Mektebgushesi

BDU və SOCAR Capital birgə konfrans keçirib

Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib.  BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü bildirib. Qeyd edib ki, ölkəmizin günü-gündən qüdrətlənməsi, innovativ inkişaf xətti, yaradılmış münbit […]

Azərbaycan İlahiyyat İnstitutu Ağcabədi rayonunda abturiyentlərlə görüş keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Ağcabədi rayonuna olub. Aİİ kollektivi öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzində ümummilli lider Heydər […]

ATU -da beynəlxalq elmi-praktik konfrans keçirilib

Tibb fakültəsinin 100-illik yubileyinə həsr olunmuş “TƏBABƏTİN AKTUAL PROBLEMLƏRİ -2019” beynəlxalq elmi-praktik konfrans keçirilib Azərbaycanda Tibb fakültəsinin yaradılmasının 100 illiyi qeyd olunub Aprelin 18-də Azərbaycanda Tibb Universitetinin ilkin maddi-texniki və professor-müəllim kontingenti bazasını təşkil edən Tibb fakültəsinin 100-illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2019” beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Lider […]

21 apreldə 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

21 aprel 2019-cu il tarixində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcəkdir Həmin gün ümumilikdə 22748 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi 21 aprel 2019-cu il tarixində 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi […]

ADAU-nun rektoru İbrahim Cəfərov Sabirabadda görüş keçirib

Azərbaycan Dövlət Aqrar Universitenin professor-müəllim heyəti hər il olduğu kimi bu il də təhsil müəssisənin tanıtmaq, yenilikləri, maddi-texniki bazanı insanlara çatdırmaq üçün rayonlara səfər edir, ətraflı məlumatlar verirlər. Növbəti səfər isə Sabirabad rayonuna olub. Rayon İcra Hakimiyyətinin dəvəti ilə baş tutan səfərdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib. Rayon ictimaiyyəti, […]

Nadir İsrafilov: “Belə açıqlamalarla təhsilimizə yeni problemlər yaradırıq”

Ali məktəblərə test üsulu ilə qəbul imtahanları tarixində ilk dəfə olaraq 3 abituriyent 700 bal toplayıb ki, onlardan biri də Bakıdakı 10 saylı orta məktəbin rus bölməsinin qız abituriyenti olub. Bu xəbər son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunurdu. Ümumiyyətlə, təhsili Azərbaycan və rus bölmələrinə ayırmaq düzgündürmü? Mektebgushesi.az -ın məlumatına görə, Mövzu ilə bağlı Azadinform-un […]

Qloballaşan dünyada islam həmrəyliyi multikultural dəyərlərin davamı kimi

FontInsan dünyaya gələndə əxlaqi və mənəvi cəhətdən pak, zəngin, xeyirxah olur. Yaşa dolduqca valideynlərin, müəllimlərin, onu əhatə edən ətraf mühitin, aldığı təhsilin ona əxz etdiklərindən faydalanır, önəm verdiyi dəyərlər onun milli intellektini formalaşdırır, öz tarixi kökünə, özünütanıtıma, özünüdərkə aparır. Əxlaqi dəyərlərin formalaşdırılması ilk növbədə ailədə, adət və ənənələrdə ifadə olunur. Cəmiyyətin uzunmüddətli tarixi inkişaf prosesində […]

GDU ilə Mədəniyyət Nazirliyi arasında müqavilə imzalanıb

Müxtəlif sahələrə aid olan metod və potensialların səfərbər olunması, habelə müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkə rəhbərliyinin dövlət idarəetmə siyasətinin əsas xüsusiyyətlərindəndir. Fəaliyyətin səmərəliliyinin artırılması, habelə müxtəlif sahələrin potensiallarının səfərbər olunması məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq öz rəsmi tərəfdaşlıq əlaqələrini genişləndirir. Yerli və xarici elmi, habelə ali təhsil müəssisələri […]

Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri tədris planına və proqramına uyğun olaraq, Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetiriblər. Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov və akademiya heyətinin üzvləri təlimdə iştirak ediblər. Təlimdə dinləyicilər təhlükəsizlik qaydaları, atışın şərtləri və digər […]

ADU-nun rektoru Volqa Texnologiya Universitetinin dosentini sertifikatla təltif edib

Aprelin 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla universitetdə “Peşəkar Tərcümənin Əsasları” adlı üç günlük təlim keçən Volqa Texnologiya Universitetinin dosenti, Paris Sorbona Dilçilik Universitetinin doktoru, Sorbona Dilçilik Mərkəzinin üzvü Tatiana Smirnova-Coteti ADU-nun rəsmi sertifikatı ilə təltif edib. Dil və Tərcümə Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə tərcümə sahəsində silsilə təlimlər çərçivəsində baş tutan təlimdə […]

“UNEC-də bir gün” layihəsi abituriyentlərə dəstək olmaqda davam edir

Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir. Layihə çərçivəsində bu həftə Bakının 71, 229, 234, 271, 329 nömrəli məktəblərinin, Ataturk liseyinin, Kimya-biologiya  təmayüllü  respublika  liseyinin və “Zəka” kurslarının şagirdləri UNEC-in bir günlük tələbələri olublar. I, II və V ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə […]

Vahid Əhmədov: “Tələbə ola-ola işləyirdim, maaşım hər şeyə çatırdı, evə də pul yollayırdım”

“Kiməsə ehtiyacım yox idi. Aldığım məvacib bütün xərclərimi ödəyirdi” Mektebgushesi.az -ın məlumatına görə, bunu AzEdu.az-a açıqlamasında millət  vəkili  Vahid Əhmədov tələbəlik illərindən danışarkən bildirib. Hazırda tələbələrin sosial durumunun yaxşılaşdırılması üçün bir sıra addımlar atılır. Prezidentin göstərişi ilə yüz mindən çox tələbənin təqaüdünün artımı buna əyani sübutdur. O cümlədən, son illərdə tələbələr üçün tətbiq edilən xüsusi güzəştlər […]

ADPU- da Magistrantların II Respublika elmi konfransı keçirilir

ADPU-da “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı keçirilir Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”Magistrantların II Respublika elmi konfransı öz işinə başlayıb. Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmiş “Elm günü”nə […]

LDU-da Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda universitet Tələbə Elmi Cəmiyyətinin  I elmi konfransı keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iştirakçıları salamlayıb və konfransa işində uğurlar arzu edib.Lənkəran Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə ilk dəfə elmi […]

3 nəfər şagirdin imtahan nəticəsi ləğv olundu -RƏSMİ

IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında 3 nəfərin nəticələri ləğv olunub. Dövlət İmtahan Mərkəzindən  Mektebgushesi.az -a bildiriblər ki, 3 mart 2019-cu ildə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında qaydaları pozduğuna görə 3 nəfərin nəticələri ləğv olunub. Qeyd edək ki, DİM bu gün 3 martda keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. İmtahan nəticələri və cavab vərəqələrinin (kartlarının) […]