M.Ə.Sabirin düz 108 il bundan əvvəl  “Molla Nəsrəddin” jurnalındaçap etdirdiyi bir şeirin nüktələri – açılmayan və incələnməyən  sirləri  və yaxud yuxuda keçirilən yubiley

M.Ə.Sabirin bu gün 108 yaşı tamam olan maraqlı bur şeiri var.

Şeirin əsas ideyası xalqın milli təfəkkür tərzinin formalaşmasında əhəmiyyətli işlər görəninsanların fəaliyyətinə layiqli qiymət verilməsinin vacibliyidir.

Şeirin adı  “VAQİEYİ-YUBİLEYKARANƏ”dir.

Şeir “Girdim yerimə başımda qayğu” misrası ilə başlayır. Şeir vahidi beytdir, aa,bb,ss,dd,…şəklində qayiyələnmişdir. Janrına  və məzmununa görə epik məsnəvidir Həcmi 37 beytdir. Beytlərdən birinin nəşrlərə düşməsi nədənsə məsləhət görülməmişdir. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü yuхulu” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün  nəşrlərə daхil edilmişdir. 

Yeri gəlmişkn qeyd edək ki, M.Ə.Sabirin yuxu ilə ilgili bir neşə şeiri vardır.

Oxucuların diqqətinə ünvanlanan bu şeirin qısa məzmunu  belədir:

Başında həyatın müəyyən qayğıları olan şair gecə qəribə bit yuxu görür.

Yuxu görmək təbii bir proses olsa da, şair bu yuxunu ömrünün  çətin günlərində, həyatının sonuna təxminən 4 ay qalmış görür. (M.Ə.Sabir 1911-ciil iyulun 12-də ( yeni təqvimlə iyulun 24-də  vəfat etmişdir).

Şair bu aylarda hətat uğrunda ölüm-dirim mübarizəsi aparırdı. Şair yuxuda görür ki, elə  bir şəhərdədir ki, “cümlə dəhri ( bütün dünyanı-N.N.) gəzsən, bilamazsan (tapmazsan-N.N.) öylə şəhri”. Bura elə bir şəhərdir ki, ləzzətli  suyu, gözəl havası, bəhcəti (gözəlliyi -N.N. ), zövqü-səfası var.

Əhli bütün əhli-fəzlü insaf, mömini-pak, müslümü -safdır. Bura füzalə  (fazil adamlar-N.N.) şəhəridir, irfan diyarıdır.Möminləryatağı olan bu məkan-qədim Şirvandır. Qısası şair bu şəhərin hər yerini gəzib,tamaşa edir. Qəribədir ki,gəzdiyi yerlərdə gözünə dəyən adam, demək olar ki, yoxdur.

Ancaq bir səmtdə  yığıncaq, izdiham görür. Şair bu fürsəti itirmək istəmir, izdihama axışan insanlara qoşulur.

Baxdm ki,əzim bir cəmiyyət,

Eyzən ürəfa,əvət ,həqiqət!

Lakin  nə üçündür işbu əhval?-

Sordum, birisi dedi bu minval:

“Rahi -mədəniyyəti tey etdik,

Bir şəxsi- əzizə yubley etdik”.

Şair   camaatın seincini başa düşür, bir nəfərdən yuvileyi keşirilən bu əziz şəxsin kimliyini soruşur. Ağlına gələn ilk yubiley səbəbkarının Xaqani olduğunu düşünür. Sonra yadına Şamaхıda doğulmuş Azərbaycan şairlərindən biri olan. Zülfiqar Şirvani düşür. Z.Şirvani ХIV əsrin əvvəllərində Təbrizdə vəfat eimiş və məşhur Sürхab qəbristanında dəfn edilmişdir. Onun yubileyinin  keçirilməsi təəccüblü görünmür.Yuvileyə onun da haqqı çatır. Yox,o da deyil. Həsən bəy Məlikov (Zərdabi) yada düşür. Həsən bəy Zərdabinin yada düşməsi də  səbəbsiz deyil.

Mənbələrin birində Şamaxıdan köçüb, Zərdabda yaşayan  Şamaxılılar haqqında  məlumat verilir. Çox güman ki,bu fakt Sabirə də məlum imiş. Məhz buna görə o, Həsən bəy Məlikovu da Şamaxılı hesab edir. H.Məlikovun Şamaxı Ali İbtidai Məktəvində oxuması da bu faktı qüvvətləndirə bilər.

Yox, o da deyil. Güman  görkəmli maarifçi  Səid Ünsizadəyə (1842,Şamaxı-1903,İstanbul) -“Kəşkül”ün redaktoruna gəlir.

Əslində, S.Ünsizadə “Kəşkül”ün yox, “Ziya” qəzetinin  (1879,25 yanvar-1884,26 iyun) təsisçisi və ikinci  redaktoru olub. Amma hər halda “Kəşkül” ( 1883-1891) Ünsizadə qardaşlarının çar hökuməti məmurlarını  aldadan layihəsi idi. Qardaşlar  milli türkdilli mətbuatı nə yolla olursa-olsun inkişaf etdirmək istəyirdilər.Cəlal Əfəndinin böyük qardaşından aralanıb, müstəql mətbuat açması bununla ilgili idi. Daha sonra yubiley keçirilməsinə mənəvi hüquqları olan digər məşhur Şamaxılıların adları çəkilir:

S.Ə.Şirvani (1835-1888), S.M.Qəniyev (1866-1938) və onun ali məktəb yoldaşı Həbib bəy Mahmudbəyov (1864-1928).

Ən sonda  “Rəhbər” (1906,sentyabr-1907,yanvar)  uşaq jurnalının redaktoru Mahmud bəy Mahmudbəyovun (1863-1923) adı gəlir. Müsahibi   “Lal ol!”  deyerək adları çəkilənlərin heç birinin belə şərəfli yubileyə layiq olmadıqlarını söyləyir, onların hər birinin  xidmətlərini ucuz sözlərlə dəyərləndirir,sorğuya və şairin gümanına istehza ilə yanaşır:

Hər elmi -ufaq əsla,

Layiq olamaz bu feyzə illa.

Layiq belə yubleyə ziyada,

Əlhafiz əfəndi  Şeyxzadə…

 Hafiz əfəndi Şeyхzadə – Məshəti türki idi. O, bir müddət Şamaxıda müəllimlik etmiş, 1902-ci il zəlzələsindən sonra Şamaxıdan Şəkiyə köşmüş, burada da  müəllimlik işini davam etdirmişdir. Şeirdən hiss olnur ki,M.Ə.Sabirin Hafiz Əfəndi ilə münasibətləri yaxşı olmamışdır. Bu, hər nəsnədən əvvəl onların təhsilə fərqli münasibətləri ilə bağlı ola bilərdi. Bəlkə də bu şeir Hafiz Əfəndini  bəyənməyən bəzi qələm əhlinin birinin sifarişi ilə yazılmışdır. M.Ə. Sabirin yaradıcılığında sifarişlə yazılmış bir neçə şeir  də vardır ki, bunlar haqqında ucadan danışılmır.

“Vaqieyi-yubileykaranə” şeirində  M.Füzuliyə istinadən söylənilən  bir beyt    bu fikri söyləməyə əsas verir:

“Dinmə”,- dedim, -oldu qissə məfhum,

Rumi ki dedin, qəziyyə məlum…”

Şair məsnəvinin sonunda maraqlı bir nəticəyə gəlir:

“İnsandakı  cəhldən ziyadə

Həqsizlər edərlər istifadə “.

Bənzər yazılar