Mektebgushesi

Dünyaca məşhur Universitetlərə qəbul olan daha bir istedadlı gənc

Cavid Əlizadə Boyuk Britaniyada İmperial College, University College qəbul olub, ABŞ-ın Lafayette College-dən 74 min dollar tam təqaüd təklifi alıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə ABŞ universitetlərinin birində çalışan professor Qubad Ibadoğlu özünün feysbuk sosial şəbəkəsindəki hesabından paylaşıb. Dəyərli dostlar və izləyicilər, sizə Azərbaycanın daha bir işıqlı və intellektli gəncini təqdim etmək istəyirəm. Cavid Əlizadənin […]

Həftə ərzində keçiriləcək imtahan və tədbirlərin tarixləri

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək bir çox imtahanın dəqiq tarixlərini açıqlayıb. Mektebgushesi.azDİM-in saytına istinadən gələn həftə keçririləcək imtahan və tədbirlərin təqvimini təqdim edir: 26 aprel – Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II mərhələ); 28 aprel – Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari […]

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğun qəbul imtahanının nəticələrini açıqlayıb. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, imtahan nəticələri saat 17:31-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən, BA1 altqrupu üzrə – 1 nəfər; BA2 altqrupu üzrə – 4 nəfər; […]

Aprelin 25 -də respublika elmi-praktik konfransı keçiriləcək

“QADINLAR İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək. Mektebgushesi.az  xəbər verir ki, aprelin 25-də AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “QADINLAR İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək. Seminarda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan […]

Şərif Ağayarın romanı Fransada çap olunacaq

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kapaz” nəşriyyatında çap olunacaq. Kulis.azın verdiyi xəbər görə, roman elm və ədəbiyyat adamlarından ibarət 5 nəfərlik peşəkar ekspertin dördündən müsbət rəy alıb. Əsərin tərcümə prosesi yaxın günlərdə başlayacaq.   Xatırladaq ki, Şərif Ağayar imzası bu ilin mart ayında Strasburqda təqdimatı keçirilən “Azərbaycan ədəbiyyatı antologiyası” […]

Orta məktəbi vaxtından əvvəl bitirmək üçün qaydalar -Rəsmi

Orta məktəbi vaxtından əvvəl başa vurmağın yolları çoxlarına maraqlıdır. Ümumiyyətlə təhsil qanunvericiliyinə uyğun olaraq bu hal mümkündürmü? Ümumi təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X  sinif şagirdlərinə şamil edilir. Bu barədə Təhsil TV-də də rəsmi məlumat verilib. Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə […]

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.  Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a verilən məlumata görə, imtahanada iştirak etmək üçün 1754  namizəd  qeydiyyatdan keçibİmtahan Bakı şəhərində təşkil olunur. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 444, BB qrupu üzrə […]

Məqsəd və istiqamətlər, prinsip və formalar

XVII əsrdə çex pedaqoqu və yazıçısı Yan Amos Komenski indi də mövcud olan sinif-dərs sisteminin əsasını qoymuş, sonrakı dövrlərdə isə tədrisin alman modeli formalaşmışdır. Alman modeli Vilhelm Humboltun təşəbbüsü ilə universitet təhsili mütərəqqi formasına (mühazirə-seminar) çevrildi və bütün Avropaya yayıldı. Bu model müəllim və tələbələr arasında qarşılıqlı ünsiyyəti yeni mərhələyə qaldıraraq, təhsil azadlığı ideyasına söykənirdi. […]

Samirə Səfərova: “Hər bir müəllim öz şagirdlərini vətənpərvər yetişdirməyi özünə borc bilməlidir”

Samirə Səfərova 1981-ci ildə Şəki rayonu Turan qəsəbəsində anadan olub. 2000-ci ildə Ağdaş Pedaqoji Texnikumuna daxil olub, 2004-cü ildə İbtidai sinif müəllimliyi fakültəsini bitirib. Elə həmən ildə Şəki rayonu Çayqaraqoyunlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 14 il həmin məktəbdə çalışdıqdan sonra, 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 54 bal toplayıb. 2018-ci […]

Xəzər Universitetində Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb

Aprelin 20-də Xəzər Universitetində bu ali məktəbin Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan VI Beynəlxalq psixologiya konfransı işə başlayıb. Konfransda Türkiyə və Azərbaycanın müxtəlif təhsil və elm mərkəzlərinin alimləri və mütəxəssisləri iştirak edirlər. Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ənənəvi olaraq hər il […]

1300 illik tarixi olan kitab oğurlanıb

Türkiyənin Diyarbəkir şəhərində papirusda ərəb əlifbası ilə yazılmış 102 səhifədən ibarət kitab ələ keçirilib. Mektebgushesi.az Kult.az-a istinadən xəbər verir ki, 1300 illik tarixi olduğu hesab edilən kitab dini motivlər əsasında yazılıb. Bu tarixi əsəri satmaq istəyən 7 nəfər saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.

“100 yaşlı Tarix fakültəsinin məzunları”–Layihə

Aprelin 26-da, saat 12:00-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüş olacaq. Mektebgushesi.az  Kult.az-a istinadla xəbər verir ki, layihə Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunub. İ.Babayevlə görüş BDU-nun Tarix fakültəsində olacaq. O, 1991-1996-cı illərdə Tarix fakültəsində təhsil alıb. Qeyd edək ki, layihənin ilk qonağı AMEA-nın Tarix […]

Professor Yusif Seyidovun 90 illiyinə…

Aprelin 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri ”mövzusunda respublika  konfransı keçiriləcək.İnstitutdan bildirilib ki, konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”, “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmmüəllim kimi ”mövzularında məruzələr dinləniləcək”. Yadıma əziz müəllimimin […]

ABŞ-da 9 nəfəri öldürmək istəyən iki məktəbli qız saxlanılıb

ABŞ-ın Florida ştatında polis 9 nəfəri öldürməyi planlaşdıran iki məktəbli qızı həbs edib. Mektebgushesi.az -ın ONA -ya istinadən verdiyi xəbərə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Bildirilir ki, məktəblilərin 14 yaşı var, onların kimliyi hələlik açıqlanmır. Qızların müəllimi onlarda şübhəli qovluq aşkarlayıb. Qovluqda məktəblilərin 9 nəfəri öldürmək istəmələrinə dair şübhələr yaradan yazılar olub. […]

XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri üçün imtahanlar keçirir. Mərkəzdən […]