Mektebgushesi

ADAU-nun alimləri Samuxda təlim keçiblər

Azərbaycan Dövlət Aqrar Universitetininin, Aqronomluq fakültəsinin alimləri Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Taxıl bitkiləri, onların sortları, becərilmə texnologiyası və toxumçuluğu” mövzusunda təlim keçiriblər. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, Təlimdə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti, ADAU-nun professoru Firuddin Qurbanov taxıl bitkilərinin növləri, sortları, onların toxumçuluğu, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif […]

Təhsilimizi nədə “ittiham” etsək də, təmir-tikinti və təchizat sahəsində bunu demək ədalətsizlik olardı…

Son zamanlar xüsusilə sosial şəbəkələrdə təmirə ehtiyacı olan müəyyən məktəblərin fotoları paylaşılır, bu təhsil müəssisələrinin bir vaxtlar tanınması, böyük uğurlara imza atması, hazırda isə yararsız hala düşməsi barədə irad xarakterli fikirlər bildirilir, həmin məktəblərin əvvəlki statuslarını itirmləri ilə bağlı təəssüf hissi keçirilir. Bu kimi paylaşmalar yaranmış vəziyyətin müvafiq əlaqədar qurumların diqqətinə çatdırılması və xüsusilə də […]

Təhsil Nazirliyi hazırlıq qruplarının təşkili məsələsinə aydınlıq gətirib

“Hazırlıq qrupları ali təhsil müəssisələrinin müraciətləri əsasında onların bazasında yaradıla bilər”. Mektebgushesi.az xəbər verir ki, bu barədə ONA-nın hansı ali təhsil müəssisələrində bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil ediləcəyi ilə bağlı sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib. Qeyd olunub ki, hazırlıq qrupları ali təhsil müəssisələrinin müraciətləri əsasında onların bazasında yaradıla bilər. Qeyd edək ki, Ötən il Nazirlər […]

Təhsil kreditləri almaq istəyənlərə şad xəbər – Müddət uzadıldı

“Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:  “Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu […]

BDU-nun IV kurs tələbəsi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi dünyasını dəyişib. Mektebgushesi.az “Report” -a istinadən xəbər verir ki, BDU-nun IV kurs tələbəsi Nərmin Həmidovaonkoloji xəstəlikdən vəfat edib.

BSU-da “İslam prinsiplərinin analtik təhlili”mövzusunda mühazirə oxunub

Martın 28-də Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında Tədrisin təşkili və tədris resursları şöbəsi tərəfindən “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” adlı fakültativ kurslarının ilk mühazirəsi keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov iştirak edib. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, […]

ADNSU ilə “Weir Oil and Gas” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts və “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic ilə görüşüb. Görüşdə qonaqlara ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, tədris prosesi haqqında məlumat verən rektor, professor Mustafa […]

ADU-da “Elm günü” qeyd olunub

Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası (ETL) və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib. Universitetdən Mektebgushesi.az verilən məlumata görə, Elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsənov bu günün əhəmiyyətindən danışıb. O, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin cəmiyyətin […]

İxtisas qrupları üzrə imtahanlar may ayında baş tutacaq

XI illik bazada buraxılış imtahanı və qəbul imtahanlarının birinci mərhələsi aprel ayında keçiriləcək. İxtisas qrupları üzrə imtahanlar isə may ayında baş tutacaq. Mektebgushesi.az ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə istifadə olunacaq əlavə göstəriciləri təqdim edir: –   təhsil haqqında sənədə (attestata) […]

BDU-da soyqırımı qurbanları anılıb

Bakı Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Universitetdən  mektebgushesi.az -a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev mənfur qonşularımızın tarixin ayrı-ayrı vaxtlarında ən müxtəlif üsul və yollarla azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, son 20 […]

Mühəndislik və robot texnikası olimpiadası keçiriləcək

Aprelin 6-da Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robot texnikası olimpiadası təşkil olunacaq. Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan FLL 1998-ci ildən etibarən uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. […]

Sinif videoları müəllimlərin öz performansını qiymətləndirmək üçün effektiv bir sistemdir

“21-ci əsr texnologiyalar dövrüdür”. Yəqin ki, bir çoxumuz hər gün bu cümləni eşidir, yaxud oxuyuruq. Lakonik də olsa, çağımızın ən gözəl açıqlamasıdır bu sözlər. Texnologiyaların sayəsində gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən digər bir həqiqət isə sosial şəbəkələrdən istifadə məsələsidir. İnsanların niyə sosial şəbəkələrə üz tutduqları barədə keçirilən sorğuda verilən cavablar isə bir-birindən fərqlənir. Sosial şəbəkədə […]

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə […]

Türkiyədə dağda köməksiz qalan azərbaycanlı tələbə xilas edilib

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib. “Report” “Mynet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha üç tələbə – Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar. Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi, polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib. […]

Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib

Bakı Ali Neft Məktəbinin (BANM) Azərbaycan Respublikası Nazirlər Kabinətinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında dövlət akkreditasiyası keçirilmişdir. Nəticə olaraq Ali Məktəb ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə etmişdir. […]