Mektebgushesi

Saatlıda 9-cu sinif şagirdi yıxılaraq ölüb

Mektebgushesi.az xəbər verir ki, “Report”un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində Saatlı rayonu Bəylik kəndində qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi Tarverdiyev Rüstəm Vüqar oğlu kənd ərazisində olan su bulağının kənarında əyaqqabısını təmizləyərkən anidən arxası üstə yıxılıb. Onu dərhal Sabirabad rayon xəstəxanasına aparıblar. Buna baxmayaraq, Rüstəmin həyatını xilas etmək […]

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 31-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Mektebgushesi.az xəbər verir ki, Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutub. Yarımfinal turuna rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində […]

İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorialında

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib. İnstitutun heyəti öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib. Sonra İnstitutun […]

Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurub

Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib.Polşanın Lodz Universitetində oxuyan azərbaycanlı tələbənin şikayəti əsasında erməni müəllim işdən qovulub.Mektebgushesi.az vətəninfo-ya istinadən xəbər verir ki, tələbə Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib. Belə ki, ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanları universitetin erməni millətindən olan Krakovyan […]

Nazarbayev Universitetində keçirilən festivalda Azərbaycan stendi qurulub

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində yerləşən Nazarbayev Universitetində beynəlxalq Novruz festivalı keçirilib. Mektebgushesi.az AZƏRTAC – a istinadən xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Tacikistan, Pakistan, Meksika və digər ölkələrdən Nazarbayev Universitetində təhsil alan tələbələr iştirak ediblər. Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə ADA universitetinin məzunları, Nazarbayev Universitetinin magistratura pilləsində təhsil alan İnci Həsənova və Səfura Əliyeva ölkəmizi […]

Qəhrəman Ağayev: “Artıq Quba soyqırımı məzarlığı dağıldı”

“Quba məzarlığını AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tətqiq edib üzə çıxarıb. Təəssüf ki, həm institut, həm də mən diqqətdən kənarda qalmışıq. Nə Cümhuriyyətin 100 illiyində, nə də bu il məni Quba məzarlığına dəvət etməyiblər. Ona görə də çox incimişəm”.  Mektebgushesi.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Quba məzarlığı soyqırımının tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya […]

Arif Məmmədov: Tarixdə heç nə unudulmur…

Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  bir əsr öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb. Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin […]

Azərbaycan Daşkənddə keçirilən “Təhsil və karyera” sərgisində təmsil olunub

Özbəkistanın Təhsil Nazirliyi və Ticarət-Sənaye Palatası Daşkənddə “Təhsil və karyera” adlı 20-ci beynəlxalq sərgi keçirib. Mektebgushesi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, sərgidə Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Çin, Rusiya, Hindistan, Yaponiya, İngiltərə, Kanada, Malayziya, Sinqapur, İspaniya və digər ölkələrin universitetləri təmsil olunublar. Tədbirdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi tələbələrin hazırlıq fakültəsinin dekanı Gülnarə […]

Alimlərdən xəbərdarlıq! – “İt qripi” gəlir

Cənubi Koreya Universitetinin alimləri 10 illik araşdırmalarımı yekunlaşdırıb. Nəticələr İngiltərədə keçiriləcək mikrobiologiya cəmiyyətinin konfransında elan ediləcək. =2000-ci ildən qrip virusunun bir bioloji formadan digərinə keçməsi, çevrilməsi halları aşkarlanıb.Daha çox H3N2 ştamlı quş qripi mutasiya olaraq, itləri də yoluxdurub və itlərdə yeni CİV ştamlı İt qripi adlı yeni növ yaradıb. Alimlər müəyyən edib ki, son illər […]

Elm Tarixi İnstitutunda soyqırımı qurbanları yad edilib

AMEA Elm Tarixi İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli 1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakıda və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların təkcə bir millətə deyil, […]

Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin İstanbul Aydın Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Kooperasiya Universiteti və Türkiyənin İstanbul Aydın Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədin imzalanması mərasimi Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat, professor Eldar Quliyevin, İstanbul Aydın Universitetinin təsisçisi, Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydının, eyni zamanda, hər iki ali təhsil ocağının əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə çıxış edən E.Quliyev Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq […]

DİM növbəti imtahanları keçirir

Martın 31-də Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. Mektebgushesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanlar bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq. İmtahanlar ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən […]

Nadir İsrafilov: “Bir vaxtlar rektorlardan biri məndən niyə incimişdi…?”

Sosial şəbəkələrdə “Dünyanın təhsil mənzərəsi” ilə bağlı axtarış apararkən, belə bir məlumat diqqətimi cəlb etdi ki, sən demə Finlandiya məktəblərində uşağın valideynlərinin hansı peşə sahibi, hansı sosial statusa malik olduğunu müəllim ən sonda, yalnız buna ciddi zərurət yarandığı halda bilir. Valideynlərin iş yerinə dair hər hansı bir anket sorğusu aparmaq qəti qadağandır. İstər-istəməz, hələ də […]

Mübariz Mənsimov Təqaüd Verəcəyi Tələbələrlə Şəkillərini Paylaşdı – FOTOLAR

Bir müddət əvvəl xəbər veridyimiz kimi “Palmali” şirkəti Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcəyini açıqlamışdı. Mektebgushesi.az Orman.az-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Mübariz Mənsimov həmin tələblərlə görüşüb. O, tələbələr haqqında fikirlərini belə ifadə edib: “Azərbaycanın fərqli guşələrindən olan, gələcəyin başarılı insanları. Təqaüd almaq haqqı qazanan perspektivli tələbələrimiz.Ruhumuzu, məkanımızı aydınlatdınız… Sizinlə keçirtdiyimiz anlar […]

Bu gün dünya azərbaycanlılarının soyqırımı günüdür

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, […]