Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq.

Mektebgushesi.az xəbər verir ki , bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir.

Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin sonunadək açılması planlaşdırılır və hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.

Bənzər yazılar