Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb. 

Mektebgushesi.az xəbər verir ki, Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilib. Qeyd edilib ki, 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla, 6 min nəfər təşkil edib. Bu da əvvəlki təhsil ili ilə müqayisədə 17 faiz artım deməkdir. 

Hesabata əsasən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 min 558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanıb. 

Eyni zamanda Çin, Macarıstan, Rusiya, Latviya, Rumıniya və digər ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən, ayrılmış kvotaya uyğun olaraq, hazırda ümumilikdə 536 azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotenologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır. 

Bənzər yazılar