Mektebgushesi

DİM builki keçid ballarını elan etdi

Bu ildən ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) olacaq. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də […]

İndoneziya səfirinin AzMİU tələbələri ilə görüşüb

Bu gün İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Görüşü giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açıb, qonaqları salamlayıb, İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini […]

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu […]

AzMİU-da “Füzuli poeziyası” adlı tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Füzuli poeziyası” adlı layihə həyata keçirilib. Layihənin rəhbəri Tural Əzizov tədbirdə çıxış edərək layihə haqqında iştirakçılara ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edən digər çıxışçılar – AzMİU […]

Müsabiqə qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 72 nömrəli məktəb-liseyin komandası 38 balla I, 55 və 117 nömrəli tam orta məktəblərin komandaları 35 balla II, 271 və 42 nömrəli tam orta məktəblərin komandaları […]

DİM-də müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Elan üzrə 5 dövlət orqanında mövcud olan 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılmışdır. Ümumilikdə isə, 70 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), Nazirliyin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi (1 […]

ADU-da Holi festivalı keçirilib

Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb. ADU-dan Mektebgushesi.az-a verilən məlumata görə, rektor Kamal Abdulla səfiri universitetdə görməkdən şad olduğunu bildirib. Şri B.Vanlalvavnanı Azərbaycana yeni səfir təyin olunması münasibətilə təbrik edən Kamal Abdulla ona diplomatik missiyasında uğurlar arzulayıb. Hind […]

ADPU-da Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Qeyd edək ki, tədbirin keçirilməsi üçün ADPU-nun və eləcə də ölkəmizin tanınmış, nüfuzlu alim-mütəxəssislərindən, ziyalılarından ibarət Təşkilat Komitəsi yaradılıb. Tədbirdə universitetin rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Azərbaycan Milli […]

Məleykə Abbaszadə Ucar rayonunda vətəndaşları qəbul edib

Qəbulda Ucar rayonunun sakinləri ilə yanaşı Göyçay, Kürdəmir və Ağsu rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. Mərkəzdən Mektebgushesi.az -a bildirilib ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 14-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Ucar rayonunda vətəndaşları qəbul […]

Rezidentura üzrə sınaq imtahanına qeydiyyat sabah yekunlaşır

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə keçiriləcək sınaq imtahanına onlayn qeydiyyat martın 15-də başa çatır. Dövlət İmtahan Mərkəzindən (DİM)  Mektebgushesi.az-a bildirilib ki, sınaq imtahanı martın 16-da DİM-in Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sınaq imtahanında iştirak […]

ADAU-da “Mobil Laboratoriya” layihəsinin təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Mobil Laboratoriya” layihəsinin təqdimat mərasimi keçirilib. Universitetdən Mektebgushesi.az– a bildirilib ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçılarını salamlayaraq, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini qeyd […]

Ümumi təhsil haqqında Qanuna ümumi baxış

III yazı. Təhsilverənlərin sosial müdafiəsinin Qanunda hansı keyfiyyətdə öz əksini tapacağı təhsil işçilərinin ən çox diqqət yetirdiyi və gözlədiyi məsəllələrdən başlıcası idi. Bu da təbiidir. Çünki sosial müdafiəsi güclü olan müəllim (eləcə də hər bir vətəndaş) elə Qanunla təsbit edilmiş hüquq və vəzifələrini vicdanla, ləyaqətlə yerinə yetirəcəkdir. Maddə 26-da yer almış alt maddələrə heç bir […]

Bütün dünyada “Facebook” və “Instagram”ın işində problem yaranıb

Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində yaranan problemlərlə bağlı müxtəlif ölkələrdən çoxlu sayda şikayətlər daxil olur. Demək olar ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır.  Nasazlıqlar ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb. “Instagram”da isə problemlər saat 12:01-dən (Bakı vaxtı ilə 18:01) başlayıb. “Facebook” […]

Peşə məktəblərində təhsil alanların say həddi müəyyənləşib

Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq müəyyən edilib.A Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov qərar imzalayıb. Qərar əsasən, aşağıda qeyd olunan peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az 20 nəfərdən çox olmamaqla müəyyən edilir: 1.1. “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqamətində aşağıdakı […]

Xəzər Universiteti Türkiyənin universitetləri ilə əlaqələrini genişləndirir

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazıçı İmdat Avşar Türkiyənin Nevşehir Hacı Bektaşi Veli Universitetində olublar. Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Nevşehir Hacı Bektaşi Veli Universitetinin rektoru, professor Mazhar Bağlı qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. H.İsaxanlı Xəzər Universitetinin yaradılması […]