Mektebgushesi

Kənd məktəbində “Uşaqlar Gələcəyimizdir” adlı bilik yarışması keçirilib

Təhsil Naziri Ceyhun Bayramovun ” Oxu Günü” keçrilməsi əmrinə əsasən “Uşaqlar Gələcəyimizdir” devizi altında Masallı Rayonu Sarıcəfərli kənd ümumi orta məktəbi və Ə.İbadov adına Tüklə kənd tam orta məktəbində 5 – ci siniflər arasında Bilik yarışması keçirilmişdir. Tədbir, hər məktəbdən bir necə qrup olmaqla komandalar şəkilində yarışıblar. Qalib komandanın şagirdləri tərifnamələr və diplomlarla təltif olunublar. Tədbirin […]

Şahlar Əsgərov: “Biz uşaqlara olan münasibəti məhəbbətə çevirməliyik…”

 “Gərək müəllim uşağı sevib, ona millətin gələcəyi kimi baxıb, gələcəkdə yetişdirdiyi bir şəxsiyyət kimi onunla qürurlansın” Mektebgushesi.az xəbər verir ki, bunu mətbuata açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov 162 saylı tam orta məktəbdə intihar edən Elina Hacıyevanın faciəvi ölümünə və məktəb direktoru Sevinc Abbasovanın məlum səs yazısından sonra işdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib. Professorun […]

ADAU-da Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 nömrəli Tələbə evinin akt zalında Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət İcra Agentliyi (EACEA) Ali Təhsil Sahəsində Bacarıqların Artırılması (Key Action 2) üzə Erasmus+ proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” – NİZAMİ layihəsinin yekununa dair Gəncə şəhərində yerləşən ali təhsil müəsisələrinin, […]

Məktəb direktorları inklüziv təhsil barədə məlumatlandırılıb

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) inklüziv təhsillə bağlı məktəb direktorları üçün keçirilən seminarları davam etdirir. TİPİİ-dən  mektebgushesi.az -a bildirilib ki, növbəti seminarda 25-dən artıq məktəb direktoruna institutun mütəxəssisi tərəfindən inklüziv təhsil, onun fəlsəfəsi, keçdiyi tarixi inkişaf yolu ilə bağlı nəzəri məlumatlar verilib, məsələnin qanuni tərəfləri izah olunub. Sonra direktorlar sağlamlıq imkanları məhdud uşaqların, ümumilikdə […]

BDU-da “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib

Bakı Dövlət Universitetində təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib. Universitetdən Məktəbgushesi.az -a verilən məlumata görə, Dövlət Təhülkəsizlik Xidmətinin məsul əməkdaşlarının, BDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı rektor Elçin Babayev açaraq dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət […]

Aİİ-də “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 9 aprel 2019-cu il tarixdə “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar təşkil olunub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov seminar iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində İnstitut […]

ADU-nun rektoru ABŞ Dövlət Departamentinin Amerika mərkəzləri üzrə məsul şəxsi ilə görüşüb

Aprelin 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxs Anne Consla görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, rektor qonaqları universitetdə görməkdən şad olduğunu deyib. ADU-nun Amerika mərkəzinin əsas mərkəzlərdən biri olduğunu deyən rektor universitetdə 18 dil və mədəniyyət mərkəzinin faəliyyət göstərdiyini bildirib. Mərkəzlərin tədris […]

Dövlət qulluğu vəzifələrinə keçiriləcək test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 21-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, aprelin 9-u saat 15:00-a olan məlumata görə, dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün 554 nəfər qeydiyyatdan […]

Paytaxt sakinindən məktəblilər üçün maraqlı aksiya

Paytaxt sakini Qəşəm Niftəliyev öz marketində məktəblilər üçün maraqlı aksiya başladıb. Mektebgushesi.az xəbər verir ki, O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir;“5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki […]

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Pakistanın İqra Milli Universitetinin rektoru Obaid-ur-Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev universitetin təhsil, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələrindan danışaraq səfərin əməkdaşlıq əlaqələrinin qurulması və inkişafına təkan olacağını vurğulayıb. Rektor Obaid-ur-Rəhman 2000-ci ildə Pakistan Mühəndislik Şurası və Ali Təhsil Komissiyası tərəfindən əsası […]

ADNSU ilə Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, ADNSU-nun beynəlxalq əlaqələri, tədris prosesi, ixtisasları, laboratoriyaları haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil […]

“AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03 aprel 2019-cu il tarixli 8/7 nömrəli qərarına əsasən “AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan edir. “AMEA-nın professoru” adı AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli […]

ADAU-nun tələbəsini Ankara Universitetinin rektoru qəbul edib

Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Türkiyə Cümhuriyyətinin ilk universiteti olan Ankara Universitetinə hədiyyələr təqdim olunub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, ADAU-nun tələbə gənclər təşkilatının sədri Valeh Əsədov Türkiyənin Ankara şəhərində keçirilən Erasmus+ beynəlxalq təlim kursunda iştirak edir.Valeh Əsədovu 70.000 tələbəsi olan Ankara Universitetinin rektoru, professor Erkan İbiş qəbul edib. Görüş çox səmimi keçib, Valeh […]

Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

“Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib. Mektebgushesi.az  xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhəri […]

Paytaxt məktəblisi beynəlxalq sammitdə jüri olub

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib. BŞTİ -dən Mektebgushesi.az -a verilən məlumata görə,Birləşmiş Millətlər təşkilatının Dayanıqlı Məqsədlər üzrə Proqramının Vyetnamdakı nümayəndəliyinin dəstəyi ilə ölkəmizi təmsil edən R.Camalova sammitdə  2 […]