Mektebgushesi

BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Rektor H.Məmmədov səfirlə görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Mektebgushesi. az xəbər verir ki, görüşdə Türkiyə Universitetləri arasında müəllim-tələbə mübadiləsi, ikili diplom […]

Ucqar kənd məktəbində bayram tədbiri keçirilib

Bu gün Agdaş rayon Ovculu kənd ümumi orta məktəbində 8 Mart bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə məktəbin şagirdləri məktəbin qadın müəllimlərini şerlərlə təbrik ediblər. Tədbirdə iştirak edən müəllimlərdən Abdürrəhmanova Mehriban, Əhmədova Aygün, Məmmədova Xanım, İmanzadə Turanə, Cəfərova Ləman və Muxtarova Yeganə təbrik üçün şagirdlərə təşəkkürlərini bildiriblər. Turanə İmanzadə

BŞTİ-də Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin xanım əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Rəşad Tağıyev ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini […]

Cocuq Mərcanlıda “Qayıdış” Yaz Məktəbi keçiriləcək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə cari ilin 8-10 mart tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük “Qayıdış” Yaz Məktəbi keçiriləcək. 60-dan çox məktəbli və gəncin iştirak edəcəyi Yaz Məktəbinin təşkilində tələbə-könüllülər də iştirak edəcəklər. Mektebgushesi.az – a Təhsil Nazirliyindən verilən məlumata görə, “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və […]

Birinci sinfə şagird qəbulu martın 13-də başlayır

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Mektebgushesi.az – a nazirlikdən verilən məlumata görə, Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu […]

Təhsil nazirinin müavininin cənub bölgəsinə səfəri davam edir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub. Nazir müavini tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valıdeynlərlə görüşüb. Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən Məhəbbət Vəliyeva daha sonra Qəriblər kənd tam orta məktəbində olub. Masallı şəhər “Dəfinə” məktəb-liseyində də olan […]

ADU-da “Zərif İmzalar” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif İmzalar” adlı tədbir keçirilib. ADU-nun rektor akademik Kamal Abdulla Azərbaycan qadınlarının gözəlliyindən söz açıb: “Əsl gözəllik, əsl zahir, əsl təzahür daxilin sanki əks-sədasıdır. İntellektual, mənəvi, insani əks-sədasıdır, ləyaqətin, namusun əks-sədasıdır. Daxildə bunlar olmasa, zahiri gözəllik də mümkün […]

Nadir İsrafilov: “Hər il “8 mart” yaxınlaşanda…”

Və ya təhsil ənənələrimizdən yada düşən xatirələr Qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin nümayəndəsi, Sokratın şagirdi Aristotelin müəllimi olan Platondan soruşurlar ki, insanlarda ən çox müşahidə etdiyiniz və sizi ən çox təəccübləndirən hal nədir? Platon cavab verir ki, uşaq olanda böyüməyə can atırlar, böyüyəndən sonra isə uşaqlıqları üçün darıxırlar. Pul qazanmaq üçün səhhətlərini korlayırlar, sonra […]

Bakı Ali Neft Məktəbində Beynəlxalq Qadınlar Günü qeyd edildi

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbir öncəsi Azərbaycanın dövlət himni səsləndirilib. Tədbir iştirakçılarını salamlayan Ali Məktəbin rektoru Elmar Qasımov bütün Azərbaycan xanımlarının timsalında BANM-ın xanım kollektivini 8 Mart Beynəlxalq […]

ADAU da qadınların bayramı təbrik edilib

Qadın gözəllik simvolu, səmimiyyət, məhəbbət, ülvilik, zəriflik rəmzi kimi həmişə uca tutulub. Ana kimi bəşəri dəyərlər daşıyan qadın bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qoruyub, yaşadılmasında müstəsna xidmətlər göstərib. Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetində 8 mart Beynəlxalq qadınlar gününə həsr edilən tədbirdə səsləndirilib. Tələbələrin hazırladığı tədbir maraqla […]

“Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” layihəsi davam edir

“Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində Odlar Yurdu Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında növbəti seçim turları keçirilmişdir. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, […]

“100 innovativ tələbə” layihəsində 20-dən artıq biznes-ideya müzakirə olunub

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən “100 innovativ tələbə” layihəsi çərçivəsində tələbələrin 20-dən artıq biznes ideyası müzakirə olunub. “Məhsulun yaradılması və inkişaf etdirilməsi” modulu çərçivəsində tələbələrin irəli sürdüyü ideyaların müasir metodologiyaya əsasən bazara uyğunluğunun təhlili, yeni məhsul və xidmətlər vasitəsilə potensial müştərilərin problemlərinin həlli, real tələbat məsələləri praktik tapşırıqlar vasitəsilə təhlil edilib. […]

Aİİ-də “Regional və beynəlxalq təhlükəsizlikdə din amili” mövzusunda görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 6 mart 2019-cu il tarixdə Trend İnformasiya Agentliyi Baş direktorunun müavini, agentliyin regional geosiyasət üzrə eksperti Arzu Nağıyevin “Regional və beynəlxalq təhlükəsizlikdə din amili” mövzusunda tələbələrlə görüşü təşkil olunub. Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, İnstitutun fəaliyyətə başladığı gündən təlim, tərbiyə, tədris […]

Lənkəran Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib

Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib. Mektebgushesi.az xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin bütün xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzu edib. 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edən universitet rəsmisi ötən […]

Bakı Dövlət Universitetində Macarıstanlı səfirlə görüş olub

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Universitetdən Mektebgushesi.az – a bildirilib ki, Firudin Qurbanov ölkələrimizin qədim tarixi əlaqələrə malik olduğunu, dövlət başçılarının uğurlu siyasəti nəticəsində müasir dövrdə də münasibətlərin inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, […]