29 mart 2019-cu il tarixində Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatı və Nəsimi Rayon Gənclər və İdman İdarəsi birgə 31 Mart – Azərbaycanlıların Soyqırımına həsr olunmuş anım tədbiri keçiriblər. Tədbir iştirakçıları Hərbi Prokurorluqda olmuş, burada azərbaycanlıların soyqırımına həsr olunmuş şəkillərdən, tarixi sənədlərdən, cinayət aktlarında istifadə edilmiş silah və hərbi sursatdan, faciələrin baş verdiyi copğrafi məkanların xəritələrindən ibarət xüsusi bölmə ilə tanış olublar.

BSU-dan Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə çıxış edən BSU-nun tətələbəsi Əsmər Bayramova Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayətlətinin mahiyyəti və məqsədləri haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçiliklərinin tarixi çox uzaqlara, 200 il əvvəlki dövrlərə gedib çıxır. Ə.Bayramova qeyd edib ki, bu cür qanlı hadisələrin təkrarlanmaması üçün biz gənclərin üzərinə mühüm vəzifələr düşür; tariximizi dərindən öyrənməli və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal iştirak etməliyik.

Bakı Slavyan Universitetinin digər tələbəsi Nərmin Adil çıxışında tarixə ekskurs edib, o, hələ Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə 31 mart azərbaycanlılara qarşı soyqırım faktlarının tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradıldığını və Cümhuriyyətin Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurumun həmin cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətundə çox böyük işlər gördüyünü bildirib. N.Adil 1919 və 1920-ci illərdə mart ayının 31-inin “Matəm Günü” kimi qeyd edilməsinin bu hadisələrin AXC hökumətinin diqqət mərkəzində olması faktı kimi qiymətləndirib. O, AXC-nin

süqututunun bu prosesin başa çatmasına imkan vermədiyini, Sovet dövründə isə Azərbaycan tarixinin saxtalaşdırıldığını, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırım faktlarının gizlədildiyini bildirib.

N.Adil yalnız Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini və 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməyə başlanıldığını vurğulayıb.

Sənədlərlə tanış olan tələbələr də hadisələr barədə öz fikir və rəylərini bölüşüblər.

Bənzər yazılar