“Belə bir fikirlər səsləndirilir ki, rus sektorunda təhsil alanların dərsliklərində, standartlarda müəyyən fərqliliklər var. Ancaq Azərbaycanda bütün məktəblərdə bütün standartlar və dərsliklər eynidir”.

Mektebgushesi.az -ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “ASAN” radioya müsahibəsində deyib. 

O bildirib ki, rus sektorunda təhsil alan şagirdlərin sayının artması ilə bağlı da fikirlər səsləndirilir: “Bu, belə deyil”.

Nazir qeyd edib ki, rus dilində təhsil alanların sayı ümumi təhsil sistemində Azərbaycan dilində təhsil alanların təxminən 8 faizdən bir qədər artıqdır. C. Bayramov bildirib ki, bir sıra ailələr rus dilində heç bir hazırlığı olmayan, danışmayan uşaqlarının rus dili tədris olunan məktəblərdə oxutmaq istəyir: “Onlar belə düşünürlər ki, Azərbaycan dilini bilir və həmin məktəblərdə oxumaqla xarici dil kimi rus dilini öyrənsin. Bu, çox düzgün olmayan yanaşmadır. Rus dilində təhsil alan şagirdlər rus dilini bilməlidir və izahatları anlamalıdır. Çünki, rus dilini bilməyən şagird ibtidai təhsildə geri qalacaq”.

O bildirib ki, artıq müsahibə mərhələsi başa çatıb: “Nəticədən narazı qalan valideynlər isə apellyasiya şikayəti verə bilərlər. Məndə olan məlumata görə, 100 nəfərdən bir az çox insan apellyasiya şikayəti verib. Onların 27-nin müraciətinə müsbət cavab verilib”.

Bənzər yazılar