Mektebgushesi

ADNSU “Dost xonçası” layihəsində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dost xonçası” layihəsinə qoşulub. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, nazirliyin alicənab aksiyası sayəsində universitetin nümayəndələri Azərbaycanı çox sevən, ömrünün 56 ilini dünyada ən mühüm peşə saydığı müəllimlik peşəsinə həsr etmiş 85 yaşlı Anna Fedorovna Sokolovanın Novruz bayramını təbrik edib. Doğulduğu və […]

Publik hüquqi şəxs kimi yaradılmış təhsil müəssələrində ödəniş dövlət hesabına həyata keçiriləcək

“Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququna təminat verdiyindən publik hüquqi şəxs kimi yaradılmış ümumi təhsil müəssisələrində ümumi təhsil ödənişsiz əsaslarla, yəni dövlət hesabına həyata keçiriləcək”. Mektebgushesi.az  xəbər verir kli, bunu ONA-ya “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsi ilə bağlı sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib. Qeyd olunub ki, Azərbaycan Konstitusiyasının 42-ci maddəsinə […]

Qrant müsabiqəsinə dair təlim təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə dair təlim təşkil olunub.   Təlimin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, onlara layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr verməkdən ibarətdir. Layihə […]

ADU-nun rektoru Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb. Universitetdən mektebgushesi.az– a verilən məlumata görə, görüşdə ADU-da Macar Mərkəzinin açılışı ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, mərkəzin yaradılması macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır. Vurğulanıb ki, […]

İlahiyyat İnstitutunda Bayram tədbiri təşkil edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Novruz Bayramı münasibətilə tədbir təşkil olunub. Tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov Novruz Bayramı münasibətilə professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən səmimi arzularını çatdırıb. C.Məmmədov bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalıb, bu zəngin mənəvi sərvəti əsrlərlə yaşadıb və inkişaf etdirib. O […]

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

VII Qlobal Bakı Forumunda iştirak edən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut Bakı Dövlət Universitetində olublar. Universitetdən Mektebgushesi.az – a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd […]

Rüşvət verməyə təhrik edən universitet müəlliminin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Mektebgushesi.az -ın ONA-ya istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxışı martın 27-nə təyin edilib. Qeyd edək ki, bu il yanvar ayında polis […]

“Çanaqqala: 104 illik qəhərmanlıq dastanı” adlı seminar

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından, fakültənin Coğrafiya müəllimliyi ixtisasının 1802 saylı qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü və ACC ADPU filialının təşkilatçılığı ilə “Çanaqqala: 104 illik qəhərmanlıq dastanı” adlı seminar təşkil edilib. Seminarda ADPU Tarix və Coğrafiya fakültəsinin dekan müavini, ACC-in vitse-prezidenti, k.t.e.n., […]

BSU-da Novruz şənliyi keçirilib

Martın 18-də Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris binasında filologiya və xarici dil müəllimliyi, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nurlana Əliyeva bu bayramın tarixin ən qədim dövrlərindən günümüzə qədər gəldiyini, sülh, əmin-amanlıq rəmzi olduğunu bildirib. Nurlana Əliyeva […]

“Məktəb seminarları” başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları” başa çatıb.  “Məktəb seminarları”nın sonuncu sessiyaları Sabunçu rayonunun 47 ümumi təhsil müəssisəsini əhatə edib. Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, […]

Pedaqogika və insan tərbiyəsi

Pedaqogikanın nəzəri və praktiki cəhətdən öyrənilməsinə, tətbiqinə yeni yanaşmalar sərgiləmək tələb olunur Kiçik vətəndaşları tərbiyə edək. Abdulla Şaiq Pedaqogika yunan sözüdür. Bəzi  tərcümələrdən fərqli olaraq  hərfi mənası “uşağın doğulması”, “uşağın idarəolunması” və  “tərbiyə sənəti” anlamlarını verir. Bu üç amili özündə ehtiva edən pedaqogikanın ilkin  fikir və ideyaları  insanlıq mövcud olduğu dövrdən meydana gələrək xalq yaradıcılığının […]

Məhəbbət Vəliyeva TWESCO Elmi Şurasının toplantısında iştirak edib

Qırğızıstanın paytaxtı Bişkekdə Beynəlxalq Türk Akademiyası (TWESCO) Elmi Şurasının ikinci toplantısı keçirilib. Mektebgushesi.az ONA-ya istinadən məlumat verir ki, Qırğızıstanın elm və təhsil nazirinin ev sahibliyi ilə keçirilən toplantıda Azərbaycanı təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təmsil edib. Elmi Şuranın iclasında TWESCO prezidenti Darxan Kıdırali 2018-ci ildə görülən işlərin hesabatını təqdim edib və 2019-cu il üçün fəaliyyət […]

Təhsil müəssisəsində təntənəli bayram tədbiri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 28 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. Xalqımızın qədim tarixini, milli adət və ənənələrini  gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə keçirilən tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, […]

Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan növbəti tədbir

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr olunan növbəti tədbir keçirilib. Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycanda “Elm günü” kimi təsis edilməsinin elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə […]

Buraxılış imtahanı tapşırıqlarının yoxlanılma prosesini izləmək mümkündür

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bütün rayon və şəhərlər üzrə ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 110 mindən artıq şagird üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi yekunlaşıb. Hazırda isə cavab vərəqlərinin emalı prosesi həyata keçirilir. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza […]