Mektebgushesi

Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri Novruz şənliyində

Martın 20-də Lənkəran şəhərinin bayramsayağı bəzədilmiş Qala xiyabanında və Həzi Aslanov parkında təntənəli Novruz şənliyi keçirilib. Şənlik Dədə Qorqud personajının xalqımızın milli mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan, yurdumuza Baharın gəlişini, doğma təbiətin canlandığını, torpağın oyanışını xəbər verən Novruz barədə ürəkləri riqqətə gətirən çağırışı ilə başlayıb. Novruzun xalqımızın taleyində çox əlamətdar hadisələrlə zəngin, cənab Prezident […]

Sərdar Cəlaloğlu: “Azərbaycanda rus dilində təhsil qadağan olunmalıdır”

“Rus bölmələri üzrə keçid ballarının Azərbaycan bölmələri ilə müqayisədə xeyli aşağı olması açıq-aşkar ayrı-seçkilikdir”“…bu üsulla Azərbaycan xalqının gələcəyində rol oynaya biləcək intellektual insanların hamısı rusbaş olacaq, Rusiya dövlətinin, Kremlin maraqlarına xidmət edəcək” Qazaxıstan prezidenti Nursultan Nazarbayev son zamanlar rus dili, daha doğrusu, ölkədə rus dilinin təsir dairəsinin minimuma endirilməsi ilə bağlı ciddi islahatlara imza atıb […]

III qrant müsabiqəsinə sənəd qəbulu davam edir

Təhsil Nazirliyi tərəfindən martın 11-dən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu davam edir. Nazirlikdən Mektebgushesi.az -a bildiriblər ki, bu ildən etibarən müsabiqəyə sənəd qəbulu tam elektron formada www.grants.edu.az portalı vasitəsilə aparılır. Təhsil Nazirliyi tərəfindən yeni yaradılan portaldan istifadə qaydalarını və ümumilikdə müsabiqəyə müraciət şərtlərini ümumtəhsil müəssisələri və pedaqoji işçilər arasında […]

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris olunmalıdır”

Azərbaycanla Ermənistan arasında münaqişənin tarixi əsrlər əvvələ gedib çıxır. Ermənilərin hazırda məskunlaşdığı torpaqların böyük hissəsi Azərbaycana aid olub desək, yanılmarıq. Ermənilər öz uydurduğu yalanları dünyaya sırımaq üçün də addım atıblar. Buna da müəyyən mənada nail olublar. Biz isə düşmənlərimizi tanımaq üçün addımlarımızı çox ləng atırıq. Düşməni tanımaq üçün ən önəmli vasitələrdən biri də onun dilini […]

Azərbaycan “Web of Science®” elmi bazasında Cənubi Qafqazın lideri olub

Dünya şöhrətli azərbaycanlı alim Rafiq Əliyev “Web of Science®” elmi bazasında Azərbaycanın Cənubi Qafqazın lideri olmasını şərh edib. 2018-ci ildə “Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1274 elmi tədqiqat işinin qeydə alınması ilə Azərbaycanın ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlməsi ölkə elminin böyük uğurudur. Bunu dünya şöhrətli azərbaycanlı alim, AMEA-nın […]

DİM ingilis dilindən biliyin qiymətləndirilməsi üzrə işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili üzrə biliyin qiymətləndirilməsi ilə bağlı ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakçı qəbulu elan edir. Mektebgushesi.az – ın DİM-ə istinadən məlumatına görə, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub və amerikalı ingilis dili […]

Novruz bayramının dövlət səviyyəsində ilk təşkilatçısı Şıxəli Qurbanovun təhsil həyatı

Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakı şəhərində fəhlə ailəsində anadan olub. O, məktəbdə oxuyarkən öz qabiliyyəti və bacarığı ilə müəllim və şagird kollektivinin dərin hörmətini qazanıb.Ş.Qurbanov tez-tez məktəb divar qəzetində şeir və məqalələrlə çıxış edirdi. Onun hətta rəsm çəkmək qabiliyyəti də var idi və ədəbiyyatla çox maraqlanırdı.Kitabxanaya tez-tez gedər, çoxsaylı kitablar […]

Ərizəsini təsdiqlədən abituriyentlərin sayı 10 mini ötüb

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 11.436 nəfər ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a  bildirib ki, Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir. Azərbaycan bölməsində: I ixtisas qrupu üzrə 3832, rus bölməsi üzrə isə 547 nəfər; II ixtisas qrupu üzrə  2064, […]

Novruzla bağlı bilmədiklərimiz

Novruz türk xalqlarının qədim və tarixi  bayramıdır. “Novruz” – hərfi mənada yeni gün (nou-yeni, ruz-gün) deməkdir. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim […]

Lənkəran Dövlət Universitetində türk tələbələrlə birgə “Novruz yallısı”

Dost gəlişi bayram olar deyiblər. Qardaş Türkiyə Cümhuriyyətinin Amasiya Universitetinin müəllim-tələbə-işçilərdən ibarət böyük nümayəndə heyətinin Lənkəran Dövlət Universitetinə (LDU) səfərinin Novruz bayramına düşməsilə bayram –bayrama qarışıb. LDU-nun Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyi Amasiya Universitetinin nümayəndə heyətinin üzvlərini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi qonaqların məhz bayram günlərində […]

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər – FOTOLAR

Bakı Dövlət Universitetinin həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib. Universitetdən Mektebgushesi.az -a   verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq, universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev kollektivi təbrik edib, xoşbəxtlik və firavan həyat arzulayıb. Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Novruzun yenilik, təravət, dost […]

Abituriyentin ixtisas seçimi edərkən diqqət edəcəyi vacib məqamlar

2019-сu ildə yeni model əsasında keçiriləcək qəbul imtahanlarıyla bağlı sosial şəbəkələrdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır. Abituriyentləri və valideynləri ən çox maraqlandıran suallardan biri, bu il qəbul imtahanlarında formalaşacaq keçid balları ilə əlaqədardır.  Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci ildə ixtisaslar üzrə keçid ballarının “Abituriyent” jurnalının 2-ci nömrəsində çap olunması şagirdlərdə mövzuyla bağlı sualların yaranmasına səbəb […]

Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edildi

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Mektebgushesi.az xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları” təsdiq edilsin […]

Rezidenturada ixtisasların sayı artırıldı

Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların sayı artırılıb.Nazirlər Kabineti bununla bağlı “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” və  “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslarınTəsnifatı”nda dəyişikliklər edib.Qərar 2019-cu il sentyabrın 15-dən qüvvəyə minir.Beləliklə, rezidenturada təhsil müddəti 2 il olmaqla ailə təbabəti, təhsil müddəti 4 il olmaqla nüvə təbabəti, təhsil müddəti 3 il olmaqla endodontiya, parodontologiya, restorativ stomatologiya, ortopedik […]