Mektebgushesi

Şagirdi döyən müəllim işdən qovuldu

Mektebgushesi.az -ın məlumatına görə, Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub. Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və […]

Bakıda tələbələr dönərdən zəhərləndi

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib.  Mektebgushesi.az xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 […]

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Mektebgushesi.az-ın məlumatına görə, iclasda çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir. İclasda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin […]

Aİİ-də “Din və elm” mövzusunda seminar təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun seminarı təşkil […]

UNEC və Lənkəran Dövlət Universiteti arasında İkili Diplom Proqramına dair müqavilə imzalanıb

UNEC və Lənkəran Dövlət Universiteti (LDU) arasında İkili Diplom Proqramı haqqında müqavilə imzalanmışdır. UNEC rektoru, professor Ədalət Muradov və LDU rektoru (v.i.e.), professor Natiq İbrahimov tərəfindən imzalanmış müqaviləyə əsasən İkili Diplom Praqramının məqsədi UNEC və LDU arasında əməkdaşlığı, tələbə-müəllim mübadiləsini və əmək bazarının tələblərinə uyğun yüksək hazırlıqlı məzun buraxılışını təmin etməkdir. İmzalanma mərasimi zamanı UNEC rektoru, professor […]

“SOCAR–KBR” MMC-nin nümayəndələri ADNSU-da tələbələrlə görüşüb

Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR–KBR” MMC şirkətinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib. Şirkətin Baş direktorunun texniki məsələlər üzrə müavini Şamil Babanlı, İnsan resurları üzrə meneceri Səidə Qurbanova, İnsan resursları üzrə mütəxəssis Səbinə Ələkbərova, Mühəndis texnoloq (ADNSU məzunu) Aydan Kazımova müəssisənin fəaliyyəti, məzunların cəlb oluması, təcrübə və işə qəbul prosesi haqqında […]

BP-nin vitse-prezidenti ADNSU tələbələrinə təlim keçib

BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təlim keçmək məqsədilə universitetdə olub. Tələbələrlə görüşdən əvvəl ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqla görüşərək tələbələrlə belə görüşlərin və təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov ADNSU-nun məzunu olduğunu və doğma ali məktəbdə olmaqdan məmnun olduğunu […]

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılır

13-15 mart 2019-cu il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilir. Suallar şərhlər vasitəsilə cavablandırılır. Mektebgushesi.az xəbər verir ki, ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start […]

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilir

Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilir. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) bildirilib. Sənədin 12.1-ci bəndində qeyd edilib ki, dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.

Dövlət ümumi təhsil müəssisələrində təhsil alanları işlə təmin edəcək

Ümumi təhsil müəssisələrində təhsil alanlar peşəyönümlü işlə təmin olunacaq. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 4-cü maddəsində (Ümumi təhsil sahəsində dövlətin vəzifələri) qeyd edilib. Sənəddə göstərilib ki, ümumi təhsil sahəsində dövlətin vəzifələrindən biri də ümumi təhsil müəssisələrində təhsil alanları peşəyönümlü işlə təmin etməkdir.

Sona Əliyeva: “Autizmdən əziyyət çəkən uşaqlar təhsildən kənarda qalıb”

“Azərbaycanda 6 minə yaxın autizmdən əziyyət çəkən uşaq var”. Mektebgushesi.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Sona Əliyeva bildirib. S.Əliyeva deyib ki, “Xüsusi təhsil” haqqında qanunda autizmdən bəhs olunmur: “Autizmə ağırlıq dərəcəsinə görə 4 dərəcə daxildir. Bu uşaqlar necə təhsil almalıdır, xüsusi, yoxsa inklüziv təhsillə təmin olunmalıdır? […]

Beynəlxalq proqramlar üzrə təhsil alan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müəyyən edilmiş şərtləri yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Mektebgushesi.az ONA-ya istinadən məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsil təşkili) qeyd edilib. Sənədin 13.28-ci bəndində göstərilib ki, beynəlxalq səviyyədə […]

İsa Həbibbəyli: “Təhsil müəssisələrinin akkreditasiyası haqqında yeni qanun layihəsi hazırlanır”

Təhsil müəssisələrinin akkreditasiyası haqqında yeni qanun layihəsi hazırlanır. Mektebgushesi.az- ın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib. İ.Həbibbəyli deyib ki, yeni qanun layihəsində təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı bir çox məsələlər öz həllini tapacaq: “Yaxın vaxtlarda həmin qanun layihəsi müzakirəyə çıxarılacaq”.

NASA Herkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib

NGC 6052 obyekti yüksək dəqiqlikli “Habbl” teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir. NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib. Oxşar aqibət Süd […]

BSU-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüş keçirilib

Martın 13-də Bakı Slavyan Universtetində (BSU) Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda maarifləndirici tədbir geçirilib. Tədbirdə Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşları Zəhra Quliyeva, Babək Məmmədov, Ceyhun İbrahimov, Tural Məmmədov, İdris Cəfərli, Kamran Babayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun […]