Rusiyanın RenTv kanalında tanınmış jurnalist, həmişə həqiqəti çəkinmədən söyləyən, Azərbaycana xüsusi simpatiyasını heç zaman gizlətməyən İqor Prokopenko dünya statistikasına istinadən qeyd edir ki, ümumi orta təhsil (məktəb) savadlılıq faizinə görə dünya reytinq siyahısında ABŞ 44-cü (!!!) yerdədir.
Prokopenko, habelə qeyd edir ki, ABŞ-dan yuxarı sıralarda (yəni 44-cü yerdən yuxarı) hətta iqtisadi cəhətdən zəif ölkələr olan, Tacikistan və Albaniya kimi ölkələr qərarlaşıb.
Prokopenko ABŞ məktəblərindəki dərsliklər barədə də sensasiyalı faktlar ortaya göyur. 
Belə ki, riyaziyyat dərsliklərin birində ibtidai sinif şagirdləri üçün hesablama tapşırığı verən dərslik müəllifi “”sutinyor”un neçə “fahişə”si olması, sutinyorun ayda qazandığı pula 800 dolların narkotikə xərclənməsi” kimi misallardan istifadə edir (statusumda məcburən etikadan kənar misala görə dəfələrlə izləyicələrdən üzr istəyirəm).
ABŞ ümumi orta təhsilini faktlarla yıxıb-sürüyən İqor Prokopenko, habelə qeyd edir ki, ABŞ məktəblərində saxta diplomlarla,hətta bəzi hallarda diplomları belə olmayan kifayət qədər müəllimlər fəaliyyət göstərir (!!!). O, əsl peşəkar jurnalistə xas olan üsul kimi, konkret fakta istinad edir və bir, bu kimi saxta “müəllimin”, hətta adını çəkir.
Bir məlumatı da özümdən əlavə edim ki, ABŞ məktəblərində tarix və coğrafiya fənnləri,demək olarki tədris olunmur və formal xarakter daşıyırlar. 
Odur ki, bizlər, öz təcrübələrimizdə tez-tez ABŞ təhsil sisteminə istinad edərkən gərək ehtiyyatlı olaq və kifayət qədər ölçək-biçək.

Bənzər yazılar