Aprelin 26-da, saat 12:00-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüş olacaq.
Mektebgushesi.az Kult.az-a istinadla xəbər verir ki, layihə Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunub. İ.Babayevlə görüş BDU-nun Tarix fakültəsində olacaq.
O, 1991-1996-cı illərdə Tarix fakültəsində təhsil alıb.
Qeyd edək ki, layihənin ilk qonağı AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov olub.