Mektebgushesi

Ağstafada Uşaq Musiqi Məktəbinin tikintisində 109 min manatadək artıq ödəmə aşkarlanıb

Hesablama Palatası Uşaq Musiqi Məktəbinin tikintisi zamanı 100 min manatdan çox büdcə vəsaitinin artıq ödənildiyini aşkarlayıb. Mektebgushesi.az xəbər verir ki, ONA-nın məlumatına görə, audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa Rayon İcra Hakimiyyətinin sifarişinə əsasən, tikinti-quraşdırma işləri aparılan “Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin tikintisi” üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-i tarixinədək aparılıb. […]

DİM: İmtahan suallarını və kitabçalarını yayanlar müəyyən olunub -Cəzalanacaqlar

“Sual kitabçasının sosial şəbəkələrdə paylaşılması ciddi qayda pozuntusudur. Bununla bağlı  xüsusi orqanlara müraciət etmişik və bu halı kimlərin törətdiyi müəyyən olunub”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri DİM-in rəsmi feysbuk səhifəsindəki canlı yayımda Dövlət İmtahan Mərkəzinin Təşkilat şöbəsinin müdiri Azər Bağırov deyib. Onun sözlərinə görə, bəzi şagirdlər buraxılış imtahanlarındakı sual kitabçalarının şəklini çəkərək, sosial şəbəkələrdə […]

Tibb elmlər doktoru Adil Baxşəliyev barəsində cinayət işi başlanılıb

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, tibb üzrə elmlər doktor Adil Baxşəliyev barəsində cinayət işi başlanılıb. Mektebgushesi.az Report -a istinadən  xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 240.1-1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə […]

Cəsarət Valehov: Məktəblərdə pəncərələrin bağlanması məlumatı yalandır

Bakıda fəaliyyət göstərən orta məktəblərin pəncərələrinin ləğv edilməsi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, guya 162 saylı orta məktəb şagirdi Elina Hacıyeva özünü məktəbin pəncərəsindən ataraq intihar etdikdən sonra Təhsil Nazirliyi bu barədə qərar verib . Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Trend-ə açıqlamasında faktı təkzib edib. O, bildirib ki, Təhsil Nazirliyi […]

ADU-da “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə baş tutub. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə […]

Azərbaycan İlahiyyat İnstitutu Gəncədə abturiyentlərlə görüş təşkil edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Gəncə şəhərinə olub. Aİİ kollektivi öncə Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini […]

ADU-nun rektoru Rumıniyanın Piteşti Universitetinin nümayəndələri ilə görüşüb

Aprelin 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu söyləyib. O, qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib. Universitet rəhbəri […]

Çexiya respublikasının Kənd Təsərrüfatı nazirinin müavini ADAU-da olub

Çexiya Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselinin rəhbərliyi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən ibarət nümayəndə heyəti və Çexiya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Milan Ekert Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində olub. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti, imkanlar və perspektivlər, ölkə rəhbərliyinin aqrar sahəyə […]

ADPU-da Erasmus+ EQAC layihəsinin geniş təqdimatı keçirilib

Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin professor-müəllim heyəti üçün geniş təqdimatı keçirilib. Qeyd edək ki, təqdimat layihənin koordinatoru olan Bakı Biznes Universitetinin (BBU) ADPU-da layihənin yerinə yetirilməsi ilə bağlı monitorinqi çərçivəsində gerçəkləşib. Təqdimatdan […]

DİM: 3 nəfərdə telefon aşkarlanıb 13 şagird imtahan zalından kənarlaşdırılıb

Ötən imtahanlarda 13 şagird imtahan zalından kənarlaşdırılıb, 3 nəfərdə isə telefon aşkarlanıb” Bu sözləri DİM-in rəsmi feysbuk səhifəsindəki canlı yayımda Dövlət İmtahan Mərkəzinin təşkilat şöbəsinin müdiri Azər Bağırov deyib. Onun sözlərinə görə, bu hal ilkin protokolların emalı zamanı ortaya çıxıb: “Təssüflər olsun, buraxılış imtahanlarında müxtəlif qayda pozuntuları aşkarlanıb. Köçürməyə cəhd edənlər, imtahana telefon keçirməyə çalışanlar […]

ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirilib

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib. Tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Meksika, Fransa, Kuba, Venesuela, Braziliya, Argentina, Rumıniyanın ölkəmizdəki səfirləri, Çili və Misir səfirliklərinin nümayəndələri iştirak edib. Meksikanın Azərbaycandakı fövqəladə və […]

BDU-da əmək yarmarkası keçirilib

2019-cu il 11 aprel tarixində Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib. Yarmarka tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılıb. 20-dək müəssisənin təmsil olunduğu tədbirdə iştirakçılar idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş […]

DİM: imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib

Məlum olduğu kimi, 2019-cu ilin mart ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən bütün respublika üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının I mərhələsi keçirilib. 3, 10 və 17 mart 2019-cu il tarixlərində cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki […]

Aprel Şəhidi Nurəddin Mirzəyevin oxuduğu məktəbdə şagirdlərlə görüş keçirilib

Aprelin 10-da nur üzlü Lələtəpə fatehlərimizdən biri, Şəhid snaperçi əsgər Nurəddin Mirzeyevin təhsil aldığı Ə. H. Mirzəyev adına Yardımlı rayonu, Honuba kənd tam orta məktəbində şagirdlərlə görüş keçirilib. Görüşdə Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, baş məsləhətçisi Şəhriyar Şabiyev, Yardımlı rayon Təhsil şöbəsinin nümayəndəsi Nəci Bağırov, Ombudsmanın Cəlilabad regional mərkəzinin rəhbəri Ziya […]

BSU -da elmi seminar keçirilib -FOTOLAR

Aprelin 10-da Bakı Slavyan Universitetində Xarici dillər kafdrasının təşkilatçılığı, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dos. Şirinbəy Əliyev, Xarici dillər kafedrasının müdiri dos. Günay Babayeva və kafedra əməkdaşları, Avropa dilləri və İngilis filologiyası kafedrasınnı müəllimləri və tələbələrin iştirakı ilə elmi seminar keçirilib. Universitetdən Mektebgushesi.az verilən məlumata görə, Seminarda Xarici dillər kafedrasının müəllimi Leyla Quliyeva “İkidilliliyin […]