Mektebgushesi

Ucqar kənd məktəbinin uğuru

Hörmətli oxucular, mən sizlərə Quba rayon Bağbanlı qəsəbə R. Mütəllimov adına tam orta məktəbinin şagirdlərinin təhsil sahəsində qazandığı uğurlardan söz açmaq istəyirəm. Şagirdlərimizin qazandığı bu uğurlar müəllimlərimizin gərgin və fədakar əməyi sayəsində mümkün olmuşdur. Sizləri məktəbimizin bu uğurları ilə tanış etmək istəyirəm. 2016-2017-ci tədris ili: 15 məzunumuzdan 10-u qəbul imtahanlarında iştirak etdi və 9-u aşağıdakı […]

UNEC-də alman professorun iştirakı ilə növbəti yaz məktəbi

“EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlıq və KOM: biznesin əsasları” üzrə növbəti yaz məktəbinə start verilib. UNEC-dən  Mektebgushesi.az -a bildirilib ki, UNEC və Siegen Universitetinin magistrlərinin iştirak etdiyi dərsləri bu ali məktəbin professoru Petra Muq aparacaq. Aprelin 19-dək davam edəcək yaz məktəbi […]

Uşaqların döyüldüyü deyilən internatdan -Video,Foto

Xəbər verdiyimiz kimi, kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub. Müəllimə 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib. […]

BDU-da 2 prorektor işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb.  Mektebgushesi.az demokrat.az-a istinadən xəbər verir ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.  Onların yerinə isə hələlik yeni təyinat […]

Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri Bakı Təhsil İdarəsində

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ilə görüş keçirilib. İdarədən Mektebgushesi.az verilən məlumata görə, görüşdən öncə ölkəmizdə səfərdə olan Türkiyənin nümayəndə heyəti və BŞTİ-nin rəhbərliyi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini də […]

“Məktəb, ailə, ictimaiyyət – bu bucaqlar birlikdə cəmiyyət müstəvisinin üçbucağıdır…”

Əməkdar müəllim Almaz Həsrətin sosial şəbəkədə paylaşdığı “Anamın 81 yaşı var, hələ də mənimlə maraqlanır…” statusunu oxuyarkən, istər-istəməz gənclik illərimin bir xatirəsi yadıma düşdü. Otuz yaşıma bir-iki il olar, ya olmazdı ki, adlamışdım. Bakının mərkəzi rayonlarının birində Təhsil Şöbəsinin müdiri idim. Moskvada ВДНХ deyilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, ölkənin bir qrup nümayəndələri ilə birgə Respublikamızın […]

Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib

Aprelin 11-də Çexiyanın Ostrava Universitetinin Fəlsəfə fakültəsində Azərbaycanın Çexiyadakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib. Tədbirdə Azərbaycanın qədim, orta və müasir dövrlərinə aid memarlıq komplekslərini, eləcə də təbiətini əsk etdirən fotoşəkillər nümayiş olunub. Azərbaycan Fotoqraflar Birliyinin üzvləri – Mirnaib Həsənoğlu, Əminə Mirili, Fərqanə Qasımlı, Rauf Umudov, […]

ADU-da “Total imla” adlı beynəlxalq aksiya keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, ADU-nun “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyası, Rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının təşkilatçılığı ilə “Total imla” adlı beynəlxalq aksiya keçirilib. Dünyanın 80 ölkəsində keçirilən beynəlxalq aksiya Azərbaycanda dördüncü dəfə, ADU-da isə ilk dəfə olaraq reallaşıb və 100-dən çox iştirakçını, o cümlədən məktəbliləri, tələbələri, universitet müəllimlərini, habelə müxtəlif peşə sahiblərini və […]

“Yazıçı və şairlərin məktəblərə dəvət olunmaması tədris proqramlarında nəzərə alınmalıdır”

“Təəssüf ki, hazırda yazıçılar, şairlər orta məktəblərə az dəvət olunurlar”.Mektebgushesi.az xəbər verir ki bu barədə “Sherg.az”a xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirib.Onun sözlərinə görə, indiki halda Anar, Elçin, Çingiz Abdullayev, Nəriman Həsənzadə kimi yazıçılarımız var. Lakin onları nə ali, nə də orta məktəblərə dəvət edirlər:“Şair və yazıçılarımız imkan olduqca ayda 1 dəfə müasir ədəbiyyatla […]

BDU-da Narkotiklərlə Mübarizə mövzusunda seminar keçirilib

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) çərçivəsində Bakı Dövlət Universitetində ilk seminar keçirilib. Mektebgushesi.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edib, müasir dövrün sosial bəlalarından olan və bütün dünyanı narahat edən narkomaniya problemindən, ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq […]

ADMİU-nun tələbələri “Nəsimi ili – Nəsimi dili” festivalında mükafat qazanıblar

Azərbaycan Teatr Xadimləri İttifaqında “Bir teatr, bir festival” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının təşkilatçılığı ilə “Nəsimi ili – Nəsimi dili” festivalı keçirilib. Universitetdən mektebgushesi.az -a bildirilib ki, münsiflər heyətinin qərarına əsasən ADMİU-nun tələbələri 25 iştirakçı arasında ikinci yerə layiq görülüb, onlara diplom, fəxri fərman və pul mükafatı verilib. ADMİU-nun tələbələri […]

Məktəblərdə peşəyönümü işinin təbliği davam edir

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi peşəyönümü işinin təbliği və təşkili üçün məktəblilərlə görüşlər keçirir. Peşə Təhsil Mərkəzindən mektebgushesi.az -a bildirilib ki, mərkəzin müəllimləri peşəyönümü sahəsində maarifləndirmə işi aparmaq məqsədilə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 183 nömrəli orta məktəbin IX və XI sinif şagirdləri ilə görüşüblər. Onlar məktəblilərə mərkəzin maddi-texniki bazası, […]

Dillər Universitetinin rektoru Çilinin müvəqqəti işlər vəkili ilə görüşüb

Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, qonağı salamlayan rektor Kamal Abdulla Qabriel Xaraya yeni başladığı diplomatik fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, ADU-nun ispandilli ölkələrdən daha biri ilə əməkdaşlığının təməli qoyulması əlamətdar hadisədir. İspan dili […]

İnzibati vəzifə tutmaq üçün müsahibə elan edildi 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15-də beş dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 36-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) […]

Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə zona yarışına yekun vurulub. Mektebgushesi.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən yarışda Zəngilan rayonu və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 6 nömrəli […]