Mektebgushesi

Zərifə Əliyeva adına liseydə “Qalibiyyət: şəhidlər və şahidlər” kitabı təqdim olunub

Zərifə Əliyeva adına liseydə Aprel şəhidlərinin və şahidlərinin qəhrəmanlığından, həyat hekayələrindən bəhs edən “Qalibiyyət: şəhidlər və şahidlər” kitabının müəllifi Aida Eyvazlı Göytürk və kitabın qəhrəmanlarından biri, Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Ordusunun zabiti Həsrət Almaslı ilə məktəblilərin görüşü keçirilib. Liseydən Mektebgushesi.az -a bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Vəliyeva Aprel döyüşlərinin Azərbaycanın tarixində […]

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Bakıda 162 nömrəli məktəbdə oxuyan məktəblini lağa qoyduqları üçün o, özünü atıb. Bu bədbəxt hadisə deyildi, intihara cəhd idi. Mektebgushesi.az xəbər verir ki, bu sözləri Oxu.Az-a məktəblinin yaxın yoldaşlarından biri deyib. Onun sözlərinə görə, məktəbdə bir qrup uşaq ona gülərək lağ ediblər: “Mən onu yaxşı tanıyıram. Biz rəfiqəyik, onların evlərinə gediş-gəlişimiz var. Məktəbdə uşaqlar onu lağa qoyurdular. Heç […]

Beynəlxalq Pediatriya Dərnəyinin başqanı ATU-nun qonağı olub

Beynəlxalq Pediatriya Dərnəyinin (İPA) başqanı Professor Dr. Enver Hasanoğlu Azərbaycan Tibb Universitetinin qonağı olub və rektor Gəray Gəraybəyli ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, professor Enver Hasanoğlu Beynəlxalq Pediatriya Dərnəyinin başçısı qismində Azərbaycan Tibb Universiteti ilə birgə müştərək layihələr icra etmək arzusunda olduğunu bildirib. O, indiyədək dəfələrlə Azərbaycanda olduğunu, bundan sonra da Tibb […]

Diaqnostik qiymətləndirmə nə vaxt keçiriləcək? – Rəsmi

Təhsil Nazirliyi yeni diaqnostik qiymətləndirmənin keçirilməsinə münasibət bildirib. Mektebgushesi.az AzEdu.az -a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Təməl” verlişinə çıxışı zamanı bildirib ki, 2014-cü ildən keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi ölkəni tam əhatə edib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçməyən çox az sayda müəllim qalıb: “Burada Təhsil Nazirliyindən asılı olan məsələ […]

ADAU -nun rektoru tələbələrə müraciət edib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Facebook” sosial şəbəkəsindən tələbələrə müraciət edib.  Mektebgushesi.az  rektorun müraciətini olduğu kimi təqdim edir: “Əziz tələbələrim, aqrar universitetin kitabxanasından götürdüyünüz və vaxtında qaytarmadığınız kitablarla bağlı Sizlərə, əzizlərimə, dostlarıma müracət edırəm. Məsələ burasındadır ki, tələbələrimizin əksəriyyəti semestr ərzində keçdiyi gənclərlə bağlı dərslik və dərs vəsaitlərini əsaslı kitabxanadan götürür və imtahan […]

Murad Camalzadə: “Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqəyə iyulda başlanılacaq”

2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tarix məlum olub. mektebgushesi.az- ın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyul ayından başlayacaq. O qeyd edib ki, bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək. […]

“Oxu günü” tədbiri keçiriləcək

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” tədbiri keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, “Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur. Aprel ayı ərzində keçiriləcək belə tədbirlər respublikanın ümumi təhsil müəssisələrinin iştirakı ilə baş tutacaq. Tədbirlərdə ümumtəhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. “Oxu günü”ndə həmçinin […]

Maqnus Karlsen Şəmkirdə məcburi köçkün olan 5 məktəbli ilə “Sülh naminə” şahmat oynayıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli üzvü ilə dünya çempionu Maqnus Karlsen arasında Şəmkir rayonunda sülh naminə şahmat oyunu keçirilib. ONA-nın qərb bürosunun xəbərinə görə, yarışdan əvvəl icma nümayəndələri Şəmkirdə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində yarışa start verilib. Nəzrin Məhərrəmova (Xocalı), Fidan Tahirova, Abbas Tahirov […]

Məktəb direktorunu döyməkdə ittiham edilən aktyorun məhkəməsi başlayır

Xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi yenidən məhkəməyə göndərilib. Mektebgushesi.az -ın ONA-ya istinadən xəbərinə görə, işə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 10-a təyin edilib. Qeyd edək ki, martın 4-də Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin və 175 saylı orta məktəbin direktoru Tural […]

Azərbaycan İlahiyyat İnstitutu Lənkəranda abituriyentlərlə görüş keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri həyata keçirir. İnstitutun ilk səfəri Lənkəran rayonuna olub. İnstitutun kollektivi Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə […]

ADNSU ilə “ATENAU” MMM arasında əməkdaşlıq memorandumu imzalanıb

Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ATENAU Məhdud Məsuliyyətli Müəssisənin (MMM) direktoru Azər Əhmədov ilə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Əməkdaşlıq imkanlarının və İntelektual İdarəetmə sahəsində birgə yeni layihələrin müzakirə olunduğu görüşdə rektor, professor M.Babanlı universitetdə görülən işlər barədə qonağa məlumat verib. ATENAU MMM ilə birgə […]

TƏLƏBƏLƏR PULSUZ MÜAYİNƏ OLUNACAQ

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, , Şura üzvlərinin yekdilliklə səs verdiyi qərara əsasən, Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin ATU-nun klinikalarında ödənişsiz müayinə olunacaqlar. Bu qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək edəcək. Eyni zamanda, tələbələrin […]

Azərbaycan İlahiyyat İnstitutunun rektoru LDU-da olub.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru , ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və sözügedən institutun bir qrup əməkdaşı Cənub bölgəsində keçiriləcək tədbirlər çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkiblər. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet,burada təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən çoxşaxəli işlərdən, əldə […]

ADPU-da Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

ADPU-da Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi: reallıqlar, tələblər” Respublika elmi konfransı keçirilib Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi: reallıqlar, […]

ADU-nun rektoru Kamal Abdulla DTX-nın yubiley medalı ilə təltif olunub

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub. Universitetdən Mektebgushesi.az – a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən xidmətin səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının akademik Kamal Abdullaya təqdim olunması Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Dillər Universitetinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir. ADU-nun […]