Mektebgushesi

“Məndə sığar iki cahan…” rəsm-müsabiqəsinin vaxtı uzadılıb

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin  Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirdiyi “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb. Nazirlikdən  mektebgushesi.az- a verilən məlumata görə, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha […]

Azərbaycan Müəllim İnkişafı Mərkəzi daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək

  Mektebgushesi.az-ın məlumatına görə, yayılmağa dəyər ideyaları xalqa çatdırmağı qarşısına məqsəd qoyan Amerika mərkəzli TED təşkilatından alınan lisenziya ilə keçiriləcək olan bu tədbir 21 aprel, 13:00-da Avropa Azərbaycan Məktəbinin Həsən Məcidov 7 C, Yasamal ünvanındakı  binasında keçiriləcək.  Tədbirin diqqət mərkəzində “Trasformasiya üçün təhsil” dayanır. Bu mövzu ətrafında biri-birindən maraqlı 18 dəqiqəni keçməyən çıxışlar olacaq.  Mövcud […]

Nadir İsrafilov: “Təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri də…”

Təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri də,məhz 80-cı illərin ortalarına aid edilə bilər. Bəlkə də bir çoxları bilmir ki, uzun illər Azərbaycan tarixi yalnız epizodik formada “SSRİ tarixi” kursunun tərkibində, hər müəyyən bölmənin sonunda doğma tariximizə cəmi 1 dərs saatı ayrılmaqla tədris olunmuş, ayrı- ayrı dövrlərə dair qədim və zəngin tariximizin bir çox şanlı səhifələri […]

Kürdəmirdə məktəblini maşın vurub

Kürdəmir rayonunda “Jiquli” piyadanı vurub.  Mektebgushesi.az -ın ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun mərkəzində baş verib. 2009-cu il təvəllüdlü Əmirov Əlmurad Elgün oğlu yolu piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “VAZ 2107” markalı avtomobil vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırlaşdığından Bakıya gətirilərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.  Faktla […]

Dövlət Məşğulluq Xidmətinin peşə kurslarında təlimlər uğurla başa çatıb

Ötən ilin sonlarında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən 316 nəfər (o cümlədən 177 qadın) bu ilin ilk rübündə peşə təlimini uğurla başa çatdırıb. Nazirlikdən ONA-ya verilən məlumata görə, kurslara cəlb edilənlərə dərzi, aşpaz, bərbər-manikürçü, ikinci dairə üzrə elektrik quraşdırıcısı, çilingər, elektrik-qaz qaynaqçısı və digər […]

4 992 abituriyent elektron ərizəsini təsdiq edib

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu davam edir.O Mektebgushesi.az xəbərinə görə, 23 mart saat 12:45-ə olan məlumata əsasən, I-IV ixtisas qrupları üzrə 14992 (13199 Azərbaycan bölməsi, 1793 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib. Onlardan 14 865 abituriyent (13 089 Azərbaycan bölməsi, 1 776 rus bölməsi üzrə) yaz imtahanına, 127 abituriyent isə […]

NASA astronavtları açıq fəzaya çıxışı başa vurublar

Mektebgushesi.az Report-a istinadən xəbər verır ki, Amerika astronavtları günəş panelləri akkumulyatorlarının yenisi ilə əvəzlənməsi üçün Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən fəzaya çıxışı başa çatdırıblar.  Proses NASA-nın “Twitter” səhifəsi ilə canlı yayımlanıb. Astronavt Enn Makkleyn və Nik Heyq planlaşdırılmış işləri yekunlaşdırdıqdan sonra stansiyaya qayıdıblar.

Sumqayıtlı məktəblilər cənub bölgəsi ilə yaxından tanış olacaqlar

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya çıxıblar.A Mektebgushesı.az xəbər verir ki, əvvəlcə şəhərin Heydər Əliyev Mərkəzində tur-aksiyada iştirak edən məktəblilərlə görüş keçirilib. Görüşdə ölkəmizin cənub bölgəsinə ekskursiyaya çıxan iştirakçılara turun məqsədi barədə məlumat verilib, Prezident İlham […]

Nadir İsrafilov – Dəb xatirinə övladlarını ”şikəst” edən valideynlər

Ölkəmizdə rus dilinə, özəlliklə də rusdilli təhsilə artan maraq mövzusuna dəfələrlə toxunmuşuq. Mövzu bu gün də öz aktuallığını itirməyib. Övladlarını orta məktəblərin rus bölməsində oxutmaq istəyən azərbaycanlı valideynlərin sayı kifayət qədər çoxdur. Hətta növbəti tədris ilinin başlanmasına xeyli vaxt qalmasına baxmayaraq, indidən məktəblərə müraciət edən valideynlər də var. Bu günlərdə bir vətəndaş paytaxt məktəblərindən birinin […]