Mektebgushesi

Dövlət Gömrük Komitəsinin Akademiyasında bayram şənliyi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib Akademiyadan Mektebgushesi.az -a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi təşkil olunub. Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov, akademiya kollektivi, tələbələr və Akademiyada təlim keçən gömrük xidməti əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov bu bayramın […]

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub. Tədris yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən aparılır. BDU Koreyanın bir neçə ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetdə Bakı Koreya dili Natiqlik, Yaradıcılıq müsabiqəsi, Koreya pop musiqi […]

ADU-da “Multikultural Novruz bayramı” tədbiri keçirilib

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib.  Universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib: “Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz […]

Şahlar Əsgərov: – Mən həmişə demişəm ki, biz gözəl məqalə yaza, monoqrafiya çap etdirə bilirik

Son günlər ölkəmizin elm və təhsil ictimaiyyəti daha bir  tarixi  uğurun sevincini yaşamaqdadır. Bu uğur Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə “Thomson Reuters”) şirkəti arasında əməkdaşlıq çərçivəsində  əldə olunub. Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına […]

Gəncədə valideynlə saçyolduya çıxan müəllimlər cəzalandırıldı – VİDEO

Gəncədə müəllim və valideyn arasında düşən davaya görə məktəb direktoru və 2 müəllimə töhmət verilib. Mektebgushesi.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov 10 nömrəli məktəbdə baş verən insidentlə bağlı aparılan araşdırmadan sonra 3 təhsil işçisinin cəzalandırıldığını bildirib: “Xoşagəlməz hadisə ilə bağlı araşdırma aparıldı. Sonda Gəncə şəhər 10 nömrəli […]

Nadir Israfilov: “Mənim və mənim kimi həyat yolu keçənlərin…”

Novruz bayramı ərəfəsi idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval- ruhiyyəsi hiss olunurdu. Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər.Nəsimi rayonu Təhsil şöbəsinin müdiri idim. Xəbər gəldi ki, təcili olaraq o zamanlar “Qorkom” adlanan Bakı şəhər partiya komitəsinin büro […]

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

Bakı Dövlət Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına qoşulub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, 100 illik yubileyi ərəfəsində olan Bakı Dövlət Universiteti tənha ahıl, yaşlı insanları ziyarət etmək, bayramlaşmaq, cəmiyyətdə onlara diqqət və qayğını təşviq etmək məqsədilə aparılan kampaniyaya 100 xonça ilə qatılıb. Bakı Dövlət […]

Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb. Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib: “Azərbaycan Dillər Universitetində […]

Aİİ-də “Eşqin hikməti (Rabiə əl-Ədəviyyə və Edith Stein)”kitabının təqdimatı keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutu İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin “Eşqin hikməti (Rabiə əl-Ədəviyyə və Edith Stein)” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktor müavini, dosent Eynulla Mədətli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun […]

BSU-da “Xonça müsabiqəsi” keçirilib

Martın 18-də Bakı Slavyan Universiteti üzrə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş fakültələrarası “Xonça müsabiqəsi” keçirilib. Tədbirin əvvəlində çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb, bayram münasibətilə […]

Paytaxt məktəblərində Novruz şənlikləri keçirilib

Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar təntənəli mərasimlər keçirilib. Belə ki, paytaxt məktəblərində “Gəl, Novruzum”, “Novruz töhfələri”, “Novruz gəlir, yaz gəlir”, “Novruz adətlərimiz”, “Yurdumuza yaz gəlir”, “Səməni saxla məni”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin bir sıra məktəblərin pedaqoji kollektiv […]

ADPU-da Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

“Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) silsilə tədbirlər həyata keçirilir. Martın 18-də Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Musiqi və onun tədrisi metodikası kafedrasında keçirilən növbəti tədbir Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim, SSRİ və Azərbaycan […]

BŞTİ birinci sinfə qəbulla bağlı sualları cavablandırıb

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Suallar şərhlər vasitəsilə cavablandırılıb. BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, müəyyən edilmiş ərazi prinsipi tətbiq olunan məktəblər,digər dildə tədris aparılan bölmənin seçilməsi, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə […]

Pedaqoji kollecdə “Çiçəkli Novruz” adlı bayram tədbiri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda Təbiət Elmləri fənn birləşməsinin sədri Mətanət İsmayilova, müəllimlər Əhmədova Svetlana, Şəmməmmədova Nilufər, Kollecin “Sosial məsələlər və ictimaiyyətlə əlaqələr” üzrə direktor müavini Sevda Axundovanın rəhbərliyi ilə “Çiçəkli Novruz” adlı tədbir keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak etdilər.Novruz şənliyində bir-birindən fərqli müsiqi-rəqs nümunələri, […]

Ucqar kənd məktəbində İlaxır çərşənbəyə həsr olunan açıq dərs keçirilib

Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbində İlaxır çərşənbə ilə əlaqədar olaraq açıq dərs keçirilib. Dərs müasir standartlara cavab verən kurikulumun yüksək dərəcədə tətbiqi ilə digər dərslərdən seçilib. Müasir texnologiyalardan, qiymətləndirmə standartlarından, yaradıcı tətbiq etmədən, yerli yerində istifadə olunub. Açıq dərsin təşkilatçılığını və idarə edilməsini Xanım Məmmədova həyata kecirib. Açıq dərsdə mövzu ilə bağlı rollu […]