Martın 1-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Çelyabinskdə keçirilən III Beynəlxalq Diplomatik Oyunlarının final mərhələsində qalib gələn Bakı Slavyan Universitetinin (BSU) “Kaspi” komandasının üzvlərini qəbul edib.

Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, həmçinin “Kaspi” komandasının məşqçisi Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Mayya Cəfərquliyeva da iştirak edib.

Səfirlə söhbət zamanı əvvəlcə Mayya Cəfərquliyeva III Beynəlxalq Diplomatik Oyunlar barədə ətraflı məlumat verib. O bildirib ki, 2 nominasiyalı yarış Rusiya Federasiyası A.M. Qorçakov adına İctimai Diplomatiyaya dəstək Fondunun qrant proqramı əsasında Çelyabinsk Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilib. Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil alan IV kurs tələbələri “Ən yaxşı tələbə işi” nominasiyasında hazırladıqları video-çarxla Azərbaycanı təmsil edən yeganə komanda kimi finala vəsiqə qazanıblar.

Səfir Mixail Boçarnikov Bakı Slavyan Universiteti tələbələrini qazandıqları uğura görə səfriliyin kollektivi adından təbrik edib. O, bildirib ki, intellektual oyunların keçirilməsi gənclərin beynəlxalq münasibətlər və diplomatiya üzrə təcrübələrinin artmasında, o cümlədən onların gələcək diplomatlar kimi yetişməsində mühüm rol oynayır. Səfir gənclərin diplomatiya istiqamətində perspektivli inkişafı üçün çox dil bilmələrinin vacibliyini vurğulayıb. O, BSU-nun Azərbaycanla Rusiya arasında humanitar, mədəni əlaqələrin inkişafında körpü rolu oynadığını qeyd edərək universitet gənclərinin diplomatiya istiqamətində qazandıqları uğuru bunun bariz nümunəsi kimi dəyərləndirib.

Finalda 3-ü yeri qazanan “Kaspi” komandasının üzvləri – İlqar Aqamov, Şəbnəm Əkbərli, Leyla Əhmədova, Aytac Qurbanova, Elşən Məhərrəmov, Kristina Məmmədova, Mərcan Nağıyeva III Beynəlxalq Diplomatik Oyunlarla bağlı təəssüratlarını bölüşüblər. “Ən yaxşı tələbə işi” nominasiyasında hazırladıqları video-çarxla bağlı məlumat verən gənc diplomatlar bildiriblər ki, final yarışlarından sonra A.M. Qorçakov adına İctimai Diplomatiyaya dəstək Fondunun təmsilçisi ilə həmin fond və BSU arasında yeni layihələrin icrası barədə bir sıra fikir mübadiləsi aparılıb. Nəzərdə tutulmuş layihə ilə bağlı Mixail Boçarnikovun tövsiyələrini alan tələbələr göstərdiyi diqqətə görə səfirə minnətdarlıqlarını bildiriblər.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Bakı Slavyan Universiteti ilə Rusiyanın qabaqcıl ali təhsil ocaqları arasında münasibətlərin yüksək səviyədə inkişaf etdiyini deyərək, həmin universitetlərlə nəzərdə tutulan beynəlxalq elmi konfranslardan söz açıb.

Sonunda səfir Mixail Boçarnikov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev-şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisini görüş iştirakçılarına hədiyyə edib, onlarla xatirə şəkli çəkdirib.

BSU-nun Mətbuat Xidməti

Rusiyanın Azərbaycandakı səfiri BSU tələbələrini qəbul edib

Bənzər yazılar