 21-də  15 cild kimi nəzərdə tutduğu Əsərlərinin XI cildini dekan müavininin oğlu ilə  mənə hədiyyə göndərmişdi. Münasibətini 8 sözlə ifadə etmişdi: “Hörmətli Nazim müəllimə can sağlığı arzusu ilə müəllifdən”.

Qol da çəkmişdi, amma tarix yazmamışdı. Kitabı aldığım tarixi   müəllimimin sözlərinin altında yazdım.

 Yusif  müəllim  onu tanıdığım  vaxtdan bəri  hələ də imzasını  dəyişməmişdi. Yusif  müəllimin  imzası  rus qrafikası ilə  7 hərf  və  bir nöqtədən ibarət  idi.

  Bu kitabın işıq üzü görməsinin səbəbkarı və cəfakeşi   Yusif müəllimin ən yaxşı tələbələrindən biri  AMEA-nın müxbir üzvü (indi akademik-N.N.), pofessor Nizami Cəfərovdur. XI cild Bakı Universitetinin nəşriyyatı tərəfindən 06.06.2013-cü ildə çapa hazırlanmışdır. Həcmi 532 səhifədir. Sayı 500-dür. (Təəssüf ki, yenə də kimlərinsə şəxsi kitabxanasında   Yusifmüəllimin bu kitabından olmayacaq).

XI cilddə əsasən  dilçi  alim  kimi tanıdığımız Yusif Seyidovun  tənqidçi-ədəbiyyatşünas   kimi  elmi bacarığını və elmi-bədii təfəkkürünü əks   etdirən  iki monoqrafiyası  yerləşdirilmişdir. 

314 səhifəlik birinci monoqrafiya  oxuculara “Xalq yazıçısı Elçin ” adı  təqdim olunur. Cildin ikinci əsəri  isə akademik İsaHəbibbəylinin  yaradıcılığına həsr olunmuşdur.(səh.316-530).

Yusif Seyidov 2013-cü  il fevralın 28 -də mənə  Əsərlərinin X cildini göndərmişdi.”Çaşıoğlu ” nəşriyyatının  ərsəyə gətirdiyibu nəşr müəllifin  VI-IX sinif dərsliklərinin toplusudur. Dərsliklərin toplu şəklində nəşri, məncə,kitab nəşri tariximizdə ilkin hadisədir.İki hissəli bu nəşrin birinci bölməsi VI-VII siniflərin, ikinci bölməsi isə VIII-IX siniflərə aid dəfələrlə nəşr olunmuş dərsliklərin materiallarıdır.Cəmi 100 nüsxə ilə buraxılan bu cild 19.04.2011-ci ildə çapa hazırlanmışdır.Nəşrin  redaktoru professor Nizami Cəfərovdur. Annotasiyada  dərsliklərin yeganə müəllifi  olduğuna birbaşa işarə vardır:

“Çap olunmuş dərsliklərə metodist müəllimlər kimi Qənirə Əmiraslanovanın və Təhminə Əsədovanın adları da əlavəedilmişdir”.

Annotasiyada əlavənin kim tərəfindən edildiyi  göstərilməmişdir

Cildin “Yeni dövrün dil dərslikləri” adı ilə verilən “Ön söz”ünün  müllifi AMEA-nın  müxbir üzvü,əməkdar elm xadimi,professor Nizami Cəfərovdur. 

Ön söz   “Yeni dövrün dil dərslikləri” adı ilə kitabın çapından əvvəl ayrıca məqalə kimi də  çap etdirmişdir.

Orta məktəb  dərsliklərinin toplu şəkildə  heç bir  dəyişiklik edilmədən  cildlərə salınması faktı göstətir ki,orta məktəb dərslikləri  diqqətlə təhlil ediməli,  dərsliklər şagirdlərin dünyagörüçü və düşüncə tərzinə  uyğun olmalıdır.Elmi mübahisəli elmi məsələlər dərsliklərə yol tapmamalıdır. 

Cildə dilçiliyin qrammatika bölməsinin materiallarının tədqiqi və  bu tədqiqin təqdimatı  nəzəri materiallar və çalışmalar vasitəsilə oxuculara çatdırılır.  Burada əsas nitq hissələrinin münasibətini göstırən sxemin  verilməsi maraqlı görünür(s.24). Mənsubiyyət şəkilçilərinə aid paradiqma cədvəli də müəllimlərin metodiki ustalığını yüksəltməyə xidmət edə bilər (45).

Y.Seyidov mətn anlayışını  morfologiya   bölməsində izah etməyə çalışmış, bədii, elmi və rəsmi-əməli üslublardan ümumişəkildə söz açmışdır.

Y.Seyidov da bir çox həmkarları kimi  “qəsdən” sözünü  səbəb zərfi hesab edir, lakin onu zərflərin məna qruplarında göstərmir. 

Yusif müəllimin tədqiqatçı tələbələri bu məsələdə öz sözlərini deməli, zərfin problemli məsələlərinə aydınlıq gətirilməlidir.

Yusif müəllim zərfin mənasındakı nisbilikdən danışanda öz fikrini  maraqlı mülahizələr sübut edir , zaman zərfləri ilə zamanbildirən isimlərin sərhəddini aydın göstərir:

“Zaman zərfləri konkret bir zamanın, dövrün adını bildirmir. Məsələn,DÜNƏN  konkret bir vaxtı bildirmir,danışdığımız gündən əvvəlki gün deməkdir.Danışdığımız  vaxtdan  sonrakı gün sabahdır. İsimlər isə müəyyən bir zamanı bildirir (söhbət zaman anlayışı bildirən  isimlərdən gedir-N.N.).Məsələn,fəsillərin adları (yaz,yay,payız,qış), ayların adları (yanvar,fevral), sutkanın hissələrinin adları(gecə, gündüz), günün hissələrinin adları (səhər,günorta,axşam) və s.

Biz hər əvvəlki günə dünən deyə bilərik,dünən bu günə nisbətdə zaman bildirir.Həftənin, ayın, ilin hər bir günü dünən  və yasabahola bilər. Ancaq biz qış əvəzinə yay, səhər əvəzinə axşam işlədə bilmərik”( səh.198-199).

Yusif müəllim   nədən yazmasına baxmayaraq,biz həmişə onu sintaksisin ən fəal, ən işgüzar tədqiqatçısı kimi xatırlayacayıq. Yusif Seyidovdan əvvəl də söz birləşmələri tədqiqat obyekti olub, bundan sonra da olacaq.Amma söz birləşnmələrinin tədqiqində Y. Seyidov birincilərin cərgəsində olacaq. O yazırdı:

“Söz birləşməsi iki sözdən ibarətdirsə, onların hər biri müstəqil mənalı söz olmalıdır.Əgər onlardan biri  köməkçi nitqhissəsinə aid sözdürsə, belələri söz birləşməsi hesab olunmur”.

Yeri gəlmişkən qeyd edək ki,Y.Seyidov  dilçilik məktəbinin yetirmələri onun axıra çatdıra bilmədiyi işləri ləyaqətlə davametdirməlidirlər. Bu ocaq sönməməli, daha da gur yanmalıdır.

Bizə elə gəlir ki,biz  birinci tərəfi buraxılmış təyini söz birləşmələrinə ciddi münasibət bildirməıliyik.  (  … bəzisi,    ….kimisi, birisi , …nənəsi   tipli    sözlər birinci tərəfi buraxılmış    söz birləşmələri kimi izah oluna bilər.  Bunları  ONLARIN BƏZİSİ,  BUNLARDAN KİMİSİ,  ƏHMƏDİN NƏNƏSİ   kimi başa düşmək o qədər də çətin deyil.  Əlbəttə, kimsə bunu məntiqlə dilçiliyin qarşılaşdırılması, bərabərləşdirilməsi kimi   başa düşə bilər. O ki qaldı bu tipli sözlərin istifadə olunduğu cümlə üzvlərinə,  onları quruluşca sadə üzv kimi izah etmək  elmi və  metodiki cəhətdən daha önəmligörünür.

Y.Seyidov -kosmosa yol, əlində kitab, dağlardan uca, əsgərlərdən biri, durna gözlü  formalı söz birləşmələrini Əsərlərinin  X cildində də, dərsliklərində də qeyri-təyini söz birləşməsi kimi izah edir.Məsələnin belə təqdimatı elmimübahisələri kəsir, dilin tədrisində ortaya çıxarılan süni problemləri aradan qaldırır.

Bu gün dilçiliyimizdə ən mübahisəli məsələlərdən biri sintaktik əlaqələr məsələsidir. Tabesizlik əlaqəsinin  təqdimindəproblem,  demək olar ki, yoxdur.Əsas çaşqınlıq yaradan məsələ idarə əlaqəsi ilə  bağlıdır.

Y.Seyidov idarə əlaqəsini  belə izah edir: “Əsas sözün tələbi ilə sözün ismin adlıq halından çıxıb başqa hala  düşməsinə idarə əlaqəsi deyilir”(  X cild,səh.314).Deməli, idarə əlaqəsində hal şəkilçisi görünməyə də bilər.Başqa sözlə, qeyri-müəyyən yiyəlik halda olan söz də, təsirlik halda olan söz də idarə olunan sözdur. Məsələn,” Tar məktəbinin ən  yaxşı nümayəndəsi odur”;  “Əhməd tar şalır” cümlələrindəki tar  sözü birinci cümlədə qeyri-müəyyən yiyəlik halda,”tarçalır”dakı tar-qeyri-müəyyən təsirlik haldadır,”məktəbinin” sözü müəyyən yiyəlik halda isimdir. Bu sözlər adlıq haldançıxıbsa, deməli,idarə olunmuşlar.

Mən professor Yusif Seyidovla bir sıra qurumlarda fəaliyyət göstərmişəm; Yusif müəllim Azərbaycan Resrublikası TəhsilNazirliyinin Elmi-Metodik Şurasının sədr müavini (sədr professor N.Cəfərovdur) idi.Mən isə hələ -10 ildən artıqdır ki,buqurumun  üzvüyəm.(Deyilənə görə ən fəal üzvüyəm,son bir ildə bu EMŞ-nın adı ilə  maarifçilik məsələləri ilə ilgili ölkədə və  xaricdə 100-dən artıq elmi, elmi- metodiki məqalələrlə çıxış etmişəm).

Y.Seyidovla birlikdə bir müddət TQDK-nın  Azərbaycan dili fənni üzrə (rus bölməsi) ekspert şurasında  daişləmişəm.Yusif müəllim Azərbaycan Respublikasınn     təlim rus dilində olan   ali məktəb tələbələri   üçün  “Azərbaycandili” dərsliyinin  də müəllifidir. Bu dərslik təkmilləşditilərək  bir neçə dəfə nəşr olunmuşdur. Mən bu dərslikdən  Azərbaycan  KP Nərimanov RK -da işləyəndə də, orta və orta ixtisas məktəblərində işləyəndə də istifadə etmişəm.Y.Seyidovun şeir yazıb-yazmadığnı bilmirəm, ancaq bu, çox maraqlı faktdır ki, o,  mövzulara aid dilmateriallarının seçimində poeziya nümunələrinə və dramatik əsərlərdən seçilmiş  dil faktlarına meyilli dilçilərdən idi.

Y.Seyidovun Əsərlərinin 10-cu cildinə  onun özünün  və metodist müəllimlərdən  Qənirə Əmiraslanova və  Təhminə Əsədovanın  ümumtəhsil orta məktəblərinin VI-IX sinifləri  üçün hazırladıqları “Azərbaycan dili ” dərsliklərinin bütünmaterialları daxildir.Başqa sözlə,bu 4 sinif üçün (VI,VII,VIII,IX siniflər) hazırlanmış dərsliklərin  toplusudur. 

Qənirə Əmiraslanova və Təhminə Əsədova bu dərsliklərə metodist-müəllim kimi əlavə olunduğuna görə Yusif Seyidov  əsas müəllif kimi tanınır. 

X cildin ən maraqlı cəhətlərindən biri də budur ki, elmi mübahisələrə aydınlıq gətirmək üçün cildə  “Çaşıoğlu “nəşriyatı tərəfindən Y.Seyidovun həmişə elminə və elmi sadiqliyinə inandığı filologiya elmləri doktoru, Hüseyn Əsgərovun  “YeniAzərbaycan” qəzetinin  05.03.2005-ci il tarixli nömrəsində dərc olunmuş iri həcmli məqaləsi də əlavə edilmişdir. (səh.256-271). Bu yazının elmi əsərlərə daxil edilməsi , çox güman ki,məqsədəuyğun şəkildə düşünülmüşdür: nəşriyyat dərslik siyasətində  elmi polemikaya hazır olduğunu nümayiş etdirmişdir.

Yusif Seyidov bir neçə ildir ki,dünyasını dəyişmişdir.Lakin onun dərslikləri və elmi əsərləri bu gün də    elmi içtimaiyyətin inamla  və arxayınlıqla istifadə etdiyi ensiklopedik mənbələrin  cərgəsindədir.

 Nazim Nəsrəddinov,

 Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

Bənzər yazılar