Ali Məhkəmədə Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarda qeyd edilib ki, G.Alxasov kassasiya şikayətini geri götürüb. Bu səbəbdən də kassasiya şikayəti baxılmamış saxlanılıb.

Qeyd edək ki, 2017-ci il Xaçmaz rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü G.Alxasov həmin məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib. O, 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə G.Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 1 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınıb. Hökmdən narazı qalan G.Alxasov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Sabiq məktəb direktoru kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bənzər yazılar