Mektebgushesi

Pedaqogikanın nəzəri və praktiki cəhətdən öyrənilməsi yeni yanaşmalar tələb edir

Pedaqogika yunan sözüdür. Bəzi  tərcümələrdən fərqli olaraq  hərfi mənası “uşağın doğulması”, “uşağın idarəolunması” və  “tərbiyə sənəti” anlamlarını verir. Bu üç amili özündə ehtiva edən pedaqogikanın ilkin  fikir və ideyaları  insanlıq mövcud olduğu dövrdən meydana gələrək xalq yaradıcılığının bütün janrlarında, eləcə də  Qədim Şərq filosoflarının görüşlərində təcəssüm edərək  çağdaş günümüzdə  müstəqil bir elm kimi formalaşmışdır. İnsanın […]

MDU-da Elm günü qeyd edilib

Martın 27-də Mingəçevir Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elmin uğurları” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, Konfransı giriş sözü ilə MDU-nun Elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov açıb. Veysəl Əyyubov universitetin rektoru Akif Hacıyevin konfrans iştirakçılarına salamını çatdırıb. Qeyd edib ki, bir çox ölkələrdə 10 Noyabr – Sülh və […]

ADAU-nun tədris-təcrübə təsərrüfatı yenidən qurulur

Azərbaycan Dövlət Aqrar Universitetinin uzun illər baxımsız qalan tədris-təcrübə təsərrüfatında son illər böyük canlanma yaranıb və sözü gedən təsərrüfatda ölkə Prezidentinin xüsusi qayğısı, Kənd Təsərrüfatı nazirinin tapşırıq və tövsiyyələri ilə ən müasir səviyyədə işlər həyata keçirilib. Artıq görülən işlərin daha bir mərhələsi də başa çatıb. Yaşıllaşdırma, asfalt salma, rəngləmə, üzümlükdə cərgələrarası şümlama və başqa işlər […]

Döyülən müəllimlə bağlı açıqlama

Bakının Xətai rayonu ərazisində yerləşən məktəbdə şagirdlərin birləşib müəllimi döyməsi ilə bağlı xəbər sosial mediada müzakirələrə səbəb olub. Qeyd edək ki, döyüldüyü deyilən    ingilis dili müəlliminin 21 yaşı olduğu vurğulanır. Hətta müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yardım çağırılıb. Aldığı xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin […]

Əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərə yeni imkanlar yaranıb

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http: //www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris […]

Bakıda şagirdlər birləşib müəllimi döyüblər

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər. Mektebgushesi.az  Virtualaz.org-a istinadən xəbər verir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü […]

Dünya ölkələrinin təhsil sistemi – 775 milyon nəfər oxuma-yazma bacarmır

Dünyanın müxtəlif ölkələrinin təhsil sistemində fərqli və maraqlı hadisələr baş verir. Dünya əhalisinin 12%-inin(təxminən, 775 milyon nəfərin) oxuma-yazma bacarığı yoxdur. Statistik məlumatlara əsasən, IV sinfə qədər oxuma-yazma  bilməyən şagirdlərin çoxu gələcəkdə çox böyük pullar qazanır. Yuxarı sinifdə təhsil alaraq, dərslərini zəif mənimsəyənlərin isə 90%-i gələcəkdə milyonçu olurlar. Buna misal olaraq, Microsoft şirkətinin rəhbəri Bill Qeytsi […]

Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib. Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib. Böyük çağırışlar dövründə universitetlərin qlobal elm-təhsil, texnoloji və […]

BDU-nun altı alimi “Elm günü”nə həsr olunmuş müsabiqədə qalib olub

Bakı Dövlət Universitetində keçirilmiş və “Elm günü”nə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Elm Günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib. BDU-nun “Clarivate Analytics” təçkilatının Azərbaycan üzrə nümayəndəliyi ilə birgə keçirdiyi müsabiqə haqqında məlumat […]

UNEC uğurla keçirilmiş növbəti “Elm aylığı”na yekun vurdu

UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədiləUNEC rektoru, professor Ədalət Muradovun əmri ilə 27 fevral – 27 mart tarixlərini əhatə edən “Elm aylığı” keçirilmişdir. Silsilə tədbirlərlə müşayət edilmiş və müasir iqtisad elminin ən aktual mövzuları müzakirə olunmuş “Elm aylığı” elmin inkişafına diqqət və qayğının nümunəsi olan Azərbaycan Respublikası Prezidentinin 9 […]

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masada Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) tanınmış elm xadimləri , LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak edib. Universitetdən mektebgushesi.az -a veriən məlumata görə, tədbiri universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb və bütün iştirakçıları […]

Yusif Alıyev: “Orta Məktəblərdə astranomiya dərsləri bərbad günə salınıb”

“Azərbaycanımızın orbitdə 3 peyki dövrə vurur. Qoy vursun, qanadlarına qüvvət. Canım Azərbaycanın adına olan hər şey ürəyimcədir. Yaxşı, bəs bu qədər uğurlara gediriksə bizim orta məktəblərdə astronomiyanın qanadını vurub qırmaqla nəyə xidmət etmiş olublar? Bəlkə arxayınıq ki, kosmik gəmilərimizi Amerika şirkəti istehsal edəcək, Fransanın kosmodromundan da hansısa inkişaf etmiş ölkənin daşıyıcı raketi orbitə çıxardacaq.Bunu “Sherg.az”a Azərbaycan Dövlət Pedaqoji […]

Kafedra müdiri: “Ticarət mərkəzinin rəhbərliyi təhlükəsizlik qaydalarına riayət etsəydi, bu hadisə baş verməzdi”

“Mən “Diqlas” Ticarət Mərkəzinə yaxın ərazidə yaşayıram, hadisə baş verəndə də ora getmişdim. Baş verən hadisə əhalinin, sahibkarların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə ehtiyac olduğunu bir daha ortaya qoydu”. Bunu ONA-ya açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İslam Mustafayev deyib. İ. […]

ADPU-da “Elm günü” münasibətilə kitab sərgisi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprel ayının 9-da imzaladığı Sərəncamla mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Bu Sərəncama uyğun olaraq martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş kitab sərgisi keçirilib. Sərgidə Filologiya fakültəsinin professor-müəllim heyətinin əsərləri nümayiş etdirilib. ADPU-nun […]

Aİİ-də Elm Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr edilmiş “İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” təşkil […]