Mektebgushesi

“Şirvanşahlar Yurdu” əsəri Azərbaycan türkcəsinə tərcümə edilib

Azərbaycanın mühacir alimlərindən Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr etdirdiyi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təqdir etdiyi “Şirvanşahlar Yurdu” əsəri Azərbaycan türkcəsinə tərcümə edilib. Kitab əslinə uyğun formada dizayn edilərək Elm və Təhsil nəşriyyatında nəşr olunub. Kitabın tərcüməçisi AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli, redaktoru tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Kitabın […]

Təhsil işçiləri üçün idarəetmə ilə bağlı “YAZ MƏKTƏBİ “ təşkil ediləcək

Odlar Yurdu Universitetinin İctimayətlə Əlaqələr Şöbəsindən saytımıza verilən məlimata görə universitet 24, 25, 26 mart tarixlərini əhatə edən məktəb direktorları, direktor müavinləri , müəllimlər bir sözlə ümumtəhsil məktəblərinin işçiləri üçün “ Ümumtəhsil məktəblərinin idarə edilməsində müasir yanaşmalar “ mövzusunda təcrübi-praktik konfrans təşkil olunacaq . `Azərbaycan , Türkiyə , Böyük Britaniya təcrübələrinin qarşılıqlı müqaisəsi fonunda təşkil […]

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadanın qalibi oldular

Astanada Beynəlxalq Mental Arifmetika ISMA-2019 olimpiadası keçirilib. Bu şəhərdə ilk dəfə keçirilən olimpiadada Azərbaycan, Belarus, Bolqarıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Qazaxıstandan 500-ə yaxın uşaq iştirak edib. Olimpiadanın “Super çempion” mükafatı uğrunda 5-dən 15 yaşadək uşaqlar mübarizə aparıblar. Beynəlxalq olimpiadada Azərbaycanı Ləman Vəkilova, Fikrət Vəliyev və Fərid Hacıyev təmsil edib. Fikrət Vəliyev və Fərid Hacıyev çempion […]

Hindistan səfiri BMU-da tədbirdə iştirak edib

Bakı Mühəndislik Universitetində Hindistan azadlıq hərəkatının böyük lideri və sülhün müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı Hindistan Respublikasının ölkəmizdəki səlahiyyətli  səfiri Şri B.Vanlalvavna da iştirak edib. Əvvəlcə qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı […]

BDU-nun yeni rektoru Elçin Babayev kimdir? – DOSYE

Prezident İlham Əliyevin Sərəncamı ilə  Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayev 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib. AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavini vəzifəsidə çalışıb. Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Astrofizika, radioastronomiya ixtisasına yiyələnib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika […]

Sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır, belə hal olarsa, şagird mütləq şəkildə cəzalandırılacaq

10 martda respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib. Mart ayından start götürən imtahanlar bölgələr üzrə fərqli tarixlərdə baş tutur. Son günlər sosial şəbəkələrdə imtahanlarla bağlı müxtəlif şaiyələr yayılıb. Abituriyentlər iddia edir ki, imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlər internetdə imtahana […]

Koşitse Texniki Universitetinin nümayəndələri AzMİU-da

Bu gün Slovakiyanın Koşitse Texniki Universitetindən gələn nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Qonaqlar əvvəlcə Nəqliyyat fakültəsində olublar, fakültə rəhbərliyi ilə görüşüb, ikitərəfli əlaqələr, görüşlər, gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar. Sonra qonaqları AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə universitetin prorektorları, dekanlarla yanaşı, Slovakiyanın Prospol LTD şirkətinin nümayəndələri də […]

ADPU-da “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib

Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, professor Əzizxan Tanrıverdinin görkəmli dilçi-alim, türkoloq, Onomastika elmi məktəbinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, professor Afad Qurbanovun 90 illik yubileyi münasibətilə […]

Yaponiyada Azərbaycan haqqında dərslər davam edir

Artıq 3 ildir ki, Yaponiyada Azərbaycan dili dərsləri keçirilir. Bu dərslər həmyerlimiz, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov tərəfindən təşkil edilir. Növbəti belə dərs mart ayının 6-da Yaponiyanın paytaxtı Tokionun Maçida bölgəsindəki məktəblərin birində olub. Mektebgushesi.az diaspor.gov.az-a istinadən xəbər verir ki, Əlibəy Məmmədov müntəzəm olaraq Yaponiyanın Yokohama, Saitama və Çiba şəhərlərində yerləşən məktəblərdə, o cümlədən, […]

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib

Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Mektebgushesi.az xəbər verir ki, sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı […]

Cavid Cəfərzadə: “Ümumi Təhsil haqqında” qanunu zərurətə çevirən nədir?

“Ümumi təhsil elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını və əmək fəaliyyətinə hazırlanmanı təmin edən təhsil pilləsidir”Ölkəmizdə təhsil sahəsində daha bir yenilik – “Ümumi Təhsil haqqında” qanun layihəsinin müzakirələri aparılır. Hazırda qüvvədə Təhsil haqqında qanun ola-ola bu növbəti qanunun qəbulu hansı zərurətdən yaranıb? Yeni qanun özündə hansı yenilikləri ehtiva edəcək? Bu və […]

ADPU-da professor Kamran Əliyevin ustad dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elm günü” ilə bağlı keçirilən tədbirlər çərçivəsində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevin Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün “Açıq kitab-Dədə Qorqud” mövzusunda ustad dərsi keçirilib. […]

“Elm aylığı”nda yeni elm sahəsi- Ekonofizika

UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə keçirilən “Elm aylığı” çərçivəsində növbəti müzakirə “Yeni elm sahələri- ekonofizika” mövzusuna həsr edilib. Mektebgushesi.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, “Elm aylığı”nda keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də yeni elm sahələrini əhatə edir. Müasir dövrdə bir istiqamətli elm sahələrinin […]

Almaniyalı professor Azərbaycan Universitetinin tələbələrinə təlim keçib

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück “Erasmus+” mübadilə proqramı çərçivəsində iki həftə müddətində Azərbaycan Universitetində tədris prosesində iştirak edib. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, Martina Brückün mühazirələri bakalavriat pilləsində biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan korporativ maliyyə, maliyyə menecmenti və statistika fənlərini, MBA qruplarında isə maliyyə analizi və kredit strukturlarına giriş fənlərini əhatə […]

Ölkəmizdə “Elm günü” yüksək səviyyədə qeyd olunacaq

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. Bu il ilk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Mektebgushesi.az -a bildirilib ki, tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq […]