Mektebgushesi

Məktəb direktoru ölən şagirdlə bağlı təfərrüatları danışdı

Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi  təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib. 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.  Eyni […]

BŞTİ və Bakı şəhər Prokurorluğu şagirdin intiharı ilə bağlı məlumat yaydı

Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin ölümü ilə bağlı xəbər yayıb. Aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. […]

AzTU-nun nümayəndə heyəti “Nizami” layihəsi çərçivəsində Fransada olub

Fransanın Monpele şəhərində yerləşən Monpele Universitetində “Nizami” layihəsi çərçivəsində “Azərbaycanda dokturantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” mövzusunda layihənin son – bağlanış görüşü keçirilib. Görüşdə Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva və departamentin əməkdaşı Nərgiz […]

BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar

Bakı Dövlət Universitetində IX Azərbaycan Koreya dili nitq müsabiqəsi keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, rektor Elçin Babayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op tədbiri açaraq müsabiqə iştirakçılarına uğurlar arzu ediblər. Rektor Elçin Babayev dünyanın 20 nəhəng ölkəsindən biri olan Koreya ilə Azərbaycanın tarixi köklərinin kəsişməsindən danışaraq ökələrarası münasibətlərin yüksək səviyyədə olmasında […]

Almaz Həsrət: “Məktəb rəhbərliyini günahkar kimi ən son adamlar olduğunu deyərdim”

Məktəbin birində çox ağır hadisə baş verib. Hamımız xəbəri oxuyuruq. Hər kəs də öz düşüncə tərzinə görə müxtəlif fikirlər yazır. Allah heç kimə bu olayı yaşatmasın. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Əməkdar müəllim Almaz Həsrət Özünün sosal şəbəkədəki hesabından paylaşıb. Ancaq mən bu olayda məktəb rəhbərliyini günahkar kimi ən son adamlar olduğunu deyərdim. İlk günahkar […]

Azərbaycan Universitetinin “məzun”una 55 il həbs – VİDEO

Türkiyənin Bursa şəhərində saxta diplomla kəkələmə və nitq qüsurlarının müalicəsi mərkəzi açan kişi saxlanılıb. Mektebgushesi.az Oxu.Az -a istinadən xəbər verir ki, o, 33 nəfəri müalicə etmək adı ilə aldadıb.  40 yaşlı Əmrə Nuri Qorqud polisə ifadəsində Azərbaycan Universitetindən məzun olduğunu, Pensilvaniya Universitetində isə kəkələmə və dil patologiyası üzrə kurs keçdiyini, sertifikatının olduğunu deyib. O, xəstələri də […]

DİM-də TOEFL imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. Mərkəzdən  mektebgushesi.az -a verilən məlumata görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 1 əcnəbi vətəndaş olmaqla 12 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.  Növbəti TOEFL imtahanının mayın 11-də keçirilməsi nəzərdə tutulur.

Laqodexidə Azərbaycandilli yeni məktəb tikiləcək

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kəndlərdə bir sıra yeni infrastruktur layihələri həyata keçiriləcək. Mektebgushesi.az AZERTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili deyib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin dəstəyi ilə Laqodexi rayonunun Qabal kəndində Azərbaycandilli yeni məktəb açılacaq. Q.Maçaraşvili qeyd edib ki, yeni məktəb binasının inşası ilə yanaşı, hazırda Qabal […]

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verib

Bakıda şagirdin intiharına görə cinayət işi başlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə, 162 saylı məktəbin 8 ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və bu gün xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin necə baş verməsi və intihardan öncə şagirdin davranışları, sinif […]

Sevil Hüseynova: “Qızımın alçaldılmasını direktora desəm də, buna göz yumurdu”

Məktəbdə sinif yoldaşları və müəllimləri qızımı həmişə alçaldıblar”. Mektebgushesi.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Bakıda özünü 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən atan və bu gün xəstəxanada dünyasını dəyişən Yelena Hacıyevanın anası Sevil Hüseynova deyib. O bildirib ki, məktəbdə yuxarı sinif şagirdləri qızına əl də qaldırıblar: “Bütün bunlar bir il ərzində davam edib. Direktora dəfələrlə şikayət etməyimə baxmayaraq, […]

Məktəbin 3-cü mərtəbəsindən özünü atan şagird dünyasını dəyişib

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.  Mektebgushesi.az -ın məlumatına görə, kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik […]

UNEC-də “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən” devizi altında hərbi vətənpərvərlik bayramı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən” devizi altında hərbi vətənpərvərlik bayramı keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aprel döyüşlərində, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında və keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əks-hücum nəticəsində bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla […]

ADAU da professor Hacı Hacıyevin 100 illik yubileyi ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil müəssisəsinin məzunu, baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunan “Baytarlıq elminin inkişafında innovativ texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-nəzəri konfrans keçirilib. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə konfrans iştirakçıları əvvəlcə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində alimin adına yaradılan xüsusi auditoriyanın açılışını edib, çalışdığı fakültənin təhsil […]

Yaponiya İmperatoru elmi işini dərc etdirib

Yaponiya İmperatoru Akihito uzun illərdir ki, araşdırma apardığı balıqların növləri barədə elmi işini dərc etdirib. Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, aprelin 5-də ixtiologiya jurnalının onlayn versiyasında yayımlanan elmi əsər Yaponiyanın keçmiş paytaxtı Kiotonun Qyoen milli parkındakı nohurda saxlanılan xulbalıqlar ailəsinin kökünün kəsilməsinə həsr edilib. İmperator digər tədqiqatçılarla birlikdə bu əsər üzərində təqribən […]

Misirdə qeyri-adi mumiyalar aşkarlanıb

Misirin cənubundakı Soxaq əyalətində Ptolemeylər dövrünə aid (bizim eradan əvvəl IV-I əsrlər) yaxşı vəziyyətdə qalmış divarüstü yazılar və toxunulmamış çoxlu miqdarda heyvanların mumiyaları olan məzarlıq aşkar edilib. Bu barədə Misirin Qədim Abidələr üzrə Nazirliyi məlumat yayıb. Qədim Abidələr üzrə Misirin Ali Şurasının baş katibi Mustafa Vəziri açıqlamasında bildirib ki, bu rayonda aşkar edilən tapıntı ən […]