Mektebgushesi

Kiyevdəki Azərbaycan dili müəllimi: “Digər millətlərin də bura marağı artacaq”

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kiyevə səfəri çərçivəsində Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Kiyev Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində olub. Mektebgushesi.az xəbər verir ki, məktəbin Azərbaycan dili müəllimi Atayev Elxan fəaliyyəti haqqında  AzEdu.az-a danışıb. O bildirib ki, Ukraynada yaşayan Azərbaycanlıların Birləşmiş Diasporunun təşəbbüsü ilə Kiyev şəhərində xüsusi məktəb […]

Reyhan Camalova və dostlarının elmi icadları

12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel İSE-Beynəlxalq Elm və Mühəndislik sərgisi keçiriləcək. Ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edəcək. “Sillogizmlə yeni isbat metodları”,“İnsan genomunda ikiistiqamətli promototrlar”,“Rainergy”, “Stock up”, “Fiziki qanunlardan istifadə edərək tüstü şəklində təbiətə buraxılan zərərli maddələrin miqdarının azaldılması”istiqamətində olan layihə müəllifləri “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri […]

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

12 aprel – Ümumdünya Aviasiya və  Kosmonavtika Gününə həsr olunmuş ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Bakı şəhər məktəbliləri arasında keçirilən müsabiqə çərçivəsində şagirdlər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqədə 24 ümumi təhsil məktəbi üzrə 63 iştirakçının hazırladığı  54 maket nümayiş etdirilib. Müsabiqənin seçim mərhələsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium, […]

AMEA-nın əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları aprelin 7-dən 12-dək Gürcüstanın Batumi şəhərində keçirilən “İpəkçiliyin qorunması və bərpasına dəvət – problemlər və perspektivlər – SERİVİVAL-2019” tədbiri çərçivəsində Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosiasiyasının (BACSA) 9-cu beynəlxalq konfransında iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Elmi Mərkəzin (ŞREM) direktoru, […]

Venera planetində canlı həyat tapıldı -Alimlərdən yeni kəşf

Rusiya Elmlər Akademiyasının kosmik tədqiqatlar institutu və Boerskov adına institutun mütəxəssisləri bildiriblər ki, qonşu planetdə əvvəllər elmə məlum olmayan bio kimyəvi prinsipə əsaslanan canlı həyat formasının olma ehtimalı var. “Venera-9”, “Venera-10”, “Venera-13”, “Venera-14” aparatları vasitəsilə 1975-1982-ci illər arasında Venera planetinin səthinin panoram görüntüləri əldə edilib. Fotolarda asta hərəkət edən obyektlər nəzərə çarpır. Veneranın səthindəki fotolarda […]

Fuad Muradov Kiyevdə fəaliyyət göstərən Azərbaycan dili məktəbində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kiyevə səfəri çərçivəsində Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Kiyev Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində olub.  Mektebgushesi.az-ın xəbərinə görə, Dövlət Komitəsinin nümayəndə heyəti diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə birgə Akademiyada ucaldılan ümumilli lider Heydər Əliyevin heykəli önünə tər çiçəklər düzüblər.  Sonra DİDK sədri […]

Bakıda müəllim amerikalı həmkarı tərəfindən döyülüb

Mektebgushesi.az xəbər verir ki, Bakıda “British school College”-də dava salan Aidə Əsədova həyat yoldaşı Rəfael Əsədov BAKU.WS-ə hadisə barədə ətraflı məlumatlar verib.O, bildirib ki, əslində baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur. “Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim […]

Azərbaycanlı türkoloq alim beynəlxalq mükafata layiq görülüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun elmi yaradıcılığı Almaniyada fəaliyyət göstərən Türklərin Dünyası İnstitutu tərəfindən yüksək qiymətləndirilib.  Mektebgushesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, gənc alimimiz türk dili, ədəbiyyatı və mədəniyyəti sahəsində akademik, elmi çalışmalarına, göstərdiyi xidmətlərə görə Türklərin Dünyası İnstitutunun nüfuzlu “Dil, […]

ADAU-nun rektoru gənc müəllimlərlə görüşüb

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə çalışan gənc müəllimlərlə görüşüb. Universitetdən Mektebgushesi.az –a bildirilib ki, rektorun vaxtaşırı keçirilən belə görüşlərdə məqsədi gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirəsidir. İşgüzar və səmimi şəratdə keçən görüşdə mövcud problemlər və onların həlli yollarından, belə görüşlərin keçirilməsinin […]

Depressiya əleyhinə dərmanlar yeniyetmələri intihara sürükləyir

Depressiya əleyhinə olan preparatların insan psixologiyasına mənfi təsir etməsi məlum məsələdir. Amma Yeni Zelandiyada universitetlərin birində aparılan son təhqiqatlar bu həblərin dəhşətli fəsadlarını üzə çıxarıb. Anti-depressiya həblərinin mədə bulantısı, kökəlmə kimi təsirlərinin olması təsdiqlənib. Məlum olub ki, əksəriyyətin görməzdən gəldiyi bu simptomlar həm də cinsi zəifliyə səbəb olur. Anti-depressiya preparatlarının yan təsirləri bildiyimizdən daha çoxdur Universitetin internet […]

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçiriləcək. Akademiyadan Mektebgushesi.az-a verilən məlumat görə, iclas mayın 1-də, saat 10:00-da AMEA-nın əsas binasında baş tutacaq. Elmi nailiyyətlər sərgisinin nümayiş olunacağı yığıncaqda  hesabat məruzələri də dinləniləcək.

Azərbaycan dili və ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə

Bu, şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradır Təcrübə göstərir ki, eyni metodlardan istifadə dərsi cansıxıcı edir, şagirdin fənnə marağını azaldır. Bu baxımdan mən Azərbaycan dili və ədəbiyyat dərslərində interaktiv təlim metodlarından geniş istifadə edirəm. Yeni təlim metodlarından istifadə ilə əlaqədar “Fəal və interaktiv təlim/tədris metodları” mövzusuna həsr olunmuş üç mərhələdə “Öyrədənlərin öyrədəni” kursunu keçmişəm. […]

Liseydə oxumaq istəyən eyni vaxtda 2 məktəb seçə bilər?

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də valideynlərdəki suallar bitmək bilmir. Sual: Oğlumun liseydə təhsil almasını istəyirəm. Eyni vaxtda həm lisey, həm də orta ümumtəhsil müəssisəsinə sorğu yerləşdirə bilərəm? Ümumiyyətlə, övladım liseyə qəbul oluna bilməsə, adi orta məktəbdə təhsil ala biləcək? Cavab: Xeyr. Valideyn və ya qanuni nümayəndənin azyaşlı […]

Xalidə Bayramova Elinanın intiharına görə prokurorluqda dindirilib

Xəbər verdiyimiz kimi, 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Mektebgushesi.az  unikal.org-a istinadən xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti […]

ADPU- da“Aprel döyüşləri -Qarabağa gedən yol” adlı tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından, fakültənin Coğrafiya müəllimliyi ixtisasının 1802 saylı qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü, 301 saylı qrup tələbəsi Ramil Ramizovun köməkliyi, fakültə rəhbərliyi və ACC ADPU filialının təşkilatçılığı ilə “Aprel döyüşləri – Qarabağa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə fakültənin dekanı, dosent […]