Bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. 

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, imtahanada iştirak etmək üçün 1754  namizəd  qeydiyyatdan keçibİmtahan Bakı şəhərində təşkil olunur. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 444, BB qrupu üzrə 1310, ümumilikdə isə 1754  namizəd  qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 164 nəzarətçi‑müəllim, 5 bina nümayəndəsi ayrılıb.

Bənzər yazılar