Mektebgushesi

Tibb elmləri doktoru üçün “60 yaş nədir hələ?..”

Mehribandır- haradan gəlib, harada olduğunu və sonda haraya gedəcəyini bilənlərin adətidir…Təvazökardır- insanı sevdirən ilahi rəngdən onda da var…Şux zarafatları dodaq qaçırır- kübarlıq qandan gəlir…Səxavətlidir- Yaradanın vergisini bəndələrinə ödəməyə çalışır… Məzəli söhbətləri ilə ürəkləri fəth edən bu insanın xətri çox adamın yanında əzizdir. O, 1959-cu ildə Füzuli rayonunda, müəllim ailəsində doğulub. 1976-cı ildə orta məktəbi əla […]

ADA Universitetinin professoru: “Müəllimlər kobud davranırdılar, çünki kor idim”

Elnur Eyvazov Bakıda anadan olub, təhsilini İngiltərə və ABŞ-da alıb. O, həmçinin, hüquq və maliyyə üzrə beynəlxalq ekspertdir. Dünya Bankı, Avropa İnkişaf Bankı və digər təşkilatlarla müxtəlif beynəlxalq layihələr üzərində işləyib. O, MDB ölkələri arasında məşhur hüquqşünas kimi seçilib. Hazırda ADA Universitetinin Hüquq və Biznes üzrə professorudur, inklüziv təhsil və bərabər imkanlar şöbəsinə rəhbərlik edir. […]

Sumqayıt Dövlət Universitetinin tələbəsi intihar edib

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi intihar edib. Mektebgushesi.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, aprelin 15-də SDU-nun Fizika fakültəsinin ikinci kurs tələbəsi, 1999-cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. SDU-dan isə “Report”a bildirilib ki, E.Bəşirov sonuncu dəfə universitetdə aprelin 15-də olub.

Xanlar Xanlarzadə: Abituriyentlərə tövsiyə edirik ki, imtahan qaydasını pozmasınlar

“Buraxılış imtahanından sonra sual kitabçasını özü ilə aparan abituriyentlər olub”.Bu sözləri mətbuata açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.DİM təmsilçisi sual kitabçalarının abituriyentlər tərəfindən qanunsuz aparılmasını əvvəlcədən öyrədilmiş şəxslər tərəfindən edildiyini güman edir:“Əslində bu şagirdlərin məqsədi heç də imtahan vermək olmur. Bəzi kurslarda repetitorluqla məşğul olan insanlar öz şagirdlərini öyrədir və ya təhrik edirlər […]

162 saylı məktəbin sabiq direktoruna höküm oxunub

Xəbər verildiyi kimi, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Mektebgushesi.az -ın məlumatına görə, Bakı Şəhər Prokurorluğu […]

Şagirdlərimiz Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirdilər – FOTOLAR

Qazaxıstanın Almaata şəhərində keçirilən 17-ci “InternationalComputer Project Olympiada-2019” (InfoMatrix)beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar. Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicatdır. “Chemistrypal” adlı layihənin məqsədi şagirdlərin Kimya fənninə olan marağını artırmaq və onların bu sahədə təcrübi […]

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub. Səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata […]

Türkiyəli qonaqlar 268 saylı xüsusi məktəbdə olublar

Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 268 nömrəli xüsusi məktəbdə olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən görüşdə idarə müdiri Rəşad Tağıyev, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, BŞTİ-nin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak […]

Gəncə Dövlət Universitetinin müəllimləri məktəblilərlə görüşüb

Gəncə Dövlət Universitetinin ümumtəhsil məktəblərində təbliği məqsədilə professor-müəllim heyəti üzvlərindən yaradılmış işçi qrupunun şəhərin 4, 6, 11, 23, 25, 27, 31,39,və 41nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşü keçirilib. Bu barədə işçi qrupun sədri, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev Mətbuat və ictimaiyyətə əlaqələr xidmətinə məlumat verib. Bildirilib ki, universitetin rektoru, […]

Tibb Universitetinin müəllimləri 12 yaşlı xəstə üzərində uğurlu əməliyyat icra ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasında 12 yaşlı uşaq üzərində əməliyyat uğurla icra edilib. Kafedranın müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxovun sözlərinə görə, xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olub: “Xəstədə hərarətin yüksək olması, təngənəfəslik, döş qəfəsində kəskin ağrı ilə septiki müşahidə etdik. Dös qəfəsinin KT müayinəsinə əsasən, uşağa bronxogen sistin irinləməsi […]

ADAU-da “Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmrininin icrasını təmin etmək məqsədilə Azərbaycan xalqınının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi” mövzusunda fakültələrarası intellektual yarış keçirilib. Yarışda 6 fakültə iştirak edib. Finala Aqronomluq, Aqrobiznes və idarəetmə , Aqrar iqtisadiyyat fakültələrinin tələbələri çıxıb, […]

Rektor Kuzminov: “UNEC və AİM eyni istiqamətdə hərəkət edir”

UNEC rektoru, professor Ədalət Muradov Ali İqtisad Məktəbinin (AİM) (“Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminovun dəvəti ilə XX Aprel Beynəlxalq Elmi Konfransında iştirak etmişdir. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, Dünyanın aparıcı universitetlərinin nümayəndələrinin məruzəçi və iştirakçı qismində qatıldığı konfransda Harvard, Bonn, Kaliforniya, Miciqan, Vyana, Florida, Sidney Universitetlərinin və digər ali məktəblərin nümayəndələri fəxri məruziçi qismində […]

ADAU-nun tələbələri arasında müddətli hərbi xidmətlə bağlı marifləndirmə işi aparılıb

Azərbaycan Respublikasının Konstitusiyası Vətəni müdafiə etməyi, qanunla müəyyən olunan qaydada hərbi xidmət keçməyi hər bir vətəndaşın borcu və əsas vəzifələrindən biri kimi təsbit edib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə müvafiq qurumların keçirdiyi tədbirdə ətraflı danışılıb. Tədbiri açan təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov deyib […]

“İlin təhsil üzrə sahibkar xanımı” müəyyənləşib

“#WE2019 xanım sahibkarlar üçün müsabiqə”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” – Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” – Günel Məmmədhəsənova Türkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb. Mektebgushesi.az xəbər verir ki, qeyd edilən, 3 sahibkar xanım “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə İstanbul […]

Bakıda keçiriləcək beynəlxalq konfransda çıxış etmək istəyən şəxslərin nəzərinə!

2019-cu il 22-27 sentyab tarixlərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransı keçiriləcək Dövlət İmtahan Mərkəzi qiymətləndirmə alətləri hazırlayan elmi-tədqiqat mərkəzlərini, ali təhsil müəssisələrini, uyğun dövlət orqanları və digər maraqlı tərəfləri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçiriləcək 45-ci illik konfransına (IAEA2019) öz elmi tezislərini […]