Mektebgushesi

Kolleclərə 8 minə yaxın abituriyent ərizəsini təsdiqlədi

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 7806 nəfər ərizəsini təsdiq edib. Bu barədə Dövlət İmtahan Mərkəzindən  Mektebgushesi.az -a  bildiriblər. Kolleclərdə təhsil almaq üçün Azərbaycan bölməsi üzrə 7329, rus bölməsi üzrə isə 477 nəfər ərizəsini təsdiqləyib. Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

ALES imtahanlarının dəqiq tarixləri açıqlandı

2019-cu ildə keçiriləcək ALES imtahanlarının tarixləri açıqlanıb. Türkiyə mətbuatına istinadən 2019-cu ildə keçiriləcək ALES imtahanlarının təqvimi təqdim edir: Yaz aylarında keçiriləcək ALES imtahanları: İmtahana qeydiyyat başa çatıb. İmtahan tarixi:5 may. ALES 2 imtahanları Müraciət tarixi: 9-17 iyul; İmtahan tarixi: 22 sentyabr. Payız aylarında keçiriləcək ALES imtahanları Müraciət tarixi: 17 -25 sentyabr; İmtahan tarixi:17 noyabr.

Universitet və kolleclərə sənəd qəbulu davam edir

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə elektron qeydiyyat davam edir. Mektebgushesı.az xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır: Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət […]