Mektebgushesi

Şamaxı rayon Təhsil şöbəsinə müdir təyinatı olub

Şamaxı rayon Təhsil şöbəsinə yeni müdir təyinatı olub. Mektebgushesi.az “Report”- a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Namiq Rzaxan oğlu Nağıyev təyin edilib. Qeyd edək ki, N.Nağıyev bu təyinatadək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) direktor müavini vəzifəsində çalışıb.

ASC “Standard İnsurance” Sığorta Şirkəti sığorta sahəsində maarifləndirmə tədbirlərini davam etdirir

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü olan “Karyerada ilk addımlar” adlı tələbə təcrübə layihəsi Mingəçevir Dövlət Universitetinin təşkilatçılğı ilə baş tutmuşdur. İlk olaraq Mingəçevir Dövlət Universitetinin Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov qonaqlara universietet rəhbərliyinin salamlarını çatdırdı və tədbirin fəaliyyətinə uğurlar arzu etdi. Sonra Üzeyir Zeynalov tələbələrə tədbirin məqsəd və məramı barədə ətraflı məlumat verdi. ASC […]

“Məktəb seminarları” layihəsi Qaradağ rayonunda davam edir

Martın 4-də “Məktəb seminarları”nın növbəti sessiyaları un ümumi təhsil məktəbləri üzrə keçirilib. Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər. Mektebgushesi.az xəbər […]

50 təhsil mütəxəssisi İsraildə təlimdə iştirak edir

Azərbaycandan olan 50 təhsil mütəxəssisi İsraildə dörd həftəlik STEM (Science, Technology, Engineering and Mathematics) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi ilə bağlı təlimdə iştirak edir. Səfər Təhsil Nazirliyi ilə İsrailin AGM (Aerospace Marketing Services) şirkəti arasında imzalanmış müqavilə əsasında təşkil olunub.   Səfər çərçivəsində  STEM təhsili ilə bağlı proqramın Azərbaycan […]

Dövlət qayğısı təhsil işçilərini daha əzmlə çalışmağa ruhlandırır

Azərbaycanda uğurla aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bütün bunlar hərtərəfli dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü və davamlı proqramlar sayəsində təhsil sahəsi də yeni inkişaf mərhələsinə qədəm qoyub, keyfiyyətin artırılması və müasir təcrübənin tətbiqi istiqamətində ciddi nailiyyətlər əldə olunub. İnkişafın innovasiya mərhələsinə […]

Növbəti IELTS imtahanı martın 9-da keçiriləcək

Martın 9-da “British Council” da növbəti IELTS imtahanı keçiriləcək. AzEdu.az xəbər verir ki, imtahan nəticələri 22 martda açıqlanacaq. Mart üzrə növbəti imtahanın ayın 14-də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, “British Council”də hər ay üç və ya dörd dəfə IELTS imtahanı təşkil olunur.

Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin ümumi yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.Sadovniçinin təqdimatına əsasən yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib. Mektebgushesi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum […]

Aİİ-də “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 4 mart 2019-cu il tarixdə “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova, Azərbaycan Dillər […]

Təhsil naziri “Oxu günü”nün keçirilməsi haqqında əmr imzalayıb

Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Nazirlikdən verilən xəbərə görə, əmrə əsasən, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. Qeyd edək ki,  23 aprel “Ümumdünya […]

Cocuq Mərcanlı məktəbinə dərsliklər hədiyyə edildi

Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd tam orta məktəbinin kitabxanasına dərslik və dərs vəsaitləri, şagirdlərə isə zəruri dəftərxana ləvazimatları hədiyyə edib. ADU-dan verilən məlumata görə, bununla yanaşı, məktəbdə təcrübə keçən tələbələrin dərsləri professor-müəllim heyəti tərəfindən dinlənilib, onlara xarici dilin tədrisi ilə bağlı lazımi məsləhətlər verilib. Məktəbin müəllim kollektivi […]

500 manata yaxın təqaüd alan tələbə…

Ölkəmizdə ən yüksək təqaüdü Bakı Dövlət Universitetinin tələbəsi alır. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Bildirilib ki, BDU-nun III kurs tələbəsi olan İlqar Məmmədzadənin təqaüdü 480 AZN edir. Belə ki, “Sabah” qrupunda təhsil alan tələbə 210 manat Prezident təqaüdü, 200 manat “Azercell” təqaüdü, 70 manat isə “Sabah” təqaüdü alır. Məlumat […]

Nadir İsrafilov: “Elə xatirələr var ki, xatırladılması yaddaş üçün vacibdir…”

Elə xatirələr də var ki, xatırladılması yaddaş üçün vacibdir.Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsinin gələcək üçün əsas prioritetlərini açıqlayarkən şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.Yetişməkdə olan nəsli ən qədim zamanlardan başlayaraq, bizim günlərədək cəmiyyətin inkişafı haqqında möhkəm biliklərlə silahlandırmaq, faktiki materialın seçilməsi və ümumiləşdirilməsi əsasında ictimai inkişaf qanunauyğunluqlarının elmi anlaşılmasının […]

Martın 5-dən “Novruz mühazirələri”nə başlanılır

Martın 5-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılır. Bakı Dövlət Universitetinin və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileylərinə həsr olunmuş builki “Novruz mühazirələri”nin Lənkəranda, Bakıda və Qazaxda keçirilməsi planlaşdırılır. “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” Lənkəran Dövlət Universitetində baş tutacaq. Mühazirədə tarix elmləri doktoru, professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, […]

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir. Səfərdə məqsəd cənub bölgəsinə daxil olan rayonlarda təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaqdır. Nazirlikdən mektebgushesi.az – a verilən məlumata görə nazir müavini səfər çərçivəsində əvvəlcə Lerik rayonunda olub. Martın 4-də rayonun Hamarmeşə kənd tam orta, Peştətürk kənd ibtidai məktəblərinə, şəhər 1 nömrəli texniki fənlər […]

Peşə təhsili sistemində “Pedaqogika və didaktika” mövzusunda təlimə start verilib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə əməkdaşlığı ilə peşə təhsili sistemində “Pedaqogika və didaktika” mövzusunda təlimə start verilib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimin ilk günündə almaniyalı təlimçi, professor Gebhard Hafer duala bənzər peşə təhsili və təlimi konsepti haqqında danışıb. İşəgötürənlərlə yaradılan əməkdaşlıq, tələbələrin şirkətlərdə istehsalat təcrübəsinə cəlb edilməsi, […]