Mektebgushesi

Şagird direktor müavinini otağında bıcaqladı

Türkiyənin Kocaeli rayonunun Gəbzə qəsəbəsində Atatürk Anadolu Liseyinin direktor müavini Nəcməddin Quyucu iş otağında bıçaqlanıb. “Qafqazinfo” DHA-aya istinadən xəbər verir ki, onu 11-ci sinif şagirdi F.C bıçaqlayıb.Aldığı 6 bıçaq zərbəsi ilə ağır yaralanan müavin dərhal xəstxanaya yerləşdirilib. Lakin bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.Cinayəti törədən şagird isə qısa zamanda saxlanılıb.Məlumata görə, F.C […]

Uşaq bağçasında kütləvi zəhərlənmə

Gürcüstanın Telavi rayonunun Buşeti kəndində uşaq bağçasında 20-dən çox uşaq zəhərlənib. Mektebgushesi.az  “Report”a istinadən məlumat verir ki, onlardan 13-ü intoksikasiya diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib. Zəhərlənmənin səbəbi hələ məlum deyil. Uşaqların içməli sudan zəhərləndiyi ehtimal olunur. Bağça müvəqqəti olaraq bağlanıb. Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları müəssisədə araşdırma aparırlar. 

Şahlar Əsgərov: “Bugünkü Kəlbəcər məktəblərində dərsdən yayınan şagirdlər çoxdu”

Bu gün Kəlbəcərin işğalından 26 il ötür. Çox təəssüf  ki, düşmən tərəfindən işğal edilən Kəlbəcərdə şagirdlərə elm işığı verən məktəblər də yerlə-yeksan edildi. Bu gün Kəlbəcər rayonuna aid məktəblər ölkənin müxtəlif yerlərində məskunlaşıb. Bir sözlə, Kəlbəcərin təhsili də didərgin salınıb. Mektebgushesi.az xəbər verir ki, AzEdu.az sabiq millət vəkili, təhsil eksperti  Şahlar Əsgərovun doğma yurdunu ölkənin […]

Tələbə Gənclər arasında Mühasibat uçotu üzrə II Olimpiada keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində həyata keçirilən “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihənin Bakı Konqres Mərkəzində final mərhələsi keçirilmişdir. Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və […]

“Clarivate Analytics” şirkəti BDU-da treninqlər keçəcək

“Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində olublar. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda maksimum effektiv nəticənin əldə olunması üçün yeni format və fərqli yanaşmaların tətbiqi haqqında danışıb. Vladimir Boqorov elmi jurnalların ixtisaslaşması və […]

Tovuzda orta məktəb binası yanıb

Tovuzda orta məktəb binasında yanğın başlayıb. Mektebgushesi.az xəbər verir ki, ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd orta məktəbində baş verən yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının başvermə səbəbləri məlum deyil.

BSU tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçəcəklər

Bakı Slavyan Universitetinin (BSU) IV kursda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində könüllü olaraq Cəbrayıl rayonun Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanacaqlar. BSU-nun Mətbuat Xidmətinin əməkdaşları təcrübədən əvvəl tələbələrlə görüşmüş və onların fikirlərini öyrəniblər. Tələbələrin təcrübə rəhbəri Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə pedaqoji […]

AzMİU-nun rektoru əlaçı və zərbəçi tələbələrə mükafatı verdi, ailələrinə isə təşəkkür məktubu göndərdi

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova həm bakalavr, həm magistr səviyyəsində 2018-2019-cu tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında […]

ADAU-da Aprel döyüşlərinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

ADAU-da Aprel döyüşləri “Azərbaycan Hərbi məktəbinin şanlı salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib Azərbaycan Dövlət Aqrar Universitetində 1-ci kurs tələbələri arasında Milli Ordumuzun göstərdiyi qəhrəmanlığının növbəti ildönümü ərəfəsində tələbə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqə başlamazdan əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirakçı tələbələrlə görüşüb. Rektor çıxışında bildirib ki, […]

“Azərbaycan alimləri diasporu” saytı fəaliyyətə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az saytı istifadəyə verilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya bazasının formalaşdırılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə tanıdılması, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Sayt “Ana səhifə”, “Sistem haqqında”, […]

AzTU-nun professoru nüfuzlu Beynəlxalq elmi-texniki konfranslarda iştirak edib

“Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrasının professoru, t.e.d. Bayram İbrahimov 19-21 mart 2019-cu il tarixində Moskva rabitə və informatika texniki universitetində keçirilən “Технологии Информационного Общества” və “2019 Systems of Signals Generating and Processing in the Field of on Board Communications” (IEEE Conference # 46544) adlı Beynəlxalq elmi-texniki konfranslarına dəvət olunub.Konfransların proqramına uyğun olaraq professor B.İbrahimov […]

XİN: “Türkiyədə itkin düşən tələbəylə bağlı məsələ İstanbuldakı Konsulluğumuzun nəzarətindədir”

“Fevralın 12-dən Türkiyədə itkin düşən 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov barədə məsələ Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun nəzarəti altındadır” Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. XİN rəsmisinin sözlərinə görə, məsələ Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən araşdırılır: “29 mart tarixində itkin düşən Abduləvval Orucovun […]

İqtisadiyyat İnstitutunun yaradılmasına həsr edilən tədbirlər keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işlərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan professor Nazim Müzəffərli İqtisadiyyat İnstitutunun 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradıldığını və bunu əsas götürərək aprelin 14-nün “İnstitut Günü” elan olunduğunu deyib. İnstitutun […]

Komitə sədri Gürcüstanda təhsil alan ahıska türkləri ilə görüşüb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Tbilisidə Azərbaycan vətəndaşı olan və Gürcüstanda ali təhsil alan ahıska türkləri ilə görüşüb. Mektebgushesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə 50-yə yaxın ahıska türkü, Dünya Ahıska Türkləri Birliyinin rəhbərliyi və digər rəsmi şəxslər iştirak ediblər. Fuad Muradov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan […]

Nadir İsrafilov: “Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları”yalnız layihə formasındadır

Yayılan məlumata görə, “Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları” adlı layihə hazırlanıb. Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib: “Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır”. Bəlkə, “Qaydalar”ı hökumətə təqdim etməzdən əvvəl, […]