Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və ADPU-nun rəhbərliyi və ictimai təşkilatlarının təşkilati dəstəyi ilə universitetin gənc əməkdaşı Sahil Qələndərovun AzGF-in XI qrant müsabiqəsindən qazandığı layihə olan “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu çərçivəsində regionlardan və Bakıdan olan nümayəndələrin iştirakı ilə yekun tədbir keçirilib. Qeyd edək ki, layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək “fikir körpüsü” qurmaq, həmçinin müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələrində düzgün istiqamət göstərməkdir.

Universitetdən mektebgushesi.az bildirilib ki, açılış nitqi ilə çıxış edən layihə rəhbəri Sahil Qələndərov 3 ay ərzində Quba, Cəlilabad və Ağcabədidə keçirilmiş regional panellər və bu müzakirələrdə verilən təkliflər haqqında ətraflı məlumat verib.

Forumun moderatoru, Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi, ictimai fəal gənc Taleh Mirzəyev “Sosial-ictimai fəaliyyətin gənclərin formalaşmasında rolu” bölməsi üzrə müzakirələrə start verib. Bölmədə NAYORA sədri Məryəm Məcdiova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, Azərbaycan Universitetinin və Böyük Britaniyanın Qlazqo Universitetinin məzunu, Dövlət Gömrük Komitəsinin əməkdaşı Orxan Sultanov, ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, ADPU-nun və Avstraliyanın La Trobe Universitinin məzunu Nərgiz Sadıqzadə mövzu ilə bağlı öz fikirlərini bölüşüb, tələbələrin sualları ətrafında müzakirələr davam etdirilib.

“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” bölməsində isə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Ümumi pedaqogika kafedrasının dosenti Kəmalə Quliyeva ilə birgə bir çox aspektlərdə müzakirələr aparılıb.

Yekunda forumun regional mərhələsinin təşkilində yaxından iştirak edən filialların fəal gəncləri mükafatlandırılıb, bütün iştirakçılar sertifikatla təltif olunublar.

Forum heyəti adından bəyannamə qəbul edilib və universitet rəhbərliyinə təqdim edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəs

Bənzər yazılar