M.Ə.Sabirin yubiley günlərində gördüyüm 
Şamaxılı ziyalı- şair, publisist Fəxrəddin Orxan müəllimi xatırlayərkən

2013-cü il mayın 25-də Şamaxı Avropa liseyinə – görkəmli maarifçi Səid Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) 1874-cü ildə yaratdığı məktəbə qonaq getmişdik.
Biz-Avropa Azərbaycan Məktəbinin müəllim və şagirdləri həmin gün M. Ə. Sabirin məqbərəsini Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrindən tez ziyarət etmişdik. Daha doğrusu, Sabir poeziya günlərininin tədbirlərini 2013-cü ildə biz başlamışdıq. Həmin gün Şamaxı Avropa Liseyi ilə Bakıdakı Avropa Azərbaycan Məktəbinin qardaşlaşlaşma günü idi. Bu tədbirin təşkilatçısı mən idim. Tədbirin proqramı AAM-də geniş müzakirədən sonra təsdiq edilmişdi. Avropa Azərbaycan Cəmiyyəti də bu təbiri bəyənmış və öz razılığını bildirmışdi. Belə bir tədbirin keçirilməsinin əsas səbəbi şagirdlərimizi Sabirin ibtidai təhsil aldığı məktəbinin tarixi ilə tanış etmək idi. Zəngin proqramımız var idi. Şamaxılı dostlarımız da tədbirimizdə iştirak edirdilər. Şamaxı Avropa Liseynin direktoru Məzahir Məmmədov tədbirdə iştirak etmirdi; o, İstanbula elmi tədbirə dəvət edilmişdi.
Məclisi Şamaxı Rayon Təhsil İdarəsinin şöbə müdiri,Şamaxıda təhsil tarixinin fədakar tədqiqatçısı Ədalət Məmmədov açdı. Tanıtma və hesabat xarakterli məclisidə hər iki məktəbin şagirdləri və müəllimləri fəal iştirak etdilər. Sonra M. Ə. Sabirin məqbərəsini ziyarət etdik, Pirquluya – Rəsadxanaya getdik. Mən ilk dəfə Fəxrəddin Orxan müıllimi burada – Pirquluda gördüm. Bizi Ədalət müəllim tanış etdi. Fəxrəddin müəllim tədbirdə mətbuat nümayəndəsi kimi iştirak edirdi Tanışlıq zamanı yadıma onun vaxtilə “Ülfət” qəzetində M. Ə. Sabir haqqında maraqlı bir yazısı düşdü.Bu barədə maraqlı fikir mübadiləsi də etdik. Ondan sonra Fəxrəddin Orxan müəllimi görməsəm də, dostlardan onu tez-tez soruşardım. Fəxrəddin Orxan müəllimin keşən il  arelin əvvəllərində dünyadan köçməsi xəbərini eşidəndə çox kədərləndim.

Allah Fəxrəddin Orxan müəllimə rəhmət eləsin. Yaxşı insan idi.

Fəxrəddin Orxan müəllim kimi insanlar həmişə yaxşı xatırlanırlar.


Bənzər yazılar