Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir.

Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır. O 130 manat – əlaçı təqaüdü, 200 manat – rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü, və 100 manat – 6 fəndən 100 bal topladığına görə təqaüd alır.

Bənzər yazılar