Mektebgushesi

Kamal Abdulla Rumıniya Baş nazirinin müavini ilə görüşüb – FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub. Mərkəzin təntənəli açılışından əvvəl Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti ilə konfrans təşkil edilib. Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla, Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Azərbaycan–Rumıniya Parlamentlərarası İşçi qrupunun […]

Gənc müəllim Aynurə Qəribova: “Xınalıqda məni gözləyən bir məktəb var”

Aynurə Qəribova Quba rayonu Xınalıq kənd R.Kəlbiyev adına tam orta məktəbindən ali məktəbə daxil olan ilk qızdır. Xınalıqdan yox ha, kənd tam orta məktəbindən. Bu kəndin oxumuş qızları var. Ancaq onlar 5, 6, 7-ci siniflərdən Xınalığı tərk edərək paytaxtda təhsilinə davam etdirib və başqa məktəblərin şagirdi olaraq tələbə adı qazanıblar. Aynurə isə… Aynurə isə əksinə, […]

Hollandiyalı mütəxəssis Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub

Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində hollandiyalı maliyyə analitiki Andreas Teodorus Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Peşə Təhsil Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, Andreas Teodorus turizm sektorunun inkişafında dövlət-özəl tərəfdaşlığı haqqında mərkəz rəhbərliyi ilə fikir mübadiləsi aparıb. Sonra qonaq Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, tədris prosesi […]

Nadir İsrafilov: “Məsələni gündəmə gətirməyin özü də müsbət haldır”

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər.” İ. Həbibbəylinin sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir”.Müəllimlərin əməkhaqlarının artırılmasının vacibliyi nə qədər danılmaz olsa da, bunun repetitorluğun qarşısının alınmasında […]

Bu günə qədər Kolleclərə qəbul üçün 1913 nəfər ərizəsini təsdiq etdirib

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 1913 nəfər ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a verilən məlumata görə, sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır. Kolleclərdə təhsil almaq üçün Azərbaycan bölməsi üzrə 1774, rus bölməsi üzrə isə 139 nəfər ərizəsini təsdiqləyib. Qeyd edək ki, […]

ADNSU rəsmisi – “Afaq Aslanın geyim tərzi onun öz seçimidir”

Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan Novruz şənliyində iştirakı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. İstifadəçilər xüsusilə, tədbir təşkilatçılarına irad bildiriblər ki, xanım müğənninin açıq-saçıq geyindiyini bildikləri halda, onu tələbələrin qarşısında çıxışa dəvət […]

İnternat məktəbində Novruz şənliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. Təhsil Nazirliyindən mektebgushesi.az -a bildiriblər ki, bayram tədbiri Dədə Qorqud, Bahar qızı, Keçəl və Kosanın gəlişi ilə başlayıb. Daha sonra internat məktəbinin həyətində Novruz tonqalı qalanıb. Milli geyimdə olan şagird və müəllimlər tonqal ətrafında “Yallı” rəqsini ifa ediblər. Uşaqlar Novruz adət-ənənələrini […]

Məktəblilərarası intellektual yarışın qalibləri mükafatlandırılıb

Martın 16-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkil etdiyi “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın final və bağlanış tədbiri keçirilib.  Mektebgushesi.az xəbər verir ki, tədbirdə intellektual yarış barədə məlumat verilib. Bildirilib ki, final oyununda yarımfinal mərhələsində ən yüksək nəticə göstərən 10 […]

Azərbaycan Dövlət Pedaqoji Universiteti islahat yollarında: pedaqoji təcrübə komissiyası

Azərbaycanda müəllim hazırlığı ilə məşğul olan bir çox ali təhsil müəssisələrinin tələbələri hazırda Bakı şəhər məktəblərində pedaqoji təcrübə keçirlər. Pedaqoji təcrübənin mütəxəssis hazırlığında yeri, rolu və əhəmiyyəti hamımıza yaxşı bəllidir. Müşahidələrimiz onu göstərir ki, bu sahədə tələbələrimizə lazımi şəkildə metodik kömək göstərilsə də, görülən işləri yetərli saymaq olmaz. Bu sahəyə hər an ən zəruri şəkildə […]

BSU-nun Bolqarıstanla əlaqələri genişlənir

16 mart 2019-cu il tarixdə Bakı Slavyan Universitetində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, səfirin həyat yoldaşı Viliana Yankova , konsul Kiril Apostosov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və VII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana gəlmiş müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikovla görüş olub. Qonaqları qəbul edən BSU-nun rektoru, […]

Vakant vəzifələri tutmaq üçün 57 namizədin ərizəsi təsdiqlənib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 28-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir. DİM-dən mektebgushesi.az -a  bildirilib ki, martın 16-na olan məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün 57 nəfər ərizə verib. Ən çox müraciət Əqli Mülkiyyət Agentliyində (4 vakant […]

Ali məktəblərə qəbul olunmaq üçün 4086 nəfər ərizəsini təsdiq edib

Ali məktəblərə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 4086 nəfər ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az – a verilən məlumata görə,   sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır. Azərbaycan bölməsində: I ixtisas qrupu üzrə 831, rus bölməsi üzrə isə 145 nəfər; II ixtisas qrupu üzrə  450, rus […]

Aİİ tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Aİİ tələblərin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günü ali təhsil müəssisəsi tələbələr üçün türkiyəli fərdi inkişaf mütəxəssisi Əhməd […]

Təcrübə proqramları tələbələr üçün zəruridirmi? – Ekspertlərin rəyi

Ali (orta) ixtisas təhsil müəssisələri tələbələri üçün ixtisasa uyğun müxtəlif təcrübə proqramları həyata keçirirlər. Bəs bu proqramlar tələbələrin gələcəyi üçün hansı  karyeralar vəd edir? Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov  sözügedən  məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, təhsilalanlar dövrün tələblərinə uyğunlaşmalıdır: “Müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş […]

Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib

Azərbaycan Universitetində gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib. Universitetdən  Mektebgushesi.az -a bildirilib ki, konfransda Bakı, Naxçıvan və regionlarda fəaliyyət göstərən 44 təhsil müəssisəsi, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçılar əldə etdikləri elmi yeniliklərlə bağlı fikir mübadiləsi aparıblar. Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ümummilli liderin büstünün önünə […]