Mektebgushesi

Baş redaktor təhsil aldığı məktəblə Məhəbbət Vəliyevanın yaxından tanış olmasını xahiş edib -FOTOLAR

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev Cənub bölgəsində səfərdə olan təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya müraciət edib.  Mektebgushesi.az -ın məlumatına görə, jurnalist ondan Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbinə də getməsini, məktəbin vəziyyəti ilə yaxından tanış olmasını xahiş edib.  Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da […]

Zeynal Zeynalov: “Mənə karateni ilk müəllimim Mirəli Seyidov öyrədib”

Müəllim haqqında böyük şəxsiyyətlərin dediyi fikirlər dillər əzbəridir. Müəllim adı daşıdığı dəyərə görə ən hörmətli şəxslərə xitabət forması kimi də istifadə olunur. Baxmayaraq ki, zaman-zaman bu xüsusi halın adiləşdirildiyinin də şahidi oluruq. Amma  müəllimin əvvəlki nüfuzunun qaytarılması istiqamətində həyata keçirilən tədbirlər və bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş həmin problemin də aradan qalxacağına ümid yaradır.  Bütün hər […]

Övladını yaşadığı ərazidən kənar məktəbə yazdırmaq istəyənlərin nəzərinə

Bakıda övladlarını qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva məlumat verib. İ.Abdullayeva qeyd edib ki, əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilərsə, artıq buna ehtiyac qalmayacaq: “Valideynlərin işini […]

Rektordan tələbə qızlara bayram hədiyyəsi

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan 141 nəfər tələbəni bir aylıq yataqxana ödənişindən azad edib.P Mektebgushesi.az  xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. Qeyd edək ki, 2 saylı qızlar yataqxanasında 118 nəfər ADU-nun, […]

Kamran Əsədov: Şagirdlərdən pul yığılmasında birbaşa məktəb direktorları cavabdehdir

İnsan belədir; gələcəkdən çox keçmişi sevir. Hər il 8 mart yaxınlaşanda, orta məktəbi uzaq keçmişdə bitirənlər öyünərək «bizim vaxtımızda belə şeylər yox idi («belə şey» deyəndə, təbii ki, məktəblərdə pul yığımı nəzərdə tutulur -red.), müəllimə sevinə-sevinə gül bağışlayardıq, bəlkə kimsə hədiyyə də verərdi, amma filan qədər gətirin, filan qədərdən yığırıq kimi söhbətlər olmazdı. Müəllimlərə gül […]

Təhsilin inkişafında qadınların rolu daha böyükdür

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Bəs təhsil sahəsində bu göstərici necədir? Dövlət Statistika Komitəsindən verilən məlumata görə ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi […]

İlkə imza atmış Azərbaycan xanımları

Azərbaycanda müxtəlif sahələrdə aktiv xanımların rolu hər zaman danılmaz olub. Azərbaycanda ilkə imza atan bir çox xanımlar bu addımları ilə bərabər bəzən əsl Şərq hadisəsinə çevriliblər. Məsələn, ilk təyyarəçi xanım Leyla Məmmədbəyova həm də Şərqin ilk qadın pilotu olub. Yaxud “Gəlin qayası” operasını yazan Şəfiqə Axundova bununla Şərqdə ilk dəfə opera bəstələyən xanım oldu.  Mektebgushesı.az […]

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Heydər ƏliyevFondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. “Report” xəbər verir ki, dövlət başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban […]

Biləsuvar rayon Təhsil şöbəsinin müdiri işdən çıxarılıb

Biləsuvar rayon Təhsil şöbəsinin müdiri işdən azad edilib. Mektebgushesi.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov vəzifədən çıxarılıb.  Vəzifənin icrası Biləsuvar rayon Təhsil şöbəsinin əməkdaşı Anar Xammədova həvalə olunub. Qeyd edək ki, B.Kazımov bu vəzifəyə 2010-ci ildə təyin edilmişdi.

Macarıstan məktəbində Azərbaycana dair təqdimat keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov və səfirlikdə təcrübə keçən Samirə Rəhimova Sekeşfehervar şəhərindəki “Rakoçi Ferenç” adına ingilis dili təmayüllü məktəbin dəvəti əsasında bu şəhərə ezam olunublar. Tədbirdən öncə Emil Rəhimov məktəb tərəfindən dəvət olunmuş yerli televiziya kanalına qısa müsahibə verib və gəlişinin məqsədini açıqlayıb. Sonra səfirliyin əməkdaşı 50 nəfərlik auditoriyanın qarşısında təqdimatla çıxış […]

Latviyada tələbələrin kütləvi yürüşü keçiriləcək

Latviyada təhsil alan tələbələrin kütləvi yürüşü keçiriləcək. Martın 15-nə planlaşdırılan yürüş “FridaysForFuture” tələbə təşkilatının təşəbbüsü ilə reallaşacaq. Kütləvi yürüşün 50 ölkədə keçirilməsi planlaşdırılıb. Məqsəd ətraf mühitin qorunmasına yönəlib. Riqanın mərkəzi küçələrindən keçəcək yürüşçülərin arasında xarici tələbələr də olacaq. Mektebgushesi.az

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.  Mektebgushesi.az  xəbər verir ki, Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.   Dünyanın bir çox ölkələrində 8 Mart məhz […]

BDU-nun Qazax filialına direktor təyin edildi

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının direktoru vəzifəsinə təyinat olub.   Mektebgushesı.az -ın  “Report”a istinadən məlumatına görə, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub.

Əlyazmalar İnstitutunda 8 Mart – Beynəlxalq qadınlar günü qeyd edildi

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Qadınlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunmuş toplantını elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov açıb. O, İnstitutun elmi fəaliyyətində qadınların rolunu yüksək qiymətləndirərək, onların böyük zəhmət hesabına ərsəyə gətirdikləri […]