Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək bir çox imtahanın dəqiq tarixlərini açıqlayıb.

Mektebgushesi.azDİM-in saytına istinadən gələn həftə keçririləcək imtahan və tədbirlərin təqvimini təqdim edir:

26 aprel – Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II mərhələ);

28 aprel – Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı;

28 aprel – 11-ci sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

28 aprel – Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

28 aprel – Buraxılış imtahanları, tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün);

28 aprel – Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında qəbul imtahanı (əvvəlki illərin məzunları);

28 aprel – Əvvəlki illərin məzunları üçün qəbul imtahanı,  I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə.

Bənzər yazılar