Martın 15-də Bakı Slavyan Universitetində (BSU) pedaqoji fakültənin və İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə pedaqoji fakültədə təhsil alan tələbələr üçün “Mill-mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda Auditoriya + keçirilib.

Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, seminarda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu, AMEA-nın Folklor İnstitutunun əməkdaşı İlhamə Qəsabova, polis mayoru Aidə Şirinova, pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, dekan müavinləri Nailə Xəndan, Zoya Cəbrayılova, İbtidai təhsil kfedrasının müdiri, dosent Aytəkin Axundova və kafedranın müəllimləri iştirak ediblər.

Seminarın əvvəlində çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şüküfə Ağakişiyeva kafedra tərəfindən tələbələri maarifləndirmə istiqamətində keçilən seminarlardan söz açıb.

Seminarda iştirak edən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu “Ənənə və tendensiya: milli-mənəvi dəyərlərin alınması və ötürülməsi” mövzusunda auditoriya qarşısında məruzə oxuyub. N. Dəmirçioğlu gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələrinin, mental dəyərlərinin rolunu önə çəkib, bu ənənələrə müasir yanaşma ehtiyacı duyulduğunu söyləyib.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı İlhamə Qəsabova “Tarixi-ənənəvi bayram mərasimləri” mövzusunda çıxış edərək zəngin tarixi bayramlarımızın, folklor nümunələrimizin məhz adət və ənənələrimiz hesabına itib-batmadığını, müasir dövrümüzə qədər gəlib çatdığını diqqətə çatdırıb, Novruz bayramı ilə bağlı ənənələrdən söhbət açıb.

BSU-nun İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova çıxışında “Müasir dövrdə gənclərimizə milli-mənəvi dəyərlərimizin aşılanması” mövzusuna toxunub. Ç.Məmmədova qeyd edib ki, Azərbaycanın qədim mənəvi

dəyərləri, mədəni irsi xalqımızın fəxr mənbəyi kimi dünya mədəniyyətində sevilib seçilir, bu sahəyə dövlət tərəfindən qayğı, diqqət ilbəil artır.

Çıxışçılar bildiriblər ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür.

Seminar diskussiya şəklində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar