Mektebgushesi

Azərbaycanda şagirdlərin sayı açıqlandı – 1 milyon 520 min

 “Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir”.  Mektebgushesi.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirədə məlumat verib. O deyib ki, həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi […]

Qamət Tağıyeva: Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

Son illər ölkəmizdə təhsilin bütün sahələrində köklü  islahatlar aparılır. Təhsilin yenilənməsinə hədəflənmiş bu islahatlar hər bir fəaliyyət sahəsinin zaman-zaman təkmilləşməyə olan zərurətindən doğur. Təhsilimizdə daim təkmilləşməyə ehtiyac duyulan və islahatyönümlü tədbirləri zərurətə çevirən sahələrdən biri də təhsilin idarə olunmasıdır. Məhz bu zərurət nəzərə alınaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin 5 əsas strateji […]

“Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunda

2018-2019-cu tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunun ümumi təhsil məktəblərini əhatə edib.  Mektebgushesi.az -ın məlumatına görə, Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən […]

Sağlamlıq imkanları məhdud uşaqlar 200 manat müavinət alacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.  Sərəncamla sağlamlıq imkanları məhdud […]

Ceyhun Bayramov: Xüsusi istedadlı uşaqları seçirik

Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır. Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı vaxtı bildirib. Onun sözlərinə görə, yaxın 2 ay ərzində 132 nəfər yeni məktəb direktoru təyin olunub: “Yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib. Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi bütün […]

3 martda milli parklara giriş məktəblilər üçün pulsuz olacaq

“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında  “açıq qapı” günü keçiriləcək.  Mektebgushesi.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək.  “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin […]

“Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək”

“Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək”. mektebgushesi.az  xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov  “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib: “Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi ölkənin bütün ümumi təhsil müəssisələrində aparılmalıdır”. Nazir qeyd edib ki, ötən iki […]

ADU-nun rektoru Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Martın 1-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, qonağı salamlayan rektor öncəki görüşlərdə haqqında danışılan, razılaşdırılan məsələlərin öz həllini tapmasından şad olduğunu deyib. ADU-da rumın dilinin böyük müvəffəqiyyətlə öyrənildiyini deyən rektor bu istiqamətdə 10-dan çox tələbənin təhsil […]

DTX-nın əməkdaşları ADU-da tələbələrlə görüşüb

Martın 3-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüblər. Öncə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalq qarşısındakı xidmətlərindən bəhs edən “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş olunub. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, universitetin rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq universitetlə Dövlət Təhlükəsizliyi Xidməti arasındakı münasibətlər fonunda bu […]

Dövlət İmtahan Mərkəzinin səlahiyyəti artırılıb

Dövlət İmtahan Mərkəzinin vəzifələri artıb. Mektebgushesi.az – ın məlumatına görə, bu, prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb. Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanlar keçimək və imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə sertifikat vermək Dövlət İmtahan Mərkəzinin vəzifələri sırasına daxil edilib.

Şəkidə məktəbli qız dəm qazından zəhərlənib

Şəkidə azyaşlı qız dəm qazından zəhərlənib.  Mektebgushesi.az xəbər verir ki, ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 21 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 11 yaşlı Sumeyra Yusif qızı Nəsirli zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.  Xəstəxanadan bildirilib ki, müayinə zamanı S. Nəsirlinin dəm qazından zəhərləndiyi məlum olub. […]