Mektebgushesi

ADPU Tələbə Gənclər Təşkilatı elmi seminar keçirib

ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında Azərbaycan və bütün türk dünyasının büyük fikir adamı, bu il anadan olmasının 150, vəfatının 80 illiyi tamam […]

Nadir Israfilov: “İlahiyyat İnstitutu peşəkar kadr hazırlayandan sonra bu məsələyə bir daha baxmaq olar”

Yaranmış vəziyyətlə bağlı təhsil eksperti Nadir İsrafilov Təhsil Nazirliyinin mövqeyini dəstəklədiyini bildirib. O hesab edir ki, dini ayrıca bir fənn kimi tədris etməkdənsə, “Həyat bilgisi” və tarix kitablarında dini bilgiləri genişləndirmək daha məqsədəuyğundur. “Bu məsələ son illər geniş şəkildə müzakirə edilir. Bəziləri onun vacib olduğunu deyir, bəziləri isə əksini söyləyirlər. Dəfələrlə bu məsələ müzakirəyə çıxarılıb […]

BSU-da akademik Tofiq Hacıyevə həsr edilmiş tədbir keçirilib

  Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) Türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılar tədbirin başlanğıcında akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor […]

ATU-da mürəkkəb ürək əməliyyatı uğurla nəticələnib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək mərkəzində “Mən artıq ürək qüsurlu deyiləm” şüarı altında əməliyyatlar icra olunur. Uşaq kardioloqu Elnur İmanov tərəfindən keçirilən bu əməliyyat uğurla nəticələnib. Mektebgushesi.az xəbər verir ki, doktor Elnur İmanovun sözlərinə görə, əməliyyat zamanı 5 yaşlı oğlan uşağında anadangəlmə ürək qüsuru-qulaqcıqlararası çəpər defekti invaziv yolla bağlanıb: «Lakin qulaqcıqlararası çəpərdə […]

“Təhsil millətin gələcəyidir” başlığı altında tədbir -FOТОLAR

2019-cu il tarixində Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə ” Təhsil millətin gələcəyidir ” başlığı altında tədbir keçirildi. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak […]

Xorvatiyalı prorektor Azərbaycan Universitetində mühazirə oxuyacaq

Xorvatiyanın Dubrovnik Universitetinin iqtisadi məsələlər üzrə prorektoru Nebojsa Stojcic və biznes və iqtisadiyyat kafedrasının müdiri Katja Vojvodic “Erasmus+” akademik heyətin mübadiləsi proqramı çərçivəsində Azərbaycan Universitetində olublar. Universitetdən Mektebgushesi.az -a bildiriblər ki, Nebojsa Stojcic bir həftə ərzində biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirə oxuyacaq. Mühazirələr iqtisadi tənzimləmə, insan resurslarının idarə olunması, beynəlxalq maliyyə standartları və bu kimi […]

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Manifest” sərgisi keçiriləcək

Mayın 6-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində 9 May – Qələbə Günü münasibətilə Arzu Mürvətovanın “Manifest” adlı fərdi sərgisi keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, mayın 10-dək muzey-sərgi kompleksində, həmçinin may ayından etibarən Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir. Çətin və şərəfli yol keçmiş […]

Hamlet İsaxanlı: “Məktəblərdə ictimai elmlər, fəlsəfə və onların əsasları kimi fənlər tədris olunmalıdır”

“Məktəblərdə ictimai elmlər, fəlsəfə və onların əsasları kimi fənlər tədris olunmalıdır. Belə dərslərin keçirilməsi daha doğrudur, nəinki din. Çünki din elm deyil. Vicdan, əxlaq və bu kimi mənəvi hisslər elmlə təhlil olunmur. Bunlar insanın öz daxili dünyasının məhsuludur”. Mektebgushesi.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi və Himayədarlar  Şurasının sədri, professor Hamlet İsaxanlı deyib. […]

IV Məktəblilərarası Məntiq Olimpiadasının keçiriləcəyi tarix açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə gerçəkləşdirilən məktəblilərarası IV Məntiq Olimpiadasının ilk mərhələsi mayın 4-də keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib Bildirilib ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, […]

BSU-da elmi seminar keçirilib

29 aprel 2019- cu il tarixində Bakı Slavyan Universitetində “Qrammatikanin tədrisi strategiyalari”  (“Grammar teaching strategies”) adli elmi seminar kecirilib. Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutan seminarın aparıcısı müəllim İbrahimova Bənövşə Eldar qızı ingilis dilinin tədrisində vacib olan metodlardan nə zaman  istifadə edilməsinin məqsədəuyğunluğundan dəqiq və təcrübi nümunələrlə danışıb, auditoriyalarda rast gəlinən problemlərin həlli məsələlərini […]

ADNSU-da 30 aprel terror hadisəsi qurbanlarının xatirəsi yad edilib

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı […]

BŞTİ üç rayonda vətəndaşları qəbul edəcək

Mayın 3-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi paytaxtdakı 149 nömrəli tam orta məktəbdə (Ünvan: Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 15) vətəndaşları qəbul edəcək. Səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran […]

ADU-da Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib

Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla yenicə çapdan çıxmış kitabın Ramiz Mehdiyevin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz […]

İntellektual yarışın qalibləri müəyyənləşib

Paytaxt məktəbliləri arasında “Dəyərlərimizi öyrənək” mövzusunda intellektual yarış keçirilib Yarışın təşkil olunmasının əsas məqsədi uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması, şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsindən ibarətdir. Təhsil Nazirliyinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə razılığına əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və BŞTİ-nin dəstəyi […]

Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti Malayziya Beynəlxalq İslam Universitetində

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel 2019-cu il tarixdə Malayziyaya səfər çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetini (MBİU) ziyarət edib. Səfər çərçivəsində MBİU-nun tədris işləri üzrə prorektoru, professor İsarji Sarudin, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nur Fəridə Abdul-Manaf, beynəlxalq əməkdaşlıq və təqaüd proqramları üzrə direktor, professor Davud əl-Hidabi ilə […]