Mektebgushesi

15 tələbəyə saxta köçkün vəsiqəsi verilməsinə görə cinayət işi başlanıb

Hesablama Palatası dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticəsini açıqlayıb. Mektebgushesi.az -ın ONA- ya istinadən məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb. Seçmə qaydada 7 ali təhsil müəssisəsində məcburi köçkün tələbələr tərəfindən təhsil […]

Nazirlər Kabineti tələbələrə təqaüd təyin olunması qaydasında dəyişiklik edəcək

Nazirlər Kabinetinin 2016-cı il  5 fevral tarixli qərarı ilə təsdiq edilmiş  “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda  təqaüd almaq hüququ olan tələbələrin akademik məzuniyyətə gedərkən onlara təqaüdlərin verilməsinin dayandırılması və akademik məzuniyyətdən qayıdarkən təqaüdün verilməsinin bərpa olunması proseduru öz əksini tapmayıb. Mektebgushesi.az– […]

Amerikada şagird sinif yoldaşını güllələyib

Amerikada yeniyetmə həmyaşıdını güllələyib. Mektebgushesi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Arizona ştatında baş verib. Belə ki, məktəbə gizli şəkildə odlu silah keçirən yeniyetmə sinif yoldaşına bir neçə dəfə atəş açıb.  Cinayətkar yeniyetmə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yaralı məktəbli isə helikopter vasitəsilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala görə, yeniyetmə silahlı hücumu planlı şəkildə həyata […]

Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq müsabiqədə I yeri tutdub

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) elan etdiyi müsabiqədə Rəsədxananın da təşkilatçısı olduğu tədbir dünya üzrə birinci oldu. Bu il Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar bütün dünya üzrə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən birincisi 2019-cu ilin 10-13 yanvar tarixində baş tutmuş “100 saat Astronomiya” tədbiridir. BAİ tərəfindən bu tədbirdə üç kateqoriya […]

BDU-nun həyətindəki “Pepsi” adlı çayxana sökülüb – Universitetdən açıqlama

Bakı Dövlət Universitetinin (BDU) sökülmüş “Pepsi” adlı çayxanasının yerində tələbələr üçün yeni iaşə obyekti istifadəyə veriləcək. Mektebgushesi.az– ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun Mətbuat xidmətindən bildirilib.  Qeyd edilib ki, yeni rektor Elçin Babayevin ideyası əsasında həmin ərazi müasir standartlara cavab verəcək zövqlü formada və tərtibatda, tələbələr üçün lazım olan bütün şərait nəzərə alınmaqla yenidən qurulub istifadəyə veriləcək: […]

Dünyanın ən məşhur muzeyləri

Dünyada ən çox ziyarət olunan muzeylərin siyahısı açıqlanıb. İlk yerdə Luvr (Fransa, Paris) qərarlaşıb. Reytinqi tərtib edən “The Art Newspaper” ötən il bu muzeyi 10 milyondan çox adamın ziyarət etdiyini qeyd edib.Siyahıda sonrakı yerləri müvafiq olaraq Çin Milli Muzeyi (Pekin) və Metropoliten-muzey (ABŞ, Nyu-York) tutub. Qeyd edək ki, Vatikan muzeyi və Müasir Teyt Qalereyası (Böyük […]

Məlahət Mürşüdlü: “Bütün məktəblər üçün vahid formanın qəbulu düzgün deyil”

Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid  geyim forması tətbiq edilə bilər.Bu,müddəa Mili Məclisin sonuncu plenar iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb. Təhsil eksperti Məlahət Mürşüdlü bu qanunun doğru olmadığını düşünür: “Bu, şagirdin, valideynin seçim hüququnun pozulmasıdır. Sovet dövründə olduğu kimi, müstəqil dövlətimizdə də,  […]

Gürcüstan səfiri: UNEC-in əməkdaşlıq istiqamətində böyük potensialı var

Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən diplomat dost və qonşu ölkələr olan Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıraraq, hər iki ölkə arasında reallaşdırılan irimiqyaslı layihələrdən söz açıb. Azərbaycan universitetləri […]

V qrup üzrə ixtisasların minimal keçid balları

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib. Qərar Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent 1” jurnalında da dərc olunub. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)* Bədən tərbiyəsi və idman* Musiqi müəllimliyi* Təsviri incəsənət müəllimliyi* İnstrumental ifaçılıq* Solo oxuma* Dirijorluq* Bəstəkarlıq* Musiqişünaslıq* Xoreoqrafiya sənəti* Estrada […]

Rezidenturaya imtahan verəcək namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 7-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidir. Göstərilən sənədlərdən hər hansı biri çatışmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Əliməmməd Nuriyev: “Məhkumların ali təhsil almaları məhdudlaşdırılmır”

Həbsdə olan şəxslər üçün buraxılış imtahanı keçirilsə də, onlar ali təhsil müəssisəsinə qəbul ola bilmirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən bu istiqamətdə imtahan keçirilmir. Hüquqşünas Anar Ramazanov bildirib ki, azadlığı məhdudlaşan insanın hüquqları da, məhdudlaşır və onların ali məktəblərə imtahan verə bilməmələri də bununla əlaqədardır: “Həbsdə olan şəxsin hüquqları məhdudlaşdırılır.Onlardan biri də təhsil hüququdur.Əgər, cəzaçəkən təhsil alacaqdısa, […]

Avropanin 5 universitetinin iştiraki ilə Gəncə Dövlət Universitetində beynəlxalq təlimlərə başlanib

Aprelin 1-də Gəncə Dövlət Universitetində (GDU) Avropa Komissiyasının “Erasmus+” programı üzrə PETRA “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində bir həftəlik beynəlxalq təlimlərə başlanılıb. Beynəlxalq təlimdə məruzəçi qismində Jivaskula Universiteti (Finlandiya), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya), Valensiya Politexnik Universiteti (İspaniya), Qazi Universiteti (Türkiyə), Debresen Universitetindən (Macarıstan) nümayəndələr iştirak edirlər. Həmçinin təlimlərdə Azərbaycan Respublikası Təhsil […]

Tələbələrə Folklor İnstitutunun nəşrləri hədiyyə olunub

AMEA-nın Folklor İnstitutunun gənc alimlərinin Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Nail Qurbanov gənclərin elmə daha çox cəlb olunması perspektivlərindən və humanitar elmlərin aktual problemlərindən danışıb. O, ölkə rəhbərinin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli […]

Aİİ-də “Qurani-Kərimin digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 29 mart 2019-cu il tarixdə Ukrayna “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam Araşdırmaları Mərkəzinin direktoru, “Qurani-Kərim”in Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviçin təqdimatında “Qurani-Kərimin digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub. Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov idarə […]

DİM 5 dövlət orqanında dövlət qulluğu vəzifələri üçün müsabiqə elan edir

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir. Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 5 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün […]