Mektebgushesi

Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında “Açıq qapı” günü keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev, İ.M.Seçenov adına Birinci MDTU-nun təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov, abituriyentlər və onların valideynləri iştirak ediblər. Qonaqlara filialda tədris prosesi barədə ətraflı […]

Fransada Azərbaycan məktəbinin açılışı olub

Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılışda iştirak edib. Məktəbdə 6-9 və 9-13 yaşlar üzrə iki sinif fəaliyyət göstərəcək. Uşaqlara Ana dili ilə yanaşı Azərbaycan tarixi, coğrafiyası, qəhrəmanları, ədəbiyyatı da tədris ediləcək. Məktəbə yazılan azərbaycanlı uşaqların sayı 20 nəfərdir və […]

Dünyanın ən yaxşı yüz universiteti -ABŞ universitetləri liderlik edir

Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısında lider mövqeyini qoruyub saxlayır.   2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində (Round Univercity Ranking) 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reytinq cədvəli 2010-cu ildən dərc edilir. Hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir. […]

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçirilib -FOTO

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi baş tutub. Mektebgushesi.az-ın məlumatına görə, ABŞ səfirliyinin təşkil etdiyi sərgidə 26-dan çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. Sərgidə ABŞ universitetlərinin amerikalı və azərbaycanlı məzunları da iştirak edib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının artmasından qurur hissi keçirdiyini qeyd edib. […]

Ali məktəblərin yarışdığı startap müsabiqəsi başa çatıb

Bakının ali təhsil müəssisələrini əhatə edən “İdeyadan Biznesə” layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsi başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, ADA Universitetində keçirilən startap marafonunda 10-dək ali təhsil ocağının startap komandası öz layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Üç gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatları keçirilib. Müsabiqədə Bakı Dövlət, […]

Fazil Mustafanın yeni kitabları təqdim olundu – FOTOLAR

Bu gün, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə deputatlar – Aqil Abbas, Musa Quliyev, Fəzail İbrahimli, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, media eksperti Qulu Məhərrəmli, elm adamları, yazarlar, ayrı-ayrı media qurumlarının rəhbərləri və ictimai-siyasi xadimlər iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan […]

Ərzurum Atatürk Universitetinin professorları ADAU-da

Ərzurum Atatürk Universiteti ilə ADAU arasında elm və tədris sahələrində əlaqələrin daha da möhkəmlənməsi üçün Mövlanə Beynəlxalq proqramı üzrə professor doktor Abdulmecit Albayrak, professor doktor Yasin Bayır və dosent doktor Erol Akpınar Baytarlıq təbabəti və zoomühəndislik fakültəsndə tələbələrə tədqiqat obyekti olan bitkinin botaniki, farmakoqnostiki və farmakoloji aspektlərdə öyrənilməsinə dair mühazirə oxuyub. Bu həm də Ərzurum […]

Şahlar Əsgərov: “Bizim qüsurumuz odur ki, universitetə yox, rektora kömək edirik”

Xəbər verdiyimiz kimi 17 yaşlı azərbaycanlı şagird Yasin Quliyevin Sabancı Universitetindən 56 min dollarlıq burs qazanması sosial şəbəkədə maraqla qarşılanıb.  Məsələylə bağlı moderator.az-a danışan professor Şahlar Əsgərov bildirib ki, bu gün Yasin kimi istedadlı gənclərimiz çoxdur və biz onlara şərait yaratmalıyıq ki, bu cür naliyyyətlər əldə etsinlər: “Bildiyiniz kimi Kür çayı Azərbaycanı yarı bölür. Əgər biz […]

İstanbulda məktəb divarında Mübariz İbrahimovun şəklini çəkiliblər

İstanbulun Mehmet Akif Ersoy adına orta məktəbinin şagirdləri bu təhsil ocağının divarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklini çəkiblər. Mektebgushesi.az xəbər verir ki, bir müddət əvvəl şagirdlər arasında təhsil ocağının divarlarına tanıdıqları şəhidlərin şəkillərini həkk etməklə bağlı müsabiqə elan olunub. Şagirdlər tərəfindən seçilmiş qəhrəmanlar arasında Mübariz İbrahimov da olub. Mübarizi özlərinə nümunə sayan məktəblilər onun […]

Niyə hədəfdə islahatçı rektor Cəfər Cəfərovdur?

ADPU-nun rektoruna çamur atanlar mühafizəkarlardır Doğrudan da islahatçılıq bütün dövrlərdə qamçı ilə qarşılanırmış. Mühafizəkarlar elə bütün zamanlarda tarixin təkərinin yerindən tərpənməsini əngəlləməklə məşğul imişlər. Bu yüz il öncə də beləymiş, indi də belədir. Üç il əvvəl Azərbaycan Turizm İnistitutunun rəhbərliyində qazandığı islahatçı imici ilə qocaman Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə gətirilən professor  Cəfər Cəfərov […]

ADNSU-da Respublika Fənn Olimpiadası keçirilib

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin şagirdləri üçün fizika, riyaziyyat və kimya fənləri üzrə Respublika Fənn Olimpiadası keçirilib. Universitetdən Mektebgushesi.az verilən məlumata görə, olimpiadada Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 135 nəfər XI sinif şagirdi iştirak edib. Onlardan 39 nəfəri fizika üzrə, 53 nəfəri riyaziyyat üzrə, 43 nəfəri isə kimya fənni […]

Kolleclərə qəbul olunmaq üçün müsabiqə şərtləri -Minimal ballar

Məlum olduğu kimi, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “tədris dili”, “Riyaziyyat” və “xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə 45 , ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir. DİM-dən Mektebgushesi.az -a verilən məlumata görə, buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn […]

Peşə təhsilinin yeni qaydası təsdiqlənib

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Qərarı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb. Bu qayda tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə […]

Azərbaycan İlahiyyat İnstitutu Bərdədə abituriyentlərlə görüş təşkil edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Bərdə rayonuna olub.  Mektebgushesi.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətiinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Asif Abbasov […]

Pedaqoji Kollecdə “Effektiv kommunikasiya” adlı təlim keçirilir

ADPU-nun nəzdində ADPK-də “Effektiv kommunikasiya” adlı təlim keçirilir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) CPP Şirkətinin müəllimlər üçün nəzərdə tutulmuş “Effektiv kommunikasiya” adlı təlimi öz işinə başlayıb. Təlim ADPU-nun və ADPK-nin müəllimlərinin birgə iştirakı ilə təşkil olunub. Təlimi CPP Psixoloji Mərkəzinin təlimçiləri Ayan İsmayılova və Aydan Əzimzadə aparırlar. Kollecin direktoru, […]